Qof

Qof adası
ing. Gough Island
Ümumi məlumatlar
Sahəsi 68 km²
Uzunluğu
  • 13 km
Eni 7 km
Hündür nöqtəsi 900 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
40°19′00″ c. e. 9°55′00″ q. u.HGYO
Ölkə  Müqəddəs Yelena, Yüksəliş və Tristan-da-Kunya adaları
Akvatoriya
Qof adası xəritədə
Qof adası
Qof adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
YUNESKO-nun bayrağı YUNESKO-nun Ümumdünya irsi,
obyekt № 740
ing.rus.fr.

Qof (ing. Gough Island) (Qonsalo-Аlvares) — ada vulkan məşəllidir. Atlantik okeanın cənubunda yerləşir. Tristan-da-Kunya arxipelanının tərkibinə daxildir (bəzi alimlər adanı müstəqil ada hesab edir). İnzibati cəhətdən Britaniya dəniz ərazilərinin Müqəddəs Yelena, Askenson və Tristan-da-Kunya adaları ərazisinə daxildir. Adada yaşayış yoxdur.

Qof adası

Adanın sahəsi ətrafındakı kiçik adalar və qayalıqlar ilə birlikdə 68 km² təşkil edir. Ən hündür zirvəsi 900 metrdir. Adanın özü arxipelaqdan 350 km (cənub), Keyptaundan 2,7 min. km, Braziliyadan 3,2 min. km məsafədə yerləşir.

Qof adası UNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir. Adada 11 bitki və 3 növ quş endemikdir. Üstəlik adada Diomedea dabbenenaPterodroma incerta albatros növlərinin böyük koloniyalarına rast gəlinir və onlar adada yuva qoyurlar.

Adanın əsas cətinliyi insanlar tərəfindən təsadüfən adaya gətirdikləri (XIX əsr) Ev siçanıdır. Bu yırtıcıların sayı 700 000 baş olaraq qiymətləndirilir. Onlar dəniz quşlarının yumurtaları ilə qidalanırlar.

Adalar və qayalıqlar

[redaktə | mənbəni redaktə et]

Qof adasının ətrafında çoxlu sayda kiçik ada və qayalıqlar vardır:

  • Cənub-Qərb adası (Southwest Island)
  • Saddl adası (Saddle Island)
  • Tristiana qayası (Tristiana Rock)
  • İsolda qayası (Isolda Rock)
  • Round adası (Round Island)
  • Koun adası (Cone Island)
  • Lots-Vaif qayası (Lot’s Wife)
  • Çerç qayası (Church Rock)
  • Pinqvin adası (Penguin Island)
  • Admirals adası (The Admirals)

İqlimi küləklidir və yağışlı keçir. Orta aylıq temperatur 9°S ; 14,5 °S, orta illik temperatur isə +11 °S təşkil edir. İllik yağıntı yağış halında düşür və 2500 mm təşkil edir.

Atlantik okeanın cənubunda yerləşən yerləşir. Rütubətli dəniz iqliminə malikdir.

Belə ehtimal edilir ki, ada ilk dəfə 1731-ci ildə Çarlz Qof tərəfindən aşkarlanmışdır. O, ilk dəfə adanın təsvirini versə də, adaya ayaq basmamışdır.

Britaniya hökumətinin icazəsi ilə 1956-cı ildə CAR meteoroloji stansiya inşa etmişdir.

  • "The South Atlantic and Subantarctic Islands: Gough Island". 2012-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-17.
  • South African weather station on Gough Island Arxivləşdirilib 2006-07-14 at the Wayback Machine
  • Gough Island Wildlife Reserve
  • UNESCO, Ümumdünya irsi Arxivləşdirilib 1997-07-10 at Archive.today
  • Qof adası Arxivləşdirilib 2006-01-07 at the Wayback Machine
  • Ekoloji vəziyyət. 20.05.2008