Qatilin öpüşü | |
---|---|
ing. Killer's Kiss | |
Janr | Nuar filmi[d], dram filmi |
Əsas mövzu | boks |
Rejissor | |
Prodüser | |
Ssenari müəllifləri | |
Operator | |
Montajçı | Stenli Kubrik |
İstehsalçı | Metro-Goldwyn-Mayer |
Distribütor | Netflix |
İlk baxış tarixi | 1955 |
Müddət | 67 dəq. |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | ağ-qara[d] |
IMDb | ID0048254 |
Vikianbarda əlaqəli mediafayllar |
"Qatilin Öpüşü" (ing. Killer`s Kiss) — 1955-ci ildə Stenli Kubrikin rejissorluğu ilə kriminal nuar janrında çəkilmiş ABŞ istehsalı film. Ssenari Kubrikin özü və Hovard Sakler tərəfindən yazılmışdır. Bu, Kubrikin rejissorluq etdiyi ikinci tammetrajlı filmdir, birincisi 1953-cü ildə çəkilmiş "Qorxu və tamah" filmi idi. Filmdə əsas rollarda Ceymi Smit, İren Keyn və Fren Silvera almışdılar.[3]
Film karyerasını bitirmək üzərində olan 29 yaşlı yarıağır çəkili Nyu-Yorklu boksçu Deyv Qordon və onun qonşusu rəqqasə Qloriya Pris (İren Keyn) və onun qəddar müdiri Vinsent Rapallo (Fren Silvera) ilə münasibətlərindən bəhs edir.
Boksçu Deyvi Qordon rəqqasə Qloriya Pirsə hücum edən onun müdiri və məşuqu Vinsent Rapallonun qarşısını alır. Bu hadisə onları yaxınlaşdırır və onlar bir-birindən ayrılmaz hala gəlirlər, bu da Rapallonun narazılığına səbəb olur. Deyvi öldürmək üçün Rapallo qatillərə əmr verir. Ancaq səhv nəticəsində ölən Deyv yox onun meneceri olur. Rapallonun qisasından yayınmaq üçün Qordon və Qloriya şəhərdən qaçmağa qərar verirlər...
Qalibiyyət
1983-cü ildə Metyu Çepmen "Qatilin öpüşü" filminin çəkilişini əks etdirən "Yadların öpüşü" filminə rejissorluq etmişdir.
"Criterion Collection" Kubrikin digər "Qətl" adlı filminin xüsusi buraxılışı qismində "Qatilin öpüşü"nü DVD və Blu-ray üçün yayıma buraxmışdır.[5]