Qothold Efraim Lessinq

Qothold Efraim Lessinq
alm. Gotthold Ephraim Lessing
Doğum tarixi 22 yanvar 1729(1729-01-22)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 15 fevral 1781(1781-02-15)[1][2][…] (52 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti söz yazıçısı[d], filosof, dramaturq, şair, kitabxanaçı, ilahiyyatçı, dramaturq, ədəbiyyat tənqidçisi, jurnalist, yazıçı, tənqidçi, sənətşünas
Fəaliyyət illəri 1749-cu ildən
Əsərlərinin dili alman dili
Janr dram
Üzvlüyü
  • Prussiya Elmlər Akademiyası[d]
İmza
Vikimənbənin loqosu Qothold Efraim Lessinq Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qothold Efraim Lessinq (alm. Gotthold Ephraim Lessing‎, 22 yanvar 1729[1][2][…], Kaments[d], Saksoniya elektoratlığı, Müqəddəs Roma imperiyası[1][3]15 fevral 1781[1][2][…], Braunşveyq, Braunşveyq-Lüneburq[d], Müqəddəs Roma imperiyası[1][3][4]) — alman şairi, dramaturqu, ədəbiyyatşünas, pedaqoq, alman klassik ədəbiyyatının banisi, mütəfəkkiridir. Lessinq yeni alman ədəbiyyatına keçidin möhtəşəm əsasını qoymuşdur. O, həmçinin Almaniyada realist estetikanın yaradıcısı sayılır. Əsas əsərləri "Laokoon və ya Rəssamlıq və Poeziyanın Sərhədlərində" traktatı, "Hamburq dramı" məqalələr silsiləsi, pyesleri "Miss Sara Sampson", "Minna fon Barnhelm", "Emilia Galotti", "Müdrik Natan" pyesləridir." Onun mübariz ideyalarla dolu dramaturgiyası isə yeni eranın siyasi tribunası olmuşdur.

Qothold Efraim Lessinq 1729-cu ildə Almaniyada, Kaments şəhərində, pastor İohann Gottfrayd Lessinq (1693–1770) və həyat yoldaşı Yustina Salome,(1703–1777) ailəsində üçüncü uşaq idi[5]. O, ibtidai təhsilini lüteran pravoslavlığının mövqelərində dayanan atasından alıb və artıq beş yaşında ikən atasının tərtib etdiyi İncil və katexizmi oxuya bilib. Qohumu Kristlob Mylius (almanca: Christlob Mylius, 1722–1754) ona hər şeyə tamamilə fərqli baxış verdi və onunla dostluq münasibətlərini davam etdirdi. Milius getdikdən sonra Lessinq Latın məktəbində, 1741-ci ildən isə — Maysendə Müqəddəs Afrikanın nüfuzlu məktəbində, ilk növbədə, qədim dilləri və qədim ədəbiyyatı öyrənir; Lessinqin ilk ədəbi təcrübələri bu dövrə aiddir. Bu monastır məktəbində də sxolastik pedantizm hakim idi. Lakin Lessinq bu köhnəliyə sinə gərməyə özündə qüvvə tapır və öz ideyalarının ardınca gedir. 1746-cı ildə Lessinq atasının istəyi ilə ilahiyyat fakültəsini oxuyaraq Leypsiq Universitetinə daxil olur. İlahiyyatı tərk edən Lessinq 1748-ci ildən tibb təhsili aldı, lakin bir neçə ay sonra həmin ilin noyabrında Berlinə köçmək üçün Vittenberq Universitetinə keçdi və burada jurnalist karyerasına başladı. Berlində başqa işlərlə yanaşı, həm də bir Alman qəzetinin rəyçisi idi. Vossische Zeitung kimi tanınan Berlinerische Privilegierte Zeitung və Alman Critischen Nachrichten aus dem Reiche der Gelehrsamkeit-in müəllifidir. 1750-ci ildə Volterlə görüşdü. 1751-ci ildə Lessinq yenidən Vittenberqdə (bu dəfə Fəlsəfə fakültəsində) diqqətini cəmləyərək, 1752-ci il aprelin 29-da Xuan Uarteyə həsr olunmuş magistrlik dissertasiyasını tamamladı. Burada o, "Damon" və "Gənc Alim" adlı ilk dramatik əsərlərini bəstələyir və Frederica Karolina Nayber ilə tanışlığı sayəsində artıq 1748-ci ildə qismən avtobioqrafik "Gənc Alim" komediyası teatr səhnəsində tamaşaya qoyulur. Burada "Ədəbi Məktublar" adı ilə tanınmış "Ən yeni ədəbiyyat haqda yazılar" jurnalını nəşr etdirir. Bu jurnal yeni alman ədəbiyyatının inkişafında mühüm rol oynayır. Almaniyada yeddiillik müharibə ilə əlaqədar Lessinq "Minna fon Barnhelm" yaxud "Əsgər səadəti" komediyasını yazır. 1966-cı ildə isə o, özünün "Laokoon" nəzəri traktatını bitirir.

Lessinqin xatirəsinə ucaldılmış abidə

1767–1769-cu illərdə Lessinq Hamburq milli teatrında çalışır və bu dövr onun yaradıcılığında mühüm rol oynayır. O, bir sıra teatrla bağlı məqalələr yazır və özünün "Hamburq dramaturgiyası" adlı monumental nəzəri əsərini yaradır. 1772-ci ildə Lessinq özünün məşhur "Emiliya Qalotti" faciəsini yazır. yaradıcılığının zirvəsi sayılan bu əsər çox kəskin realist bir dram idi. Hamburq teatrının dramaturqu kimi Lessinq Fridrix Lüdviq Şröder, Karl Filip Bax, İohann Fridrix Leuven və keşiş İohann Melkior Qöze (alm. Johann Melchior Goeze, 1717-1786) ilə sıx əlaqədə idi. Bundan əlavə, Lessinq Reimarus və Köniq ailələri ilə dost idi və o, 1768-ci ildə gələcək həyat yoldaşı Eva König ilə tanış oldu. Lessinqin dul qalmış Yeva Köninqə dostcasına dəstəyindən tezliklə 1771-ci ildə nişanla rəsmiləşdi toy isə, həll edilməmiş miras məsələləri səbəbiylə yalnız 1776-cı ildə baş tutdu. Yeva Köninqlə 1776-cı il oktyabrın 8-də Hamburq yaxınlığında baş tutan çoxdan arzulanan toy faciə ilə bitdi. 24 dekabr 1777-ci ildə anadan olan oğlu Traugott ertəsi gün, Eva König isə növbəti ilin 10 yanvarında öldü.Ömrünün son illərini o, Volfenbütteldə keçirir. Kitabxanaçı kimi Lessinq senzurasız nəşr hüququ aldı və 1773-cü ildən o, “Zur Geschichte und Litteratur” jurnalının naşiri və əsas müəllifi idi[6]. O, mübariz ruhlu "Ahti-Qets" pamfletini (1778), "Müdrik Natan" (1779) mənzum dramını, "İnsan nəslinin tərbiyəsi" (1780) traktatını və digər əsərlərini yazır. Onun bu fəlsəfi əsərləri əslində XVIII–XIX əsrlərin alman klassik fəlsəfəsinin əsas istiqamətlərini müəyyənləşdirirdi. Qothold Efraim Lessinq, bundan əvvəl də yazdığı bir pərdəli pyesləri olan "Gənc alim" (1747), "Azad fikirli" (1749), "Zuhudlar" (1749), "Samuel Qenç" pyeslərini də çox kəskin formada ictimai və dini məsələlərə toxunur, insan azadlığı uğrunda mübarızə aparırdı. Lessinq 1759-cu ildə "Filotos" qəhrəmanlıq faciəsini yazır. Bu əsərdə vətən uğrunda həlak olan romantik gənc bir qəhrəman obrazını yaratmışdır. Eyni sözləri "Miss Sara Sampson" əsəri haqqında da demək olar. 1759-cu ildə Lessinqin "Təmsilləri" nəşr olunur. Bu əsər dövrün ictimai münasibətlərini kəskin tənqid edən təmsillərdən ibarətdir.1779-cu ildən Lessinqin səhhəti getdikcə pisləşdi. 1781-ci il yanvarın sonunda Volfenbütteldən Braunşveyqə gedərkən astma tutmasından əziyyət çəkən Lessinq pnevmoniyadan əziyyət çəkir və fevralın 15-də şərab taciri Anqotun evində vəfat edir[7]. Ölümündə olan Alexander David qeyd etdi ki, Lessinq

Lessinqin yaşadığı ev

"yaşadığı kimi öldü: bir müdrik kimi, qətiyyətli, sakit, son ana qədər şüurunu qoruyub saxladı". Lessinq köhnə şəhər Magnifriedhof qəbiristanlığında dəfn edildi.

Maarifçilik rasionalizminin prinsiplərinə sadiq qalan Lessinq onları təbiətə, tarixə və incəsənətə daha dərin baxışlarla birləşdirdi. Bəşəriyyətin tarixi, onun fikrincə, insan şüurunun ləng inkişafı, ağılsızlığı aradan qaldırmaq və hər cür dogmalardan, ilk növbədə dini olanlardan azad olmaq prosesidir. Lessinq insanın məqsədini boş fərziyyədə deyil, canlı fəaliyyətdə görürdü. Söz və fikir azadlığı onun mövcud feodal quruluşu ilə mübarizə aparması üçün zəruri idi.

Haqqında deyilənlər

[redaktə | vikimətni redaktə et]

Nıkolay Çernişevski Q. E. Lessinqi "Yeni alman ədəbiyyatının atası" adlandırmışdır. Q. E. Lessinqi klassik alman ədəbiyyatının banisi sayırlar. Alman ədəbiyyatında Yohan Volfqanq Hötenin "Faust" əsərində sonra ən şöhrətli əsər "Müdrik Natandır."

Maraqlı əsərlərdən biri də Lessinqin iki sənət növünü müqayisə etdiyi “Laokoon və ya Rəssamlıq və Poeziyanın Sərhədləri” əsəridir: rəssamlıqpoeziya - Sadoleto və Laokoon tərəfindən təsvir olunan Laokoon heykəltəraşlığı nümunəsindən istifadə edərək. Lessinq rəsm çəkməklə ümumilikdə təsviri sənəti başa düşür.

Lessinqin kitabları

Azərbaycan dilinə tərcümə edilmiş əsərləri

[redaktə | vikimətni redaktə et]
Müdrük Natan

Bu ölməz sənət incisi dini ayrı-seçkiliyə, millətlər arası ədavətə qarşı yazılmışdır. Onun qəhrəmanları qədim dövrlərdə Fələstində bir-biri ilə düşmənçilik edən xalqların və dinlərin nümayəndələridir. Millətlər arasında humanistlik, bərəbərlik, qardaşliq ideyalarını təbliğ edən bu əsər faşizm dövründə yandırılmış və qadağan edilmişdir. Humanizm və dini etiqadlara ehtiram hissi ilə yazılmış "Müdrik Natan" mənzum dram Lessinqin ən mürəkkəb süjetli fəlsəfi əsərlərindəndir. Oriqinaldan Azərbaycan diliHəmid Arzulu tərəfindən tərcümə edilmiş əsər Naxçıvan Dövlət Musiqili Dram Teatrında 2010-cu ilin repertuarına salınaraq tamaşaya qoyulmuşdur.

  1. 1 2 3 4 5 6 7 8 Redlich C. C. Lessing, Gotthold Ephraim (alm.). // Allgemeine Deutsche Biographie L: 1884. Vol. 19. S. 756–802.
  2. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 3 4 Лессинг Готхольд Эфраим // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. Müller, J. Gotthold Ephraim Lessing // Encyclopædia Britannica (ingilis).
  5. Антисери и Реале, Д. и Дж. Западная философия от истоков до наших дней. От Возрождения до Канта (rus). С-Петербург: «Пневма». 2002. 880.
  6. Epoxin, A.V. Большая российская энциклопедия (rus). 2010. 339–340. ISBN ISBN 978-5-85270-350-7..
  7. З. Г. Матюшенко, З. Г. Лессинг, Готхольд // Новая философская энциклопедия : в 4 т. (rus) (2-ci nəşr). Мысль. 2010. 2010–2018. ISBN ISBN 978-5-244-01115-9..

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  1. Alman ədəbiyyatı antalogiyası:[2] Arxivləşdirilib 2013-01-12 at the Wayback Machine