Bu məqalə qaralama halındadır. |
Qaradərili və ya digər adları ilə zənci antropologiyada insanların təsnifləndirildiyi irq qruplarından biri. Bu anlayış yalnız müəyyən etnik qrupları deyil, ümumilikdə dəri rəngi qara olan bütün insanları xarakterizə edir.
Zənci sözü dilimizə ərəb dilindən keçmişdir. Sözün kökü zənc dilimizə tərcümədə "qara" anlamını ifadə edir. Qaradərili insanlara daha çox təhqir və ya tabu kimi qəbul edilən "neqr" sözü isə latın dilindəki niger (qara) sözünün ispan və portuqal dillərinə keçmiş formasıdı.
Bu irqin ən önəmli xüsusiyyətlərindən biri dərilərinin yüksək miqdarda melanin piqmenti olduğuna görə tünd rəngli olmasıdır. Rəng çalarları tünd rəngdən nisbətən açığa doğru dəyişir. Dəridəki tər vəzlərinin çoxluğu istiliyin bədən hərarətini tənzimləməsinə kömək edir. Bədəndə çox az sayda tükə rast gəlinir. Saçlar əsasən qıvrımdır. Dodaqları dolğun, və qalındır, dişləri isə güclüdür. Çənə sümükləri çölə doğru az çıxıntılıdır. Burunları nisbətən enlidir.