Qondarma Dağlıq Qarabağ Respublikası pasportu | |
---|---|
erm. Լեռնային Ղարաբաղի Հանրապետություն | |
Tərəfindən verilib | Qondarma Dağlıq Qarabağ Respublikası |
Sənəd növü | Pasport |
Məqsəd | Şəxsiyyət doğrulama və səyahət |
Bitmə müddəti | 10 il |
Qondarma Dağlıq Qarabağ Respublikası pasportu — demək olar ki, Ermənistan pasportu ilə eyni idi. Pasportun məzmununa erməni və ingilis dilləri daxil idi.
Beynəlxalq səviyyədə tanınmayan Qondarma Dağlıq Qarabağ Respublikasının pasportları 2006-cı ildə Qondarma Dağlıq Qarabağ Respublikasının konstitusiyaya edilmiş dəyişiklikləri əsasında verilirdi. Dövlət statusuna görə pasport beynəlxalq ictimaiyyət tərəfindən hüquqi cəhətdən tanınmır və yalnız Qondarma Dağlıq Qarabağ Respublikasının sərhədləri daxilində istifadə olunurdu.
Dövlət statusuna görə pasport beynəlxalq ictimaiyyət tərəfindən hüquqi cəhətdən tanınmır və yalnız Qondarma Dağlıq Qarabağ Respublikası və digər üç postsovet münaqişəsi dövlətinin sərhədləri daxilində istifadə olunurdu; Abxaziya, Cənubi Osetiya və Dnestryanı tanınmamış dövlətlər birliyinin bütün üzvləri kimi öz vətəndaşları üçün viza tələbini ləğv etməyə razılaşıblar. Bundan əlavə, Qondarma Dağlıq Qarabağ Respublikası vətəndaşları qonşu ölkə Ermənistana vizasız gedə bilərdilər.
Qondarma Dağlıq Qarabağ Respublikası ikili vətəndaşlıq prinsipini qəbul etmişdi və nəticədə 2012-ci ildə Dağlıq Qarabağ Respublikasına köçmüş suriyalı erməni qaçqınlarına Qondarma Dağlıq Qarabağ Respublikası pasportu verilmişdi.[1]