Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiya qiymətli kağızlar bazarının stabilliyinin pozulmasına səbəb ola bilən, qiymətli kağızlar bazarının iştirakçılarının qiymətli kağızlarla əqdlər üzrə qiymətli kağızların bazar qiymətinin hər hansı bir üsulla əvvəlcədən razılaşdırılmış, qəsdən edilmiş əməllər ilə süni olaraq dəyişdirilməsidir.
Bağlanma anında qiymət qoyuluşu (Marking the close). Qiymətli kağızların bağlanış qiymətini (törəmə maliyyə alətlərinin isə müqavilə müddətinin son günündə) dəyişmək üçün bazarın bağlanma anına yaxın onların qəsdən alınması/satılması.
Qiymətli kağızların kütləvi təklifindən sonra sövdələşmə aparmaq (Colluding in the after market of an İPO).Bu hal, xüsusilə, qiymətli kağızların ticarəti başlayan kimi müşahidə olunur. İlkin kütləvi təklif zamanı səhmlərini yerləşdirmiş tərəflər qiymətli kağızların qiymətini süni olaraq qaldıraraq digər investorların marağını artırmaq və sonradan öz səhmlərini istədikləri qiymətə satmaq məqsədilə, ticarət başlayan kimi əlavə səhmləri almaq haqqında gizli razılığa gəlirlər.
Qanunsuz sıxışdırma (Abusive squeeze). Manipulyasiyanın bu növü, maliyyə aktivlərinin və/yaxud “derivativ” müqavilələrin əsasını təşkil edən məhsulların təklifi, tələbatı və ya çatdırılma mexanizmləri üzərində nəzərə çarpacaq təsiri olan, qiymətləri ciddi surətdə təhrif etmək (və digərlərinin öz öhdəliklərini yerinə yetirmələri üçün məhsulu bu qiymətə çatdırmaq, qəbul etmək və ya təxirə salmağa məcbur etmək) məqsədini güdən dominant tərəfə və ya tərəflərə aiddir (Qeyd etmək lazımdır ki, tələb və təklifin müvafiq nisbəti bazarda gərginlik yarada bilər. Lakin bu, özü-özlüyündə bazarda manipulyasiya hesab edilə bilməz. Həmçinin məhsulun təklifi üzərində nəzərə çarpacaq nəzarət, özü-özlüyündə manipulyasiya hesab edilməməlidir
Qiymət üzrə minimal səviyyənin yaradılması (Creation of a floor in the price pattern). Bu addımlar adətən emitentlər və ya onlara nəzarət edən digər təşkilatlar tərəfindən atılır və bu zaman, əqdlər və sifarişlər elə üsulla keçirilir ki, səhmin qiymətinin müəyyən səviyyədən aşağı düşməsinin qarşısını alan maneələr yaradılsən. Bu qiymətli kağızların buy-back-i və qiymətlərinin stabilləşdirilməsinə şamil edilmir.
Alqı-satqı spredi arasında kəskin fərq (Excessive bid-ask spreads). Bu manipulyasiya növü, bazarda vasitəçilər, əlbir fəaliyyət göstərən mütəxəssislər və ya marketmeykerlər tərəfindən reallaşdırılır. Onlar bazarda olan səlahiyyətlərindən sui-istifadə etməklə qəsdən alqı-satqı spredi arasında kəskin fərq yaradır və/yaxud onları süni şəkildə, ədalətli bazar dəyərlərdən uzaq səviyyədə saxlayır (yəni bazarda rəqiblərin yaranmasına yol vermir).
Bir bazarda maliyyə alətlərinin qiymətini təhrif etmək məqsədilə, digər bazarda ticarət aparmaq (Trading on one market to improperly position the price of a financial instrument on a related market). Bir bazarda sövdələşmə aparmaqla digər bazarda oxşar və ya əlaqəli maliyyə alətinin qiymətinə süni şəkildə təsir göstərilməsidir. Buna misal olaraq, səhmlərlə əqdlər bağlamaqla digər bazarda bu növdən olan səhm derivativlarının qiymətinin təhrif edilməsini, yaxud “derivativ” müqaviləsinin dəyərini təhrif etmək üçün bu müqavilənin əsasını təşkil edən əmtəə direvativi ilə alqı-satqısını göstərmək olar.
Mətbuat vasitəsilə saxta/çaşdırıcı məlumatın yayılması. Bura, səhmləri tənzimlənən bazarda tədavülə buraxılmış şirkətlərə dair saxta və çaşdırıcı məlumatın internet və ya mətbuat açıqlaması vasitəsilə yayılması kimi tədbirlər daxildir.
Yuyulma satışlar (Wash trades). Bu, maliyyə alətinin alqı-satqısı zamanı benefitsiar maraqlar və bazar risklərinin subyektində heç bir dəyişiklik baş vermədikdə və ya benefitsiar maraq və bazar riskinin ötürülməsi birgə və ya gizli razılaşma əsasında fəaliyyət göstərən şəxslər arasında baş verdiyi halları əhatə edir ("Repo" əməliyyatları və qiymətli kağızlarla borclanma “yuyulma satış” hesab edilmir).
Qiymətli kağızlar bazarında süni aktivliyin nümayiş etdirilməsi (Painting the tape). Bura maliyyə alətinin qiymətinin hərəkəti təəssüratını yaratmaq üçün nümayiş etdirilən əqdlər seriyası daxildir.
Düzgün qeyd edilməmiş sifarişlər (İmproper matched orders). müxtəlif, lakin sözləşmiş tərəflərin eyni zamanda və eyni qiymət və sayda alqı-satqı sifarişlərinin verilməsi. (Kross əqdlər istisna olmaqla)
İcra etmək niyyəti olmadan sifarişlərin yerləşdirilməsi (Placing orders with no intention of executing them). əvvəlki qiymət təklifindən daha yüksək/aşağı qiymətlə sifarişin verilməsidir. Bu zaman, əsas niyyət sifarişi icra etmək deyil, maliyyə alətinin qiymətinə və ona olan tələbata dair çaşdırıcı təəssüratın yaradılmasıdır. Sonra, sifarişlər yerinə yetirilməmiş fond birjasının ticarət sistemindən geri götürülür.
Sahibliyin gizlədilməsi.(consealing ownership) Bu, maliyyə aktivini sövdələşmiş tərəflərin adında saxlayaraq (qiymətli kağızlar bazarında məlumatların açıqlanması tələblərini pozmaqla) yolu ilə belə maliyyə aləti üzərində sahiblik hüququnu gizlətmək niyyətini güdən əqdlər və ya əqdlər silsiləsidir.
Xırda alverçilik (scalping). Saxta və ya çaşdırıcı məlumatın mətbuat, o cümlədən internet, yaxud hər hansı digər üsulla yayılması. Bu zaman məqsəd, qiymətli kağızın və ya "derivativ" müqavilənin və ya onun baza aktivinin qiymətinin əlverişli istiqamətdə dəyişdirməkdir.
Süni qiymət artırma (Pump and dump). Bu, qiymətli kağızlarda uzun mövqe (long position) mövqeyini tutma, sonra isə bu qiymətli kağızların qiymətini artırmaq məqsədilə onlara dair çaşdırıcı pozitiv məlumatların verilməsini nəzərdə tutur. Bazar iştirakçıları çaşdırıcı məlumatın qiymətə göstərdiyi təsirə aldanaraq bu qiymətli kağızlara almağa cəlb edirlər.Sonra isə manipulyasiyaya başlamış şəxs şişirdilmiş qiymətlə satış edir.
Zibildən pul düzəltmək (Trash and cash). Bu, süni qiymət artırmanın (pump and dump) tam əksi olan manipulyasiya növüdür. Bu zaman, hər hansı bir tərəf qiymətli kağızlarla üzrə "qısa" mövqe (short position) tutur; satışı davam etdirir və qiyməti aşağı salmaq məqsədilə qiymətli kağıza dair neqativ çaşdırıcı məlumatı yayır. Sonra isə manipulyasiyaya başlamış şəxs qiymətlər aşağı düşdükdən sonra öz vəziyyətini bağlayır.
http://scs.gov.az/files/law/law_446812990_1644.pdf Arxivləşdirilib 2014-10-26 at the Wayback Machine
AR Mülki məcəlləsi