Qaradağ vilayəti | |
---|---|
38°44′24″ şm. e. 46°42′00″ ş. u.HGYO |
|
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Vikianbarda əlaqəli mediafayllar |
'Qaradağ (az.-əski. قرهداغ) və ya Qaracadağ (az.-əski. قراجهداغ), həmçinin Arazbaran (fars. ارسباران, Arasbaran, hərf. Arazın sahilləri) və ya qısaca Arazbar (fars. ارسبار, Arasbar) — İranın Şərqi Azərbaycan vilayətində Əhərdən cənubda Qoşadağ massivindən[2] Araz çayına qədər uzanan böyük dağlıq ərazi.[3]
Səfəvilər dövründən əvvəlki yazılı mənbələrdə Qaradağın geo-siyasi varlıq kimi qeyd olunmur.[4] X əsr müsəlman coğrafiyaçısı İbn Hövqəlin Siyaku adlandırdığı regionun[5] indiki Qaradağa uyğun gəldiyinə dair bir fərziyyə var.[6][7] Bununla belə, sözügedən Siyaku regionunun Xəzər dənizinin şərq sahillərindəki Manqışlaqla daha çox oxşarlığa malikdir.[8]
Bəzz 816-cı ildə islam xilafətinə qarşı üsyan qaldıran və 836-cı ildə məğlub olan Babək Xürrəminin qalası idi.[9] İyirmi il davam edən hadisələr dövrün islam tarixçiləri tərəfindən geniş məlumat verilmişdir. İlk hesab Əl-Məsudiyə məxsusdur: "Babək Cavidanın şagirdləri ilə Bəzz vilayətində üsyan qaldırdı ...[10] Bir sıra məğlubiyyətlərdən sonra Babək indi də Babəkin ölkəsi kimi tanınan doğma şəhərində blokadaya alındı".[11]
1567-ci ildə, Qaradağ Səfəvi dövləti suverenliyindəykən özü bir sufi olan Ənsar xəlifə Qaradağlı bura hökmdar olaraq təyin edilmişdir. 1583-cü ildə I Təhmasib əmri ilə Şirvana bəylərbəyi olaraq təyin edilməsiylə, Qaradağ hökmdarı Ənsar xəlifənin oğlu Şahverdi xan Qaradağlı olmuşdur. Şahverdi xan 1589-cu ildə öldürülmədən əvvəl, 1588-ci ildə Azərbaycan Türklərinin əlindəki torpaqlara hücum etmişdir. Şahverdi xanın ölümünün ardından eyni il 168–169 namizəd içindən yenə eyni ailədən olan Maksud Sultan, Qaradağ hökmdarı olmuşdur. Tarixçi İskəndər bəy Munşi, bu ailənin dövrün Qızılbaş qəbilələləri arasında edilən əsgəri olaraq əhəmiyyət sıralamasında səkkizinci olduğunu söyləmişdir. Maqsud sultanın hökmdarlığı isə 1606-cı ilə qədər sürmüşdür. Qacarlar dövründə Qaracadağ vilayəti (Əhər, Kəleybər, Çələbiyan, Vərgəhan və Dizmar) bölünürdü.[12]
Əli Molayi (1993) Qaradağ regionunun geoloji quruluşunun tədqiqində mühüm nəticələr əldə etmişdir. Əhər mis mədənçiliyi və sonra Süngün mis şirkətlərinin 1991-ci ildə fəaliyyətə başlamış və bunun da nəticəsində regionun relyefində müəyyən dəyişikliklər əmələ gəlmişdir. Cəmşid Cidari (1998) 200 il ərzində bu regionda müxtəlif faydalı qazıntı (mis, alüminium filizləri və s.) yataqlarının axtarışı və kəşfiyyatı məqsədilə aparılmış tədqiqatlar haqqında ümumi və əsasən təsviri səciyyəli məlumat vermişdir. Tədqiqatçı müxtəlif mənşəli morfodinamiki proseslərin inkişafı və yayılmasında Əhərçayın aparıcı rol oynadığını qeyd etmişdir. O, ərazinin cənub sahələrində daha tez-tez baş verən sürüşmə proseslərinin (Əhər çökəkliyində) çay dərəsindəki böyük meyllilik və gilli süxurların geniş yayılması səbəbindən baş verdiyini göstərmişdir. İranın geoloji idarələri tərəfindən son 30 ildə Qaradağın geoloji xəritələri hazırlamış və Kansaran geoloji şirkəti 1989–1990 illərdə regionu ətraflı tədqiq etmişdir. Abbas Əmini (2001) Qaradağ batolitinin mənşəyini öyrənmişdir. Sərhəngzadə (2008) Qaradağ regionunun da daxil olduğu İran Azərbaycanının şimal hissəsində meteoroloji tədqiqatlar aparmışdır. Göründüyü kimi yalnız bir tədqiqat işi Qaradağın cənub hissəsinin relyefinə həsr olunmuşdur. Bu baxımdan dissertasiya işi Qaradağ regionun geomorfologiyasına həsr olunmuş ilk kompleks tədqiqat işidir.[13]