Qaracoran

Kənd
Qaracoran
40°24′09″ şm. e. 44°32′37″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Karbi mahalı
Rayon Əştərək rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.630 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 994 nəf. (2011)[1]
Rəsmi dili
Qaracoran xəritədə
Qaracoran
Qaracoran

Qaracoran, Qaraceyranlı, Qaracaverənİrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Nairi rayonunda kənd.[2] Mənbədə Qaracuran kimidir

Rayon mərkəzindən 10 km şimalda, Gərni çayının yanında, Zəngi çayından axan arxın sağ tərəfində yerləşir.

1972-ci il martın 15-nə kimi, yəni Nairi rayonu yaradılana kimi Əştərək rayonunun tabeliyində olmuşdur. Erməni mənbələrində kəndin adı Qaraceyranlı, Qaracaviran, Qaracaveran, Qaraceyran formalarında da qeyd edilmişdir[3]. "İrəvan əyalətinin icmal dəftəri"ndə Qaraca ərən formasında[4], Qafqazın 5 verstlik xəritəsində Qaracaran kimi[5] qeyd edilmişdir.

Toponim xəzərlərin qaraçor (>qaracor) türk etnoniminə[6] cəmlik bildirən -an şəkilçisinin artırılması ilə əmələ gəlib "qaraçor" (>qaracor) tayfasının yaşadığı yer" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. Digər adı Qaracaverən, yə'ni "Qaraca xarabalığı"[7][8] XIX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq kənd ləğv edilmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4. V.1946-cı il fərmanı ilə adı dəyişdirilib Aragyuğ (Arakənd) qoyulmuşdur.

Kənddə 1878-ci ilə kimi yalnız azərbaycanlı yaşamışdır.[9][10] 1829-cu ildə kənddə Türkiyədən gəlmə ermənilər yerləşdikdən sonra əhali qarışıq yaşamışdır. 1918-ci ildə kəndin azərbaycanlı əhalisi qovulmuşdur. Daha sonra Ermənilər buraya 1878-ci ildə, 1914–1922-ci illərdə Türkiyənin Bayazid, Qars, İqdır vilayətlərindən köçürülmüşdür[3].

Kənddə 1831-ci ildə 162 nəfər, 1873-cü ildə 233 nəfər yalnız azərbaycanlı yaşamışdır[11]. Kəndə 1878-ci ildə ermənilər köçürüldükdən sonra 1886-cı ildə 275 nəfər azərbaycanlı, 424 erməni, 1897-ci ildə 307 nəfər azərbaycanlı, 563 erməni yaşamışdır[12].

Mənbələrdə 1908, 1914, 1916-cı illərdə azərbaycanlılar və ermənilər qarışıq şəkildə göstərilmişdir. Ümumiyyətlə, burada azərbaycanlılar 1918-ci ilə kimi yaşamışdır[13].

Halbuki 1986-cı ildə İrəvanda erməni dilində çap olunmuş "Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti" əsərində kənddə yalnız ermənilərin yaşadığı göstərilir[3].

Azərbaycanlılar 1918-ci ilin fevral ayında ermənilərin təcavüzünə məruz qalaraq, deportasiya olunmuşdur[14].

İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar 1922–25-ci illərdə öz doğma ocaqlarına dönə bilmişdir. Burada 1926-cı ildə 14 nəfər, 1931-ci ildə 14 nəfər azərbaycanlı yaşamışdır[15].

SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kənddə yaşayan azərbaycanlılar 1948–49-cu illərdə zorla Azərbaycana köçürülmüşdür. İndi burada ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. 1 2 3 Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.381
  4. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.77
  5. Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s. 116
  6. Гейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, "Элм", 1986. s.46
  7. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. Bakı. 1995.
  8. Зубарев Д.Е. Карабахская провинция. Обозрение. ч. III. Спб.,. 1836.
  9. İrəvan əyalətinin icmal dəftəri. . Bakı. 1996.
  10. Киракос Гандзакеци. История. . Пер с. др. армянского, предисловие и комментарии Л.А.Ханларяна, М.,. 1976.
  11. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.22–23, 106–107
  12. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.22–23, 106–107
  13. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.23, 106–107
  14. История Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.219
  15. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.23, 107