Qaragöz və Xacivat — təqlidə və qarşılıqlı dialoqa əsaslanan iki ölçülü təsvirlərlə bir pərdədə oynadılan kölgə oyunudur. Qaragöz oynadana qurğusal, xəyalbaz deyirlər. Köməkçiləri çıraq, yardaq, dayrezen, sandıqkardır. Oyunda dialoqların dəyişməsi baş rollarla edilir.
Bu iki xarakterin həqiqətən yaşayıb yaşamadığı, yaşayıbsa, harada necə yaşadığı dəqiq olaraq bilinmir. Danışılanlar rəvayətlərə əsaslanır, həqiqətən yaşamış olsalar da, böyük ehtimalla bəhs edilən dövrdə tarix kitablarına girəcək qədər əhəmiyyətli görülməyiblər. Folklorşünaslar Qaragözün bəzi oyunlarda qaraçı olduğunu öz dili ilə deməsi və Bulqar qaydası çalmasını əsas götürərək onun Bizans imperatoru Konstantinin qaraçı seyisi Sofyozlu Bali Çələbi olduğunu söyləyirlər.[1] Bir digər rəvayətə görə isə Hacı İvaz Ağa, ya da xalqın bildiyi adı ilə Xacivat və Trakyada yerləşən Samakol kəndindən olan dəmirçi ustası Qaragöz Orxan Qazi dövründə Bursada yaşayan və məscid inşaatında işləyən iki işçidir. Özləri işləmədikləri kimi başqa işçilərin işləməsinə də imkan vermirdilər. Orhan Qazinin "məscid vaxtında bitməsə, kəlləni alaramm" dediyi məscid memarı məscidin inşaatının vaxtında bitməməsinə görə Qaragöz və Xacivatı şikayət edir. Bundan sonra onlar başları kəsilərək edam edilir. Qaragöz və Xacivatı çox sevən və ölümlərinə çox kədərlənən Şeyx Küştəri ölümlərindən sonra kuklalarını düzəldərək pərdə arxasından oynatmağa başlayıb. Buna görə də Qaragöz və Xacivat məşhurlaşıb.
XVII əsrdə son vəziyyətini alan Qaragöz kölgə teatrının nə zaman Osmanlı torpaqlarına gəldiyi ilə əlaqədar fərqli fikirlər irəli sürülmüşdür. Bu fikirlərdən bəziləri aşağıdakılardır:[2]
Birinci fikir: ÇindənMonqollara keçən bu kölgə oyununu türklər də Anadoluya köçərkən özləri ilə gətiriblər. Orta Asyada çadırlarda oynadılan və "Çadır Hayal" ya da "Kolkorçak" adı verilən bir cür kukla oyunu ile Qaragöz oyunu arasında büyük bənzərliklər var. "Kolkorçak" sözünün türk dilində korçok, konçak kimi "çocuk" mənasına gələn bir çox sözlə məna yaxınlığı var.
İkinci fikir: Yavuz Sultan Səlimin 1517-ci ildə Misiri ələ keçirməsindən sonra bu ölkədən Anadoluya gəlmişdir. Sultan Səlim Məmlük sultanı Tomanbayın asılışının canlandırıldığı kölgə oyununu izləmiş və çok bəyənmişdir. Sənətçiləri İstanbula gətirtmiş, bu sənətçilər də İstanbulda başqa sənətçiləri yetişdirmişlər.
Üçüncü fikir: Anadoluya Cava Adalarından və Hindistandan qaraçılar əliylə gətirilmişdir. Buna sübut olaraq qaraçıların Anadoluya gəldikləri vaxt ilə Qaragözün gəliş vaxtının kəsişməsi göstərilir. Bundan başqa Qaragöz oyunlarında görülən bəzi qaraçı xüsusiyyətləri də bunu sübut edir.
"Qaragöz və Xacivat" oyunlarında Osmanlı İmperiyasında yaşayan və cəmiyyətin fərqli sosial və iqtidasi təbəqələrindən gələn tiplərlə (xuliqanlar, narkomanlar, əlillər və s.) imperatorluq çətiri altında yaşayan müxtəlif millətləri təmsil eden parodiyaların (yəhudi, rum, ərəb, əcəm, alban və s.) hamısı var. Bu parodiyalar təmsil etdikləri kütlənin ən əsas xüsusiyyətlərini (görünüş, geyim, davranış formaları, mahnılar, rəqslər, manilər və.) ilə ön plana çıxırlar və pərdədə göründükləri anda bu xüsusiyyətləri ile çox tez fərqlənirlər. Bu parodiyalar və xüsusiyyətləri aşağıdakılardır:
"Qaragöz": Keçəl başına “ışqırlaq” adı verilən papaq geyir. Heç bir zaman düzgün bir işi olmayan Qaragözün təhsili yoxdur. Xacivatın onun üçün tapdığı müvəqqəti işlərdə işləyir. İçi çölü bir, olduğu kimi görünən, etirazını tez bildirən bir xalq adamıdır. Xalqın səsini təmsil etməkdədir. Mərd və cəsur olduğu üçün həmişə başı bəlalıdır. Hər şeylə maraqlanandır, düşüncəsiz və açıq-saçıq danışır. Bəzən hiylə işlədərək başqalarını aldatmağa çalışır. Arvadı ilə həmişə dava edir.
"Xacivat": Yuxarıya doğru qıvrıq sivri bir saqqalı olan Xacivat hiyləgərdir. Təhsil almış olduğu bəllidir və hər mövzuda az-çox məlumatlıdır. Hər kəslə xasiyyətinə görə danışır. Qaragöze görə mədəniyyətli, ağlı başında və etibarlı adamdır. Ərəbcə və farsca sözləri tez-tez araya soxduğu bəzəkli bir dillə danışır. Buna görə də Qaragöz onun dediklərini çox zaman başa düşməz ya da özünü başa düşməmiş kimi aparır. Oyunlardakı güldürücü sözlər ümumən bu söz oyunlarına və yanlış anlaşılmalara əsaslanır.