Qaraciyər absesi | |
---|---|
XBT-10 | K75.0 |
XBT-9 | 572.0 |
DiseasesDB | 22094 |
MedlinePlus | 000261 |
MeSH | D008100 |
Vikianbarda əlaqəli mediafayllar |
Qaraciyər absesi — Abses qaraciyər toxumasında nekroz, infeksion iltihab və septik əlamətlərlə xarakterizə olunan xəstəlikdir.[1]
Yüksək hərarət, üşütmə, qarında ağrı və intoksikasiya əlamətləri irinli abseslərdə rast gəlir. Zəif xəstələrdə və amöb abseslərində hərarət çox yüksək olmur. Xəstələrdə plevral maye, assit, qarında şişkinlik, gərginlik əlamətləri də ortaya çıxa bilir.[2]
Yerli və ümumi sepsis əlamətləri ilə yanaşı USM və ya tomoqrafiyada qaraciyərdə abses boşluğun görünməsi abses diaqnozunu kəskinləşdirir. Kistlərdən fərqli olaraq abseslərin sərhədi kəskin olmur, möhtəviyyatının sıxlığı yüksək, hətta nekrotik toxumalar olarsa, heterogen görünür. Absesdə qaztörədən bakteriyalar olduqda və ya bağırsağa açılarsa içərisində qaz görünür.