Qaqnepena zirinci | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Qaqnepena zirinci |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Qaqnepena zirinci (lat. Berberis gagnepainii) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü.
Çində və Qərbi Xibeydə yayılmışdır.
Hündürlüyü 2 m olan həmişəyaşıl, düz böyüyən və ya sallaq koldur. Gövdəsi slindrik, sarımtıl, bir az ziyillidir, zoğlarının uzunluğu 2 sm-dir, iynələri üçhissəlidir. Sadə, iri, parlaq yarpaqları dalğalı, tutqun-yaşıl, ensiz-lansetvari, tərs yumurtavari formalı, kənarları xırda dişlidir, uzunluğu 10 sm-ə çatır. Çiçəklərin diametri 1 sm-dək olub, açıq-sarı, xoş qoxulu, salxımşəkilli, çiçək qruplarında dəstələrdə 3-7 ədəd yığılmışdır. Maydan iyunadək qızılı-sarı rəng alır. Meyvələri yumurtavari formalı, göy-qara, göyümtül çalarlı olub, uzunluğu 1 sm-ə qədərdir, payızın əvvəllərində yetişir.
Günəşə, kölgəyə və atmosferin sənaye çirklənməsinə davamlı olan növdür. Torpağa tələbkar deyil, ancaq təzə, drenajlı torpaqlara üstünlük verir. Quraqlığa, şəhər şəraitinə davamlıdır.
Abşeronda bəzi həyətyanı sahələrdə, parklarda mədəni şəraitdə becərilir.
Yaxşı budanır, müxtəlif formalar vermək olur. Alpinari və keçilməz canlı çəpərlərin salınmasında istifadəsi məqsədyönlüdür.