İçalatçı[1] və ya Qarındeşən[2] Cek (ing.Jack the Ripper) — 1888-ci ilin ikinci yarısında Uaytçapeldə və Londonun ətraf rayonlarında cinayətlər törədən naməlum qatilə və ya qatillərə verilmiş şərti addır. Cek adı Mərkəzi polis bürosuna qətli törətdiyini iddia edən bir şəxsin göndərdiyi məktubdan götürülmüş və London qəzetlərində cinayət işlərilə bağlı nəşr olunan yazılar sayəsində məşhurlaşmışdır.
Hamısı fahişə olan qurbanlardan beşinin eyni adam tərəfindən öldürüldüyü rəsmən öz təsdiqini tapmışdır. Ancaq Qarındeşən Cekin törətdiyi güman olunan təxminən iyirmiyə yaxın cinayət vardır. [3][4]Cek qeyb olduğuna görə bu cinayətlərin heç birinin üstü açılmamışdır. Bu gün ingilis detektivlər və elm adamları müasir texnologiyanın köməyilə həmin cinayətlərin üstünü açmağa çalışırlar. Günümüzə qədər çatmış tək fiziki dəlil, qurbanlardan birinə aid olduğu iddia edilən şaldır.
Qarındeşən Cek (ing.Jack the Ripper) 1888-ci ildə İngiltərənin London şəhərinin Uaytçapel bölgəsində fəaliyyət göstərmiş anonim və məşhur seriyalı qatil olaraq tanınır[5]. Qarındeşən Cek, öz dövründə həyata keçirdiyi dəhşətli cinayətlərlə tanınmış və tarixdə ən çox müzakirə edilən kriminal fiqurlardan biri olmuşdur.[6]
Cek 1888-ci ilin avqust və noyabr ayları arasında ən azı beş qadını vəhşicəsinə qətlə yetirmişdir. Bu qadınların hamısı kasıb şəraitdə yaşayan və fahişəliklə məşğul olan şəxslər idi.[7] Onların meyitləri bədənlərində ağır yaralarla tapılmış və bu yaralar cinayətkarın çox qətiyyətli, peşəkar və soyuqqanlı olduğunu göstərmişdir. Qarındeşən Cek adını qurbanlarının bətnlərini parçalama və ya çıxarma kimi qəddar metodlarla öldürdüyünə görə qazanmışdır.[8]
Cinayətlər ictimaiyyət arasında böyük panika yaratmış və mətbuatda geniş işıqlandırılmışdır. Xüsusilə, ingilis qəzetləri cinayətlərin təfərrüatlarını dəhşət və sensasiya ilə təsvir edərək, Cekin "məktublar" yazdığını və polisə müraciət etdiyini iddia etmişdir. Bu məktubların ən məşhuru "Cəhənnəmdən" (ing.From Hell) məktubudur; məktubda cinayətkar olduğunu iddia edən şəxs öz qanlı əməllərini təsvir etmiş və məzəli şəkildə polisə meydan oxumuşdur.[9] Lakin məktubların əksəriyyəti sonradan saxta hesab olunmuş və real olaraq Cek tərəfindən yazılıb-yazılmadığı aydınlaşdırılmamışdır.
Qarındeşən Cekin kimliyi ilə bağlı müxtəlif nəzəriyyələr olsa da, [10]o dövrdə aparılan istintaq nəticəsində şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. XX əsrdən başlayaraq Cekin kimliyi ilə bağlı çoxlu fərziyyələr və araşdırmalar aparılmış, hətta bəzi insanlar onun haqqında romanlar, filmlər və sənədli filmlər çəkmişdir. Bəzi versiyalara görə, cinayətkar bir cərrah, aristokrat, yaxud xarici əsilli bir şəxs ola bilərdi. Lakin onun kimliyi hələ də sirr olaraq qalır, və bu gün Qarındeşən Cek dünya kriminal tarixində ən sirli və maraq doğuran şəxslərdən biri olaraq tanınır.
Cekin fəaliyyəti və kimliyi ətrafında olan müəmmalı xüsusiyyətlər bu günədək insanlarda maraq doğurmaqda davam edir və o, “heç vaxt tutulmayan” seriyalı qatil kimi tanınır.[11]
Aaron Kosminski Polşada anadan olub. Atası Abram Jozef Kozminski dərzi idi. Anası Golda nee Lubnowska evdar qadın idi. 1881-ci ildə O ailəsi ilə birlikdə İngiltərəyə köçdü. Onun psixiologiyasında problemlər var idi. Qarındeşən Cek hadisələrində şübhəli olsa da, psixi durumu səbəb alınaraq Qarındeşən Cek olmadığı əsas gətirilmişdir.
Son cinayəti işləməsindən 126 il sonra qatilin şəxsiyyəti müəyyənləşdi. Həm də bizə gəlib çatmış son dəlil olan şal bu sirri açmağa əsas səbəb olmuşdur.
DNT mütəxəssisi Jari Louhelaynen 1988-ci ildəİngiltərənin paytaxtı Londonda işlənmiş cinayəti araşdırmağa başlayır. Məşhur mütəxəssis silsilə qətllər törətmiş Qarındeşən Cek tərəfindən öldürülən Katerina Eddovesin qanlı şalı üzərində etdiyi testlər nəticəsində qatilin Polşadan olan mühacir, bərbər Aaron Kosminski olduğunu müəyyən edib.
İş adamı Rassıll Edvardsın 2007-ci ildəİngiltərədəki hərrac evlərinin birindən satın aldığı şalı araşdıran alim İngiltərənin "Mail on Sunday" qəzetinə bildirib: "Əldə etdiyim nəticədə şübhəyə yer yoxdur".
Qeyd edək ki, Londonun şərqindəki Uaytçapel şəhərində bir bərbər dükanı işlədən Kosminski "Skotland Yard" tərəfindən sorğulanan şübhəlilərdən biri idi. Ruhi xəstə olan Kosminski kifayət qədər dəlil olmaması səbəbi ilə sərbəst buraxılmışdı.
↑Kershen, Anne J., "The Immigrant Community of Whitechapel at the Time of the Jack the Ripper Murders", in Werner, pp. 65–97; Vaughan, Laura, "Mapping the East End Labyrinth", in Werner, p. 225
↑Honeycombe, The Murders of the Black Museum: 1870-1970, p. 54
↑Evans and Skinner, Jack the Ripper: Letters from Hell, p. 1; Police report dated 25 October 1888, MEPO 3/141 ff. 158–163, quoted in Evans and Skinner, The Ultimate Jack the Ripper Sourcebook, p. 283; Fido, p. 82; Rumbelow, p. 12
↑Haggard, Robert F. (1993), "Jack the Ripper As the Threat of Outcast London", Essays in History, vol. 35, Corcoran Department of History at the University of Virginia
Begg, Paul (2003). Jack the Ripper: The Definitive History. London: Pearson Education. ISBN0-582-50631-X
Begg, Paul (2004). Jack the Ripper: The Facts. Barnes & Noble Books. ISBN978-0-760-77121-1
Bell, Neil R. A. (2016). Capturing Jack the Ripper: In the Boots of a Bobby in Victorian England. Stroud: Amberley Publishing. ISBN978-1-445-62162-3
Cook, Andrew (2009). Jack the Ripper. Stroud, Gloucestershire: Amberley Publishing. ISBN978-1-84868-327-3
Curtis, Lewis Perry (2001). Jack The Ripper & The London Press. Yale University Press. ISBN0-300-08872-8
Eddleston, John J. (2002). Jack the Ripper: An Encyclopedia. London: Metro Books. ISBN1-84358-046-2
Evans, Stewart P.; Rumbelow, Donald (2006). Jack the Ripper: Scotland Yard Investigates. Stroud, Gloucestershire: Sutton Publishing. ISBN0-7509-4228-2
Evans, Stewart P.; Skinner, Keith (2000). The Ultimate Jack the Ripper Sourcebook: An Illustrated Encyclopedia. London: Constable and Robinson. ISBN1-84119-225-2
Evans, Stewart P.; Skinner, Keith (2001). Jack the Ripper: Letters from Hell. Stroud, Gloucestershire: Sutton Publishing. ISBN0-7509-2549-3
Fido, Martin (1987), The Crimes, Detection and Death of Jack the Ripper, London: Weidenfeld and Nicolson, ISBN0-297-79136-2
Gordon, R. Michael (2000). Alias Jack the Ripper: Beyond the Usual Whitechapel Suspects. North Carolina: McFarland Publishing. ISBN978-0-786-40898-6
Holmes, Ronald M.; Holmes, Stephen T. (2002). Profiling Violent Crimes: An Investigative Tool. Thousand Oaks, CA: Sage Publications, Inc. ISBN0-7619-2594-5
Honeycombe, Gordon (1982), The Murders of the Black Museum: 1870–1970, London: Bloomsbury Books, ISBN978-0-863-79040-9
London, Jack (1984). Novels and Social Writings. Cambridgeshire: Cambridge University Press. ISBN978-0-521-26213-2
Lynch, Terry; Davies, David (2008). Jack the Ripper: The Whitechapel Murderer. Hertfordshire: Wordsworth Editions. ISBN978-1-840-22077-3
Marriott, Trevor (2005). Jack the Ripper: The 21st Century Investigation. London: John Blake. ISBN1-84454-103-7
Meikle, Denis (2002). Jack the Ripper: The Murders and the Movies. Richmond, Surrey: Reynolds and Hearn Ltd. ISBN1-903111-32-3
Rivett, Miriam; Whitehead, Mark (2006). Jack the Ripper. Harpenden, Hertfordshire: Pocket Essentials. ISBN978-1-904048-69-5
Rumbelow, Donald (1990). Jack the Ripper. The Complete Casebook. New York: Berkley Publishing Group. ISBN978-0-425-11869-6
Rumbelow, Donald (2004). The Complete Jack the Ripper. Fully Revised and Updated. London: Penguin Books. ISBN978-0-14-017395-6