Qorxmazqala | |
---|---|
Къоркъмаскъала | |
43°01′41″ şm. e. 47°17′31″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1970 |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 368080 |
Qorxmazqala (qum. Торкъали) — Rusiya Federasiyası, Dağıstan Respublikası, Xumtorqala rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Xutorqala rayonunun və Qorxmazqala kənd sovetliyinin mərkəzidir.
Kənd Xumtorqala rayonunun cənubunda, Şura-Ozen çayının sağ sahilində yerləşir. mahaçqala şəhərindən 10 km qərbdədir. Kənd yaxınlığından Qafqaz avtomaqistralı keçir. Kəndin qərbindən isə Şimali Qafqaz dəmiryolu xətti keçir
Qəsəbə torpaqları ilə həmsərhəddir: şimalda Tyube və Şamxal-Termen, şərqdə Zaqorodnı, cənub-şərqdə Leninkent və qərbdə Şanqoda-Şitlib.
Yaşayış məntəqəsi Dağıstanın dağ ətəyi zonasında yerləşir. Relyefi əsasən düzənlikdir. Kəndin cənub hissəsindən tədricən yüksək dağlar başlayır. Kənddən qərbdə Şura-Ozen çayının vadisinə doğru kiçik yüksəkliklər uzanır. Kəndin cənub-qərbində Dağıstan Respublikasının əsas görməli yerlərindən biri Sarıqum barxanı yerləşir. Ərazinin dəniz səviyyəsindən orta yüksəkliyi 61 metr təşkil edir.
Hidroqrafik şəbəkə əsasən Şura-Ozen çayından ibarətdir. Kəndin şimalından Oktyabr İnqilabı adı verilən bir kanal keçir.
Kəndin iqlim yarı quru-dəniz tipidir. Onun iqliminə dəniz üzərində formalaş hava böyük təsir göstərir. Havanın orta illik termperaturu +12°С təşkil edir. İyul ayının orta temperaturu +25°С, yanvar ayının orta temperaturu isə −0,5°С təşkil edir. İl ərzində ərazi üzrə 350 mm yağıntı düşür. Ən çox yağıntı payız mövsümündə düşür.
Kənd 1970-ci ildə salınmışdır. Kəndin salınmasına səbəb 1970-ci ildə Kumtorqala kəndində baş verən zəlzələ olur. Zəlzələdən əhali yeni əraziyə köçürülür və Qorxmazqala kəndi salınır. Əvvəllər kənddə «Markovski» şərabçılıq zavodu fəaliyyət göstərirdi.
1971-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının ali Sovetinin iclasında çıxarılan qərara əsasən Kumtorqala kəndinin adı Dağıstanda sovet hakimyyətinin qurulmasında böyük rolu olan Cəlaləddin Qorxmazovun şərəfinə Qorxmazqala adlandırılmışdır.
Əhalisinin hamısını süni müsəlmanlar təşkil edir. Etnik baxımından əhalisinin böyük əksəriyyətini qumuqlar təşkil edir. 2002 siyahıyaalmaya görə etnik tərkib[2]:
Xalq | Say, nəf. |
Ümumi əhaliyə olan nisbəti, % |
---|---|---|
qumuqlar | 7 033 | 91,1 % |
darginlər | 386 | 5,0 % |
avarlar | 215 | 2,8 % |
digərləri | 88 | 1,1 % |
ümumi | 7 722 | 100 % |