Fiziki şəxslərin konstitusiya hüquqi statusu |
---|
Əsas statusları |
Əlavə statuslar |
Əlaqəli anlayışlar |
Qastarbayter (almanca: Gastarbeiter tərcüməsi qonaq-işçi deməkdir) — öz vətənlərindən uzaqlarda yaşayan və hər hansı bir işlə məşğul olan əcnəbi işçilər. 1990-cı illərin sonunda alman dilində olan bu kəlmə keçmiş SSRİ ərazisində baş verən işçi kütləsinin axınına şamil edilmişdir. Əsasən Moskva və Sankt-Peterburqda geniş yayılmışdır.
Alman dilində Qastarbayter analyışı başqa məna daşıyır. O, faşistlər dövründə işlədilən "Fremdarbayter" (yəni əcnəbi işçilər) kəlməsindən yan keçmək üçün işlədilmişdir. Fremdarbayter Almaniyaya işləməyə məcburi gətirilmiş şəxslərə deyilirdi. Köhnə anlayışın işlənməsi ilə yaradılan mənfi assosiasiyanı aradan qaldırmaq üçün yeni kəlmə daxil edilir. Bu yeni kəlmə, yəni qastarbayter alman dövlətinin dəvəti ilə 1960-ci illərdə iqtisadi bumun nəticəsində işçi qüvvəsinə yaranan ehtiyacı ödəmək üçün gələn şəxsləri təsvir edirdi. Alman dövləti ilə müqavilə əsasında o dövrdə Almaniyaya böyük miqdarda türklər, yunanlar, italyanlar, ispanlar, portuqallar və s. gəlirlər. Bu ucuz işçi qüvvəsi daxili bazarda əl əməyinə ehtiyac olan işləri görməli idi.
Müqavilənin əsas şərti rotasiya prinspi ilə bağlı idi. Bunun nəticəsində müəyyən vaxtdan sonra köhnə işçilər öz vətənlərinə qayıtmalı, onların yerlərini isə yeniləri tutmalı idilər. Artıq 70-ci illərdə məlum olmuşdur ki, bu prinsip özünü doğrultmur. Çünki hər dəfə müəssisələr işçiləri yenidən öyrətməli idilər ki, bu da bir çox xərclərlər bağlı idi. Mövcud qanun müəssisələrin təzyiqi altında dəyişdirilir. Bu əcnəbilərə Almaniyada daimi yaşamaq haqqı verir. Həmçinin onlar öz ailələrini də Almaniyaya gətirmək imkanı əldə edirlər. Əvvəllər qastarbayter göndərən ölkələrdən - Yunanıstan, İtaliya və İspaniya AB-yə daxil olduqdan sonra həyat səviyyələrinin yüksəlməsi ilə əlaqədar olaraq bir çox qastarbayterlər öz vətənlərinə qayıtmışlar. Ancaq Türkiyədən və Yuqoslaviyadan gələnlərin geri qayıtması müşahidə olunmur. Əsasən türk mənşəli qastarbayterlərin Almaniyada artıq III nəsli yetişməkdədir. Türkiyə ilə əlaqəsi olmayan bu nəslin alman cəmiyyətinə inteqrasiyası da lazımi səviyyədə deyil. Bu da onların təhsilində və işləməsində böyük problemlər yaradır.
MDB ölkələrində qastarbayter fenomeni 90-cı illərdən başlayır. Onların getdiyi əsas ölkə Rusiya sayılır. Rusiyaya əsasən bu işçilər keçmiş sovet respubliklarından gəlirlər. Əfqanıstan, Çin və Vyetnam da bu ölkələr arasındadır. Onlar Rusiayda tikintidə və xidmət sahəsində çalışırlar. Rusiyanın böyük şəhərlərində də qastarbayterlər çalışırlar. MDB məkanında hökm sürən qastarbayter axını Almaniyada olandan kəskin fərqlənir. Almaniyada bu, dövlət səviyyəsində müqavilələr əsasında edilirdisə, Rusiyada yalnız ayrı-ayrı şəxslərin şəxsi istəkləri əsasında baş verir. Ortada heç bir müqavilə olmadan onların Rusiyada işləməsi çox vaxt qeyri leqal xarakter daşıyır. Nəticədə bu şəxslərin hüquqları tapdalanır, onları daha ucuz işlətmək üçün şərait yaranır.