Qarların qızı | |
---|---|
ing. A Daughter of the Snows | |
Müəllif | Cek London |
Orijinalın dili | ingilis dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1902 |
Səhifə | 334 |
Qarların qızı — Cek Londonun roman janrında ilk əsəri.[1] 1902-ci ildə nəşr edilmiş olan romanı yazıçının gələcək əsərlərinin digər qəhrəmanları kimi baş qəhrəmanın xarakteri ilə seçilir. Yazıçının baş obrazı güclü, özünə inamlı və müstəqil xarakterli obrazdır. Onun adı anası Flora Velmanın adı ilə səsləşir. Roman, onu yazmaq üçün Londona ayda 125 dollar təqaüd verən naşir Mak Klyur tərəfindən sifariş edilmişdir.[2][3]
Hadisələr Yukonda (Kanada) baş verir, baş qəhrəman Frona Velzdir. O, zəngin bir sahibkarın və Yukonun qızıdır. Üç il Avropa universitetlərində qaldıqdan sonra Frona şimaldakı atasının yanına qayıdır. Hərtərəfli təhsil almış, eyni zamanda insanlarla ünsiyyətdə səmimiliyi və sadəliyi qoruyub saxlamışdır. Roman, digər şeylərlə yanaşı, qızıl mədənçilərinin həyatı və sərgüzəştlərindən bəhs edir. Əsər Cek Londonun əsərlərində dəfələrlə müraciət etdiyi “şimal” mövzusuna aiddir.[4]