Qlikosilamin — bir amin qrupuna, -NR2-yə bağlı bir qlikosil qrupundan ibarət olan biokimyəvi birləşmələr sinfidir. Onlar həmçinin N-qlikozidlər(azot qlikozidlər) kimi tanınırlar, çünki onlar bir növ qlikoziddir. Qlikosil qrupları karbohidratlardan əldə edilə bilər. Qlikosil qrupu və amin qrupu β-N-qlikozid rabitəsi ilə bağlanaraq, tsiklik hemiaminal efir rabitəsi (α-aminoeter) əmələ gətirir[1].