Qolden Steyt Uorriorz | |||
---|---|---|---|
Konfrans | Qərb | ||
Divizion | Pasifik | ||
Yaranma tarixi | 1946 | )||
Arena | Oracle Arena | ||
Yer | Oakland, Kaliforniya | ||
Klub rəngləri | Mavi, Sarı, Boz, Ağ | ||
CEO | Joe Lacob (Əsas), Peter Guber | ||
Prezident | |||
Komanda meneceri | Bob Myers | ||
Baş məşqçi | Steve Kerr | ||
Çempionluqlar | 5 (1947, 1956, 1975, 2015, 2017) | ||
Konfrans titulları | 8
Şərq: 3 (1947, 1948, 1956) Qərb: 6 (1964, 1967, 1975, 2015, 2016, 2017) | ||
Diviziya titulları | 5 (1975, 1976, 2015, 2016, 2017) | ||
İstefada olan nömrələr | 6 (13, 14, 16, 17, 24, 42) | ||
Sayt | Qolden Steyt Uorriorz | ||
Formalar | |||
|
Qolden Steyt Uorriorz — NBA-da Sakit okean qrupunda yer alan Oklənd, Kaliforniyanı təmsil edən basketbol klubu.
1946-cı ildə Filadelfiya, Pensilvaniyada "Filadelfiya Uorriorz" adıyla qurulmuşdur. NBA-də 1947, 1956, 1975, 2015 və 2017-ci illərndə 5 dəfə çempion olmuşdur. Üç çempionluğun ardından 40 il sonra 2015-ci il finallarında "Klivlend Kavalers" üzərində qalib gələrək çempion olmuşlar. 2015–16 mövsümündə 73 qalibiyyət 9 məğlubiyyət alaraq NBA tarixinin normal mövsümündə ən çox qalib gələn komandası ünvanını almışdır.
Warriors, Peter A. Tyrrell tərəfindən 1946-cı ildə "Filadelfiya Warriors" adıyla quruldu. 1946–47 mövsümündə "Çikaqo Stags"i 4–1 məğlub edərək çempion oldu. Bu uğur NBA rəhbərliyi tərəfindən ilk çempionluq olaraq qəbul edilir. Bir il sonra 1947–48 mövsümündə də final oynamağa nail oldular, lakin Baltimor Bullets qarşısında 4–2 məğlub oldular. İkinci çempionluğu isə 1955–1956 mövsümündə oldu, Warriors bu dəfə "Fort Wayne Piston"s ilə 5 oyundan sonra 4–1 hesabı ilə qalib gəldilər.
1962-ci ildə Franklin Mieuli komandanın böyük bir qisimini satın aldı və San Fransiskoya daşıdı. Ayrıca komandanın adını "San Fransisko Warriors" olaraq dəyişdirdi. 1962–64-cü illərdə Warriors, matçlarını ümumiyyətlə Cow Palaceda oynadı. 1964–66-cı illərdə isə oyunlarını San Fransisko Civic Auditoriumda keçirtdi. 1963–64 mövsümündə finala yüksəlməsinə baxmayaraq Boston Seltiksə 4–1 məğlub oldu. 1965-ci ildə Rick Barry komandanın ulduzuna çevrilməyə başladı. O mövsüm Rick Barry İlin ən yaxşı gənci seçildi və 1966–67 mövsümündə finala qədər yüksəlməyi bacardılar, lakin finalda Filadelfiya Seventi Siksers ilə qarşılaşmalarda 4–2 məğlub oldular.
1971-ci ildə komandanın adı "Golden State Warriors" olaraq dəyişdirildi. 1971 və 1977-ci illər arasında yalnız 1974-cü il istisna olmaqla digər illərdə pley offlara qatılmağı bacardılar. 1974–75 mövsümü finalında "Vaşinqton Bullets" ilə qarşılaşmalarda 4–0 hesabı ilə qalib gələrək çempion oldular.
Qolden Steyt Uorriorz heyəti
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Oyunçular | Məşqçilər | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
Heyət • Transferlər |
Baş məşqçilər | Məşqçilik etdiyi müddət |
---|---|
Edward Gottlieb | 1946–1955 |
George Senesky | 1955–1958 |
Al Cervi | 1958–1959 |
Neil Johnston | 1959–1961 |
Frank McGuire | 1961–1962 |
Bob Feerick | 1962–1963 |
Alex Hannum | 1963–1966 |
Bill Sharman | 1966–1968 |
George Lee | 1968–1970 |
Al Attles | 1970–1980 |
Johnny Bach | 1980 |
Al Attles | 1980–1983 |
Johnny Bach | 1983–1986 |
George Karl | 1986–1988 |
Ed Gregory | 1988 |
Don Nelson | 1988–1995 |
Bob Lanier | 1995 |
Rick Adelman | 1995–1997 |
P. J. Carlesimo | 1997–1999 |
Garry St. Jean | 1999–2000 |
Dave Cowens | 2000–2001 |
Brian Winters | 2001–2002 |
Eric Musselman | 2002–2004 |
Mike Montgomery | 2004–2006 |
Don Nelson | 2006–2010 |
Keith Smart | 2010–2011 |
Mark Jackson | 2011–2014 |
Stiv Kerr | 2014–hazırda |