Qara uzunbığ | ||||||
---|---|---|---|---|---|---|
![]() | ||||||
Elmi təsnifat | ||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstə: ???: Qara uzunbığ |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Qara uzunbığ (lat. Morimus asper) — sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinə aid böcək növü. Təhlükə həddinə (VU) yaxınlaşır, yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər.
Bədəni qara rəngdə olub, 16–38 mm uzunluqdadır. Qanad üstlükləri və ön döşün üzəri dənəvərdir. Qanadüstlüklərin üzərində qara ləkələr vardır.[1]
Krım, Qafqaz, Cənubi Qafqaz; Türkiyə, Şimali İranda rast gəlinir. Azərbaycanda Bakı, Abşeron, Zaqatala, Lənkəran, Astara və Yardımlı rayonlarında rast gəlinir. Ölkəmizdə bu böcəyin Morimus vercundus yarımnövü yayılmışdır.
Sürfələr müxtəlif enliyarpaqlı və iynəyarpaqlı ağacların oduncağı və qabığı altında yaşayırlar. Puplaşma yazda və yayda baş verir. Generasiya 2 ildən az deyildir. İmaqo apreldə və sentyabrda təbiətdə görünür.[2]
1925-ci ildə V.Nazarov tərəfindən Lənkəranda 1 fərd, 1928 - ci ildə P.Alekseyev tərəfindən Lənkəranda 1 fərd, 1929-cu ildə K.Predum tərəfindən Lənkəranda 2 fərd, A.V.Boqaçev tərəfindən Lənkəranda 2 fərd, V.Ulyanovtsev tərəfindən Bakıda 1 fərd, 1936-cı ildə A.V.Boqaçev tərəfindən Lənkəranda 8 fərd, 1948-ci ildə A.Axundova tərəfindən Bakıda 15 fərd, 1956-cı ildə N.H.Səmədov tərəfindən Astarada 1 fərd, 1958-ci ildə N.H.Səmədov tərəfindən Yardımlıda 3 fərd, 1967-ci ildə A.Axverdiyev tərəfindən Lənkəranda 1 fərd, 2003-cü ildə X.Ə.Əliyev tərəfindən Lənkəranda 1 fərd, 2008-ci ildə İ.Q.Kərimova tərəfindən Abşeronda 1 fərd, 2009-cu ildə X.Ə.Əliyev tərəfindən Abşeronda 1 fərd, 2011-ci ildə İ.Q.Kərimova tərəfindən Lənkəranda 2 fərd, 2012-ci ildə İ Q.Kərimova tərəfindən Zaqatalada 4 fərd, 2012-ci ildə N.Y.Sneqovaya tərəfindən Lənkəranda 1 fərd qeydə alınmışdır.[3]
Meşələrin qırılması.
Heç bir tədbir görülməyib.
Böcəyin yaşadığı ərazilərdə qurumuş ağaclar kəsilməməli, yarı çürümüş kötüklər ərazidən çıxarılmamalıdır. Orta məktəblərə şagirdlərin də qoruma tədbirlərinə qoşulmasından ötrü təbliğat işləri aparılmalıdır.