Kənd | |
Qaraşamb | |
---|---|
40°24′18″ şm. e. 44°34′35″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Karbi mahalı]] |
Rayon | [[Əştərək rayonu]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.450 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Vikianbarda əlaqəli mediafayllar |
Qaraşamb - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Nairi rayonunda kənd.[2]
Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Nairi rayonu yaradılanadək (1972-ci il 15 marta kimi) Əştərək rayonunun tərkibində olmuşdur.
Toponim qədim türk dilində «böyük» mənasında işlənən qara sözü ilə türk dilində «çay kənarlarlarında, iki çayın qovuşacağında qamış, yulğun, cəyən, biyan və s. göyərdiyi, həmçinin çöl heyvanlarının və quşların yurd-yuva saldığı sucaq yer» mənasında işlənən şam sözünün[3] birləşməsindən əmələ gəlmişdir. «Şam» sözü erməni dilində «şamb» formasında «qamışlıq» mənasında işlənir[4].
Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Kənddə 1831-ci ildə 28 nəfər, 1873 - cü ildə 207 nəfər, 1886-cı ildə 192 nəfər, 1897-ci ildə 306 nəfər, 1908-ci ildə 363 nəfər, 1914 - cü ildə 417 nəfər, 1916-cı ildə 381 nəfər yalnız azərbaycanlı yaşamışdır[5].
1918-ci ildə kəndin əhalisi ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. 1918-ci illərdə Türkiyədən buraya ermənilər köçürülüb yerləşdirilmişdir. İndi ermənilər yaşayır.