Qorxunc ölülər | |
---|---|
ing. The Evil Dead | |
Janr | Qorxu filmi |
Əsas mövzu | fövqəltəbiilik, Demon |
Rejissor | Sem Reymi |
Prodüserlər |
Brüs Kempbell Qari Holt Sem Reymi Robert Teypert İrvin Şapiro |
Ssenari müəllifi | Sem Reymi |
Baş rollarda |
Brüs Kempbell Ellen Sendveyss Riçard DeMeninkor Betsi Beyker Tereza Tilli |
Operator | Tim Filo |
Bəstəkar | Cozef LoDuka |
İstehsalçı | Renaissance Pictures |
Distribütor | New Line Cinema, Netflix |
İlk baxış tarixi | 15 oktyabr 1981 |
Müddət | 85 dəqiqə |
Büdcə | $375 min |
Gəlir | $24,400,000 |
Ölkə | ABŞ |
Dil | İngilis dili |
İl | 1981 |
Sonrakı film | Qorxunc ölülər 2 |
Rəng | rəngli[d] |
IMDb | ID0083907 |
Qorxunc ölülər (ing. The Evil Dead) – 1981-ci ildə çəkilən ABŞ qorxu filmi janrında çəkilən filmdir. Filmdə çoxlu sayda qanlı səhnələr olduğundan bu film Belarusiyada qadağan olmuşdu. Filmin büdcəsi təxminən 375 min ABŞ dollar, gəliri isə 24 milyon 400 min ABŞ dollarıdır. Film 2 ilə çəkilmişdir. Filmin rejissoru və ssenaristi Sem Reymidir. Filmə New Line Cinema kompaniyası distribütorlik etmişdir. Film sonluğunun davamı olan Qorxunc ölülər 2 filmində nəql edilir.
Miçiqan Universitetinin tələbələrindən biri olan Eş, sevgilisi Linda ilə birgə, yanlarında başqa bir cütlük olan Skott və Şelli, həmçinin, dostları Şerilini götürərək, tətillərini Tennessi meşəsindəki bir daxmada keçirməyə qərar verirlər. Onlar daxmanın zirzəmisində "Nekronomikon" (ing. Book of The Dead — Ölülərin Kitabı) adlı kitabı və səs qeydini tapırlar. Kitabdakı sehrli sözlərin oxunması zamanı özləri də bilmədən kabuslar sərbəst buraxırlar.
Artıq gecə yaxınlaşmaq üzrədir. Çöldən gələn səsi eşidən Şerili daxmadan çıxır. Şerili meşədə olduğu müddətdə ağaclar tərəfindən vəhşicəsinə təcavüzə məruz qalır. Daxmaya dönəndən sonra Şerili yoldaşlarına bu barədə danışır. Lakin bu zaman ona heç kim inanmır. Daxmanı tərk etmək üçün Şerili bu barədə Eşə söyləyir. Eş isə razılaşaraq onu evə aparmağa qərar verir. Eş və Şerili yola çıxırlar, amma gəldikləri körpünün daxıldığını görürlər. Onlar daxmaya geri dönmək məcburiyyətində qalırlar. Döndükdən bir müddət sonra Şerili iblisə çevrilir və Lindanı ayaq biləyindən yaralayır. Yoldaşlar onu zirzəmidə bağlı halda saxlayırlar. Pəncərədən gələn görünməyən bir qüvvə tərəfindən öz otağında iblisə çevrilən Şelli Skota hücum edir. Eş və Skott onunla mübarizə aparırlar. Şellini öldürdükdən sonra Eş və Skott ölüsünü basdırırlar.
Bu müddətdən başlayaraq Skott meşədən çıxış üçün axtarışa çıxır. Eş daxmaya qayıdan zaman zirzəminin açıq olduğunu və Şerilinin qaçdığını görür. Meşədən çıxış yolunu axtaran Skott meşənin naməlum qüvvəsinə məruz qalır. Bu zaman Skott yaralı vəziyyətdə daxmaya geri dönür və huşunu itirmədən Eşə meşədən çıxış üçün yeganə yol tapdığını söyləyir. Bir müddət sonra Eş ayaq biləyindən yaralı olan Lindanı yoxlamağa gedir. Bu zaman Eş onu iblisə döndüyünü görür. Eş Lindanı çölə çıxararaq onunla mübarizə aparır və onu öldürür. Eş daxmaya dönən zaman Skottun vəziyyətinin ağır olduğunu görür və bir müddət keçdikdən sonra Skott ölür. Bu zaman Şerili daxmanın pəncərəsini sındıraraq içəri girməyə çalışır. Eş ona atəş edir, lakin Şerilini öldürə bilmir.
Eş görür ki, artıq Skott da iblisə çevrilmişdir. Skott və Çerili birgə Eşə hücum edirlər. Bu zaman onlar qışqırmağa başlayırlar və bədənlərindən tüstü çıxmağa başlayır. Çünki "Ölülər kitabı" alovun yanına düşmüş və kənar hissədən yanmağa başlamışdır. "Nekronomikon" kitabının yanmasının kabusları yoxa çıxaracağını görən Eş bu kitabı alovun içinə atır. "Nekronomikon" kitabı yanan zaman iblislər əriyərək yoxa çıxmağa başlayırlar. Bir müddət sonra Günəş doğmağa başlayır.
Bütün yoldaşlar ölmüşdür. Onlardan yalnız Eş sağ qalmışdır. Baş verən bütün hadisələrin bitdiyini düşünən Eş daxmadan çölə çıxır, lakin qəflətən kabusların hücumuna məruz qalır. Bu zaman Eşin qışqırığı eşidilir və film sona yetir.
Ad | Rol | Titrdəki adı | Qeydlər |
---|---|---|---|
Brüs Kempbell | Eşli "Eş" C. Vilyams | Brüs Kempbell | Baş qəhrəman |
Ellen Sendveyss | Şerili Vilyams | Ellen Sendveyss | |
Riçard DeMeninkor | Skott | Hell Delriks | |
Betsi Beyker | Linda | Betsi Beyker | |
Tereza Tilli | Şelli | Sara York | |
Skott Şpiqel | Feyk Şemp | ||
Con Kameron | Feyk Şemp | ||
Coş Beker | Feyk Şemp | ||
Skott Şpigel | Feyk Şemp | ||
Ayvan Reymi | Feyk Şemp | ||
Sem Reymi | Eyni yolla gedən maşınla pulsuz səyahət edən Balıqçı / Pis qüvvə | yoxdur | titrdə göstərilməyib |
Robert Teypert | yerli kəndli | yoxdur | titrdə göstərilməyib |
Film Tennessi meşəliyində yerləşən tərkedilmiş bir klubda çəkilib. Filmin çəkilişi 2 ilə yaxın davam etdi. Çəkiliş müddətində film heyətlərindən və aktyorlarından bəziləri filmi tərk etmişlər. Bu səbəbdən Sem Reymi işi yarıda qoyan aktyorların yerinə dublyorlar və oyuncaqlardan istifadə etmişdir. Filmi əvvəldən axıra kimi oynayan və Sem Reymiyə hörmət bəsləyən aktyorlardan biri Eş personajını canlandıran Brüs Kempbell idi. Filmin DVD-sindəki açıqlamalara görə Brüs evə qırmızı qana bulanmış halda qayıdırdı.
Ehtiva etdiyi vəhşilik səhnələrindən ötrü filmin orijinal versiyası Finlandiya, Almaniya, İslandiya və İrlandiya daxil olmaqla bir neçə ölkədə qadağan edildi. Ağac təcavüzü səhnəsi Almaniyada kimiləri tərəfindən qadın düşmənliyi olaraq təyin olundu. Bəzi vətəndaşlar sayəsində filmin nəşr olunması 10 il boyunca maneə törətdi. Stefan Kinq bu qadağanı tənqid etdi. Şiddət ehtiva edən səhnələr yalnız 1992-ci ildə istehsal edilmişdir. Filmin tam versiyası 2001-ci ilə qədər Alman DVD bazarında satışa çıxarılmamışdır.