Qar örtüyü — Qış yağmurları əksər halda qar şəklində düşür. Qış zamanı yağan qar orta və yüksək enliklərdə uzun müddət müxtəlif qalınlıqda qalır. Qar örtüyü havanın və torpağın rütubət və istilik balansında böyük əhəmiyyətə malikdir.
Mənfi temperaturda yer səthinə yağan qar qar örtüyü əmələ gətirir. Ucqar şimalda qar örtüyü 9–10 ay yerdə qalır, Azərbaycanda isə düzən və dağətəyi zonada demək olar ki, dayanıqlı qar örtüyü olmur. Qar örtüyünün vəziyyəti onun hündürlüyü, sıxlığı və yerdə qalma səciyyəsi ilə müəyyən olunur. Qar örtüyünün hündürlüyü yağan qarın miqdarı və sıxlığı ilə şərtləndirilir. Qar örtüyünün sıxlığı isə nümunə üçün götürülmüş qar kütləsinin onun həcminə olan nisbətinə deyilir. O, 0,01q/sm3 — dan (təzə yağan qar) 0,60q/sm3 — a (yerdə qalaraq əriməyə başlayan)qədər dəyişir. Qar örtüyünün yerdə qalma xarakteri relyefdən, səthin növündən və küləyin sürətindən asılıdır. Təzə yağan qarın albedosu 90–95%, əriyərək çirklənmiş qarın isə 30–35%- dir. Qarda olan Z su ehtiyatının miqdarı belə hesablanır:
Z= 10hd
Burada, h- qar örtüyünün hündürlüyü; d- qar örtüyünün sıxlığıdır. Azərbaycanda qar yağması soyuq hava kütlələrinin Zaqafqaziyaya daxil olması zamanı baş verir. Qar örtüyünün yaranması isə soyuq cəbhənin keçməsi və sonrakı soyuq hava axını ilə əlaqədar olur.
Qar örtüyünün istilik keçirmə qabiliyyəti xüsusilə onun boşalmış (kövrək) vəziyyətində zəif olur. Qış zamanı qarla örtülmüş cisimlər öz istiliklərini saxlaya bilirlər. Təzə yağmış qarın istilik keçirmə qabiliyyəti 0,003 kal/sm san dərəcədir. Qarın sıxlığının artması ilə istilik keçirmə qabiliyyəti də çoxalır. Su qarın istilik keçirmə qabiliyyətini xüsusilə artırır. Qar örtüyü ilin soyuq dövründə torpağın dərin qatlarının dondan və qar altında qalan bitkiləri şaxtadan qoruyur. Torpağın dərin qatlarını dondan qorumaq üçün qar örtüyünün nə dərəcədə əhəmiyyətli olduğunu , Voronejdə müşahidə nəticəsində alınmış aşağıdakı rəqəmlər aydın göstərir. 1933-cü ilin yanvarında 12 sm dərinliyində qalınlığı olan qar örtüyü və havanın temperaturu −30,2 olduğu halda , torpağın səthində −4.5 dərəcə, 10 sm dərinlikdə 9dərəcə və 20 sm dərinliyində isə −5.9 dərəcə temperatur müşahidə edilmişdir
Qar böyük əks etdirmə qabiliyyətinə malikdir. Əgər torpaq səthinə düşən günəş enerjisinin 20–30 %-nə yaxın hissəsini əks etdirisə, təzə yağan qar onun 70–90%-ni, çoxdan yağan qar isə 30–50%-ni əks etdirir. Qarın şüa buraxma qabiliyyəti də çox böyükdür. Şüalanmaya sərf olunan istilik, qar və ona toxunan hava qatının daxili istilikləri hesabına olduğu üçün qar örtüyünün yaranması dövründə, xüsusilə açıq hava şəraitində (ayazda) havanın temperaturu azalacaqdır.r Temperatuun belə aşağı düşməsi , istilik keçirmə qabiliyyəti pis olan qar kütləsinin torpaqdan havaya keçən istiliyi dayandırdığı üçün də güclənir. Yayda əriyən qar torpağın və havanın qızmasını gecikdirir. Günəş radiasiyasının bir hissəsi qar örtüyü tərəfindən udula bilər. Lakin qarın böyük əks etdirmə qabiliyyəti nəticəsində, onun miqdarı çox az olacaqdır. N. N. Kalitinin müşahidələrinə görə, qar səthi üzərinə düşən bütün radiasiyanın 5sm dərinliyə ancaq 8%-ə qədəri, 40sm dərinliyə isə 0,5%-ə qədəri keçə bilər. Qar örtüyü işıqlığı xüsusilə səhər və axşam saatlarında günəşin üfüqdən hündürlüyü çox olmadığı zaman artır.
Nəhayət, yazda qar örtüyü əridiyi zaman çoxlu su verir ki, onun da çox hissəsi torpağa hopur. Bunun nəticəsində torpaqda bitkilərin inkişafı üçün lazım olan su ehtiyatı yaranırş Qar sularının bir hissəsi yaz daşqınları əmələ gətirərək torpağın səthindəki şırımlara və çaylara axır. SSRİ-nin Avropa hissəsində güclü axın, adətən ərimənin başlanmasından 4–5 gün sonra olur. Çünki qar sularının ilk ehtiyatı torpağın su ilə doydurulmasına sərf edilir. Qar sularının axını torpağın strukturası və temperaturdan aslıdır. Qar suları kəltənvari strukturaya malik olan torpağa asan və struktursuz tozvari torpaqlara çətin daxil olur. Ona görə də strukturalı torpaqların səthində qar sularının axını strukturasız torpaqların səthindəkindən azdır. Strukturalı torpaqlar səthi axarı azaldıb qar suları hesabına strukturasız torpaqlara nisbətən daha çox rütubət ehiyatı yaradır. Əgər torpaq qar əriyən zaman donmuş haldadırsa, qar sularının əhəmiyyətli hissəsi şırım və çaylara axacaqdır. Əgər qar əriməsinin başlanğıcında torpağın donuqluğu bütün dərinliyi boyu açılarsa, qar suyu belə torpaqlara asanlıqla hopur. Qar tədricən əridyi zaman donu açılmış torpağa xüsusilə çox az sızır. Ona görə də əgər qarın ərimə dövründə torpaq donmuş olarsa, yaz daşqınlarının intensivliyi artır. Çox qarlı qışlardan sonra və yazda qarın intensiv əriməsi şəraitində də xüsusilə də böyük daşqınlar olur. Çaylarda yüksək yaz daşqınlarına səbəb olan amillərdən, torpağın donuqluğunu, qar örtüyünün həddən artıq qalınlığını və sıxlığını, eləcə də bəzi illərdə yazda qarın intensiv əriməsini göstərmək olar.