Qədim şəhər | |
Qortina | |
---|---|
35°03′36″ şm. e. 24°56′58″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qortina (q.yun. Γορτύν, Γόρτυνα, yun. Γόρτυς, lat. Gortyn, Gortyna, Gortynia) — Yunanıstanın Krit adasında qədim şəhər. Qortinaİrakliondan 46 km cənubda, Ayi-Deka kəndi yaxınlığında, münbit Mesara düzənliyində yerləşir. Qortina Yunanıstanın ən mühüm arxeoloji ərazilərindən biri olan Kritin ən qədim şəhərlərindən biridir.
Şəhərin adı, Hesixiyə görə, "inək" mənasını verən minoyca "karten" sözündən gəlir.[1] Müasir alimlərin fikrinə görə, şəhərin adı pelasqların tərk etdiyi qədim Hind-Avropa substratında ghordh – «şəhər» deməkdir.[2]