Qara akasiya | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Klad: Cins: Növ: Qara akasiya |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Qara akasiya (lat. Acacia melanoxylon) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Təbiətdə bu növün yayılma arealı Avstraliyanın Viktoriya, Yeni Cənubi Uels ştatlarında, Cənubi Avstraliyada və Tasmaniya adasında yayılıb. Növ Yeni Zelandiyaya, Cənubi Amerikaya, ABŞ-nin bəzi şatatlarına (Kaliforniya, Florida və Havay) da uyğunlaşdırılıb. [2].
Akasiyanın bu növü əsasən Avstraliyada - Viktoriya, Yeni Cənubi Uels, Cənubi Avstraliya, Tasmaniya adasında yayılmışdır.
Hündürlüyü 30 metr olan həmişəyaşıl ağacdır. Boz rəngli çatlayan qabığı gümüşü rəngli mum təbəqəsi ilə örtülmüşdür. Yarpaqları cüt lələkvari, bəzən bütöv və ya bir qədəri filloidlərlə əvəz edilir. Filloidlər dərivari və enli neştərşəkillidir. Çiçək qrupu filloidlərin qoltuğunda yerləşir və seyrəkdir. Uzunluğu 10 sm olan filloidlərin üzərində 4 paralel damar vardır. Bəzən bir zoğda olan filloidlərin ardınca lələkvari yarpaqlar əmələ gəlir. Birinci saplağın qaidəsi üzərində 5-7 cüt, ikincinin üzərində isə 10-17 cüt neştərvari yarpaqcıqlar formalaşır. Filloidlərin qoltuğundan çıxan çiçəklər 1-5 ədəd olmaqla başcıq çiçək qrupuna toplanmışdır. Başcıqların diametri 6–9 mm-dir. Kasacıq enli və küt, açıq sarı rəngli 5 kasa yarpaqdan ibarətdir. Ləçəklər yarıya qədər bitişik olub, açıq sarı rəngdədir. Erkəkcikləri çoxdur, sütuncuqları sapabənzər və yoğundur. Paxlaları 8-15 sm uzunluğunda, 6–9 mm enində olub, yastı, ucdan bir qədər ensiz, boz-qırmızı rəngdədir, içərisində 3-11 ədəd toxum yerləşir. Toxumları 4–5 mm uzunluğunda, 2 mm enində olub, dəyirmi, yanlardan basıq, parlaq və qaradır.
Azərbaycanda qışda yerüstü hissəsi donur, yazda çoxlu pöhrə verərək bərpa olur.
Dendrologiya İnstitutunun təcrübə sahəsinə introduksiya edilmişdir. Lənkəran və Astarada mədəni şəraitdə becərilir.
Dekorativ bitkidir. Tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür.