Qayabaşı | |
---|---|
40°09′24″ şm. e. 45°48′04″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2.027 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Qayabaşı — Göyçə mahalının Basarkeçər rayonunda kənd.
İrəvan quberniyasının Novobayazid qəzasında kənd.
"Qayanın başı", "Qayanın üstü" mənasındandır.
Kənd rayon mərkəzi Basarkeçərdən 1 km məsafədə yerləşir.
Qayabaşı adı 19 aprel 1991-ci ildən Geğamabak qoyulmuşdur.
Qayabaşı İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 6–7 km cənub-qərbdə, Məzrə çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[2]. Kəndin adı Qaya Baş Haçı Qərib (Кая Баш-Гаджи Кариб) formasında da qeyd edilir [3].
Toponim "qaya" oroterminindən və "dağın yuxarısı, zirvəsi" mənasında işlənən baş sözündən əmələ gəlmişdir. "Qayanın başında yerləşən kənd" mənasını bildirir. Kənd, doğrudan da, qayalıq, dağlıq yerdə yerləşir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Keğamabak qoyulmuşdur.
Kənddə 1873-cü ildə 131 nəfər, 1886-cı ildə 181 nəfər, 1897-ci ildə 219 nəfər, 1908-ci ildə 219 nəfər, 1914-cü ildə 240 nəfər, 1916-cı ildə 234 nəfər azərbaycanlı yaşamışdır[4]. 1919-cu ildə aprelin 13-20-də azərbaycanlılar qırğınlarla ermənilər tərəfindən qovulmuşlar[3]. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılar geri qayıda bilmişlər. 1922-ci ildə 149 nəfər, 1926-cı ildə 129 nəfər, 1931-ci ildə 181 nəfər azərbaycanlı yaşamışdır[5]. 1926-cı ildən burada əcəmi kürdləri də yaşamışdır.
1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşdur. İndi ermənilər yaşayır.
1988-ci ilin soyqırımında kənddən həlak olanlar.