Qarağat rəvəndi | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Qarağat rəvəndi |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Qarağat rəvəndi (lat. Rheum ribes) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin rəvənd cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür.
50-100 sm hündürlüyündə çoxillik ot bitkisidir. Yarpaqları ürəkvari-dairəvi və ya dairəvi, kənarları xırda dişli, 5 qalın damarlıdır. Aşağı tərəfdə damarlar xırda tikanlıdır, alt və üst hissədə ziyillidir. Çiçək qrupu yarımşarvaridir, çiçəkləri 5-12 ədəddir. Meyvələri 17 mm uzunluqda, 14 mm enində, yumurtavari, yuxarya doğru daralan, əsasında dərin-ürəkvari, qırmızımtıl qanadlı və uzunsov-qəhvəyi fındıqcadır.
Çiçəkləmə və meyvə əmələ gətirmə dövrü iyun ayına təsadüf edir. Orta dağ qurşağında quru daşlı yerlərdə və kolluqlarda rast gəlinir.
Naxçıvan düzənliyi (Duzdağ), Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu — Biçənək və Kükü kəndləri, Vəlidağ, Darıdağ, Təkəlikdağ).
Populyasiyanın ehtiyatı azdır. Mənfi amillərə həssaslıq göstərir.
Antropogen amillər (infrastrukturun inkişafı, sahilboyu ərazilərin tikintisi), areallarının çiçərlik və Cavan zoğları erkən yazda kütləvi toplanılır və antropogen təsirə məruz qalır.
Qorunma tədbirləri Naxçıvan MR-nin Qırmızı kitabında tövsiyə olunur.