Qorxusuz vampir qatilləri | |
---|---|
Fearless Vampire Killers | |
Janr | qorxu filmi[1][2][…], LGBT mövzulu film[d] |
Rejissor | Roman Polanski |
Ssenari müəllifləri | Gerard Brach, Roman Polanski |
Baş rollarda | Jack MacGowran, Roman Polanski, Sharon Tate |
Distribütor | InterCom[d] |
İlk baxış tarixi | 1967 |
Müddət | dəq. |
Ölkələr | ABŞ, İngiltərə |
Dil | ingilis dili |
Rəng | rəngli |
IMDb | ID0061655 |
Qorxusuz vampir qatilləri (ing. Fearless Vampire Killers) — vampirlər haqqında çəkilən ən məşhur kino-filmlərdən biri.
Yaşlı bir yarasa tədqiqatçısı Professor Abronsius (Jack MacGowran) və onun qabiliyyətsiz köməkçisi Alfred (Roman Polanski) soyuq bir hava şəraitində Transilvaniyada qəsəbə-qəsəbə gəzərək vampir axtarırlar. Professor soyuqdan donma təhlükəsi qarşısında qaldığından yaxınlıqdakı kənddə bir evdə qalmağa qərar verirlər. Alfred ev sahibinin çimməyə meyilli qızına (Sharon Tate) möhkəm tutularaq aşiq olur, lakin qız yaxınlıqdakı qəsrdə iqamətgah quran vampir Kont Krolock tərəfindən qaçırılır. Professor Abronsius və köməkçisi Alfred kəndlilərin adını belə çəkməyə qorxduqları vampir Kont Krolockun qəsrinə tamamilə fərqli səbəblərlə gedirlər və vampirləri doğulduqlarına peşman edirlər.