Qarabulaq | |
---|---|
40°27′11″ şm. e. 44°27′51″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.850 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 0303 |
Qarabulaq — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonunda kənd.[2] 1590-cı ildən mə'lumdur[3]
Rayon mərkəzindən 23 km məsafədə, Abaran çayının sol tərəfində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə[4], Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.[5] Kəndin digər adı Yuxarı Qapılı olmuşdur[4].Ermənistan SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı ilə adı yişdirilib Yerincatap qoyulmuşdur.
1728-ci ildə İrəvan əyalətinin Abaran nahiyəsində kənd adı. "Kəndin başqa adı Yuxarı Qapılı Andondur". 1828–1832-ci illərdə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və xaricdən gəlmə ermənilər yerləşdirilmişdir[6]. 1946-cı ildə kənd ermənicə Yerincə-Tap adlandırılmışdır. 1728-ci ilə aid mənbədə Karuli adlanır[7][8].[9]XIX əsrdə Cənubi Qafqazda mövcud olmuş 33 Qarabulaq toponimindən[10][11][12]biridir. Qarabulaq "yeraltə su", "yerdən qaynayıb çıxan və ona görə qara rəngə çalan su", "qara su", "içməyə yararsız su", "qışda donmayan bulaq" mə'nalarındadır.Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гарабулаг // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. с. 249.
Toponim Azərbaycan dilində "içməyə, istifadəyə az yararlı", "ağır, aşağı keyfiyyətli su", "çirkli, bulanıq su mənasında işlənən qara sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlib "Qarabulağın yanında salınan kənd" mənasını ifadə edir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.