Qozbel dağ

Qozbel dağ
Brokeback Mountain
ing. Brokeback Mountain
Janr romantik dram / dram filmi
Əsas mövzu Romantik sevgi[1], qadağan sevgi[d][2], Maskulanlıq[1], Etibar[d][1]
Rejissor Enq Li
Baş rollarda Hit Lecer
Ceyk Cillenhol
Linda Kardellini
Anna Feris
Enn Heteuey
Mişel Vilyams
Rendi Kueyd
Operator Rodriqo Prieto
Bəstəkar Qustavo Santaolalya
Rəssamlar Cudi Beker
Merit Allen
Quruluşçu rəssam Cudi Bekker[d][1]
Montajçı Dilan Tiçenor[d]
Distribütor Paramount Pictures
İlk baxış tarixi 2 sentyabr 2005[3], 9 mart 2006[4]
Filmin növü Bədii film
Müddət 134 dəq.
Büdcə $14 milyon
Gəlir $178,062,759
Ölkə ABŞ ABŞ Kanada Kanada
Dil İngiliscə
İl 2005
Rəng rəngli
Çəkiliş yeri Alberta
IMDb ID0388795
Mükafatları Qızıl Şir Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı Ən yaxşı uyğunlaşdırılmış ssenariyə görə "Oskar" mükafatı Ən yaxşı musiqiyə görə "Oskar" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Qozbel dağ" (ing. Brokeback Mountain) — Enq Linin 2005-ci ildə ekranlaşdırdığı bədii film. Film iki kovboyun bir-birinə olan sevgi hissləri haqqındadır və bu film tarixində ilk gey-vestern janrında çəkilmiş film hesab edilir.[5] Filmin əsasını Enni Prunun eyniadlı hekayəsi təşkil edir. Filmin ssenari-müəllifi Diana Ossana və Larri Mak Mörtridir. Filmdə əsas rolları Hit Lecer, Ceyk Cillenhol, Enn HeteueyMişel Vilyams canlandırmışlar.[6]

"Qozbel dağ" filmi bir sıra mükafatlara layiq görülmüşdü ki, onların da içərisində Venesiya Kino Festivalında Qızıl Şir, Qızıl QlobusIndependent Spirit Awards kimi mükafatlar var.

border=none Əsas məqalə: Qozbel dağ (hekayə)

ABŞ, Vayominq ştatı, 60-cı illər. Gənc oğlanlar Ennis Del Mar və Cek Tvist ştatın ayrı-ayrı uzaq yerlərində, kasıb rançoda böyüyüblər və mövsümi iş üçün müraciət edərkən tanış olurlar. Onları yaşayış evlərindən uzaqda yerləşən Qozbel dağ ətrafında, yay otlaqlarında qoyunları otarmaq üçün işə dəvət edirlər. Bir gün axşam, xeyli viski içib bir az sərxoş olduqdan sonra, onlar soyuq havadan qorunmaq üçün palatkada birgə gecələməyə qərar verirlər. Gecə onlar cinsi əlaqəyə girirlər və bununla onların romantik əlaqələri başlayır.

Yay işlərinin bitməsi ilə onlar ayrılırlar. Payızda Del Mar nişanlandığı Alma ilə evlənir, onların iki qızı doğulur. Tvist Texasa köçür, orada özünün rodeo arzusunu yerinə yetirir. Texasda o Lurin Nyusam ilə tanış olur və onunla evlənir. Cütlüyün oğlan uşağı doğulur. Lurinin valideynləri bu evlilikdən narazıdırlar, ata açıq-açığına Cekə xor baxır, həmişə onu alçaldır. Cek belə ailə həyatından bezir, o sevdiyi Ennisi düşünür.

Dörd il müddətində bir-birindən ayrı düşəndən sonra, Ennis Cekdən yenidən görüşməyə çağıran açıqca alır. Ennisin ani cavabından sonra, Cek dərhal onunla görüşməyə gedir. Görüşdükdən sonra, onlar öz sevgisinin daha da coşduğunu, gücləndiyini aşkar edirlər. Cek Tvist Ennislə birgə bütün adamlardan təcrid olunmuş, tənha bir rançoda yaşamaq istəyir və ona bu haqda təklif də edir. Del Mar bunun mümkünsüzlüyünü deyir və bunu uşaqlıqda şahid olduğu bir hadisə ilə izah edir — uşaqlıqda, Ennisin atasının fəal iştiraki ilə, başqa bir kişi ilə cinsi əlaqədə olan, qonşusu olan oğlanı vəhşicəsinə öldürmüşdülər. Del Mar, Cekin ona təklif etdiyi birgə yaşam tərzinin heç də yaxşı bitməyəcəyini deyir. O öz iki qızını çox istəyir və belə çətin vəziyyətdən çıxış yolu tapa bilmir, ona görə də hər şeyin necə var elə də saxlanılmasını təklif edir. Cekə olan məhəbbəti və ailə öhdəlikləri arasında parçalanan Ennis sonda dözmür və Almaya boşanmağı təklif edir. Alma razılaşır, amma nikahın ləğv edilməsinə baxmayaraq, Ennis onun uşaqlarının yaşadığı şəhəri tərk etməkdən imtina edir.

Birlikdə yaşamaqdan və açıq şəkildə öz əlaqələri haqda açıqlamaqdan məhrum olduqlarından, Ennis və Cek azadlıqda öz hisslərindən zövq almaq üçün təsadüfi dağa qalxmaları ilə məmnum olmağa məcbur olurlar. Dağda onlar özlərinin ilk görüşünü xatırlayırlar. Onların münasibətləri iyirmi il müddətində davam edir. Duyğuların və hisslərin dərinliyi azalmır və Cek o ümidlə yaşayır ki, bir gün gələcək və onlar nəhayət birgə yaşayacaqlar.

Onların ürək sarsıdıcı və bununla belə, gərgin görüşündən bir neçə ay sonra, Ennis Cekin öldüyünü öyrənir: onun Cekə yeni görüş barədə göndərdiyi açıqca yenidən ona, üstündə "Məktub alan şəxs ölüb" qeyd edilərək qaytarılır.

Gərgin telefon danışığında, Cekin həyat yoldaşı Lurin, Ennisə Cekin ölümünün rəsmi açıqlamasını verir, onun bədbəxt hadisə nəticəsində öldüyünü söyləyir. Lakin o, bu hadisələrin özünəməxsus versiyasını görür: Cek homofoblar tərəfindən qətlə yetirilib. O həmçinin Lurindən öyrənir ki, Cek, onun külünün Qozbel dağında sovrulmasını arzulayırdı. Ennis Cekin valideynlərini ziyarət edir. Onun atası Ennisə, oğlunun sonuncu istəyini yerinə yetirməkdən imtina edir. Bunun yerinə, o israr edir ki, onun qalıqlarını ailə qəbirsanlığında basdırılsın.

Cekin yataq otağında yerləşən divar şkafında (onun anası Cekin orada yaşadığında otaq hansı vəziyyətdə idisə o cür də saxlayıb) Ennis tel asılqanında Cekin iki köhnə, biri o birinin üstündə asılmış köynəyini görür. Bu köynəklərdə onlar Qozbel dağda sonuncu dəfə görüşərkən geyinmişdilər. Köynəyin üzərində qan izləri də var; bu 1963-cü ilin avqust ayında, sevgililər arasında yaranan dava zamanı baş vermişdi. Valideynlərin icazəsi ilə, Ennis bu iki köynəyi özü ilə aparır. O köynəkləri birləşdirərək, onun Ceklə Qozbel dağda yaşanan təmiz, bütün ətrafı bürüyən sevgisini xatırlayır.

Filmin son kadrlarında Ennis Del Mar, onun sevimli qızı Almanın toyu barədə eşitdikdən sonra (o rançoda, köhnə treylerdə yaşayır) gözyaşları içərisində iki asılmış köynəyə və Qozbel dağ təsvirli açıqcaya baxır. Hekayənin mətninə əsasən, Ennis uzaq rançoda tək-tənha yaşayır, onun bütün həyatı xatirələr üzərində davam edir və onun əhval-ruhiyyəsi gecə yuxuda Ceki görüb-görməməyindən asılı olur.

Ceyk Cillenholl
Hit Ledcer
Aktyor Rol
Hit Ledcer Ennis Del Mar
Ceyk Cillenhol Cek Tvist
Mişel Vilyams Alma (Cekin həyat yoldaşı)
Linda Kardellini Kessi (Ennisin həyat yoldaşı)
Anna Feris Leşon Meloun
Rendi Kueyd Co Agirr
Keyt Mara Alma (Ennisin balaca qızı)

Filmin əsasını təşkil edən Enni Prunun eyni adlı hekayəsi, ilk dəfə 13 oktyabr 1997-ci ildə The New Yorker jurnalında çap olunmuşdu. Ssenarinin ilk variantı Larri Mak Marti və Diana Ossano tərəfindən hələ 1990-cı illərin sonlarında hazırlanmışdı, ancaq o zaman maliyyə dəstəyi tapmamışdı. Ssenari müəllifləri şəxsən yazıçıdan onun əsərinin adaptasiya hüququnu əldə etmişdirlər. Rejissor kürsüsü üçün ilk olaraq namizəd şəklində Koel Şumaher və Qas Van Sent irəli sürülmüşdü.

Çəkiliş zamanı səhnələrin birində Hit Lecer çılpaq şəkildə gölə tullanmalı idi. Sonradan rejissor filmin final versiyasında bütün çılpaq səhnələri çıxarmağı qərara almışdı. BUna baxmayaraq hər yerdə qarşıya çıxan paparazzilər Hitin çəkiliş yerində çılpaq olarkən bir neçə fotoşəklini çəkə bilmişdilər. Tezliklə bu qalmaqallı fotolar internetdə və "sarı mətbuatda" yayılmışdı. Cillienhollun iddialarına əsasən, öpüş səhnəsi zamanı Hit Lecer az qala onun burnunu sındırırdı[7].

Qozbel dağ
Yayımlanma tarixi 2005
Yazılma tarixi 2005
Janr film musiqisi, folkkantri
Müddət 134 dəq.
Prodüser Qustavo Santaolalla
Albom xronologiyası
"N/A" "Qozbel dağ"
(2001)
"Brokeback Mountain soudtrack"
(2005)

"Qozbel dağ" filminin orijinal film musiqisi albomu 2005-ci ildə satışa çıxarılmışdır. Orijinal partitura və musiqinin bəstəkarı Qustavo Santaolalladır. Bütün dünya üzrə albomun 300 000-dən artıq nüsxə ilə satılmışdır ki, ondan da 100 000-i ABŞ-nin payına düşürdü.[8]

Albom iki Qızıl Qlobus mükafatına nominasiya almışdır: Ən yaxşı orijinal musiqi və Ən yaxşı orijinal mahnı ("A Love That Will Never Grow Old"), həmçinin Qremmi mükafatına da nominasiya edilmişdi.

"Qozbel dağ" filmi 14 milyon dollar büdcəyə malik olmaqla, həmçinin əlavə 5 milyon dollar reklam büdcəsinə malik olmuşdur. Film müəlliflərinin müsahibələrinə görə Focus Features filmdən gəlir əldə etməzdən əvvəl, istehsala çəkilən xərclərin təlafi edilməsi imkanına malik olmuşdur.

Məhdud şəkildə yayımlanmasına baxmayaraq, ABŞ-də (Nyu-York, Los-AncelesSan Fransiskoda) 9 dekabr 2005-ci ildə satışa çıxarılmış film ilk həftəsində kinoteatrlardan $547,425 qazanc gətirmişdir.

Milad həftəsində film yalnız Nyu-York və Los-Anceles kimi mərkəz şəhərlərdə deyil, eyni zamanda Portlend, Hyuston, Çikaqo, Dallas, DenverAtlanta kimi əyalət şəhərlərdə də bütün filmləri üstləyərək böyük gəlir əldə etmişdir. 6 yanvar 2006-cı ildə filmin yayım əhatəsi 483 kinoteatr həcmində genişləndirilmiş, 13 yanvar 2006-cı ildə filmin distribütoru olan Focus Features filmin davam edən təbliğinin davamı olaraq Şimali Amerikanın 700 kinoteatrında yayımlanmasəna başlamışdır. Beləliklə, film, Şimali Amerikada, 20 yanvarda 1194, 27 yanvarda 1652 və 3 fevralda 2089 kinoteatrda vizyona girmişdir.

"Qozbel dağ"ın kinoteatr göstərisi müddəti 133 gün davam etmiş və film Şimali Amerikada $83,043,761 gəlir əldə etmişdir. Dünya üzrə isə film əvvəlcə $95,000,000 gəlir əldə etmiş, daha sonra bu məbləğ $178 milyona kimi yüksəlmişdir. Bu film Focus Featuresin ən çox gəlir gətirən filmi olmaqla yanaşı, gəlirinə görə vestern filmləri arasında (1979-cu ildən bəri) beşinci, romantik dramlar arasında (1980-ci ildən bəri) isə səkkizinci olmuşdur.

Londonda film, 30 dekabr 2005-ci ildə yalnız bir kinoteatrda vizyona girmiş, 6 yanvar 2006-cı ildə isə Birləşmiş Krallıqda geniş yayıma başlanmışdır. 11 yanvar 2006-cı ildə "Time Out" jurnalının verdiyi məlumata görə film üç həftə ərzində Londonda ən çox izlənən film olaraq qalmışdır.[9]

Fransada film, 18 yanvar 2006-cı ildə 155 kinoteatrda (ikinci həftədə kinoteatrların sayı 258-ə, üçüncü həftədə isə 290-a çatmışdır) vizyona girmişdir. Birinci həftəsində "Qozbel dağ" Fransada 277,000 insan tərəfindən (hər kinoteatra 1,787 hesabla) izlənərək Fransada həmin həftə üçüncü gəlirli film olmuşdur. 20 yanvarda İtaliyada vizyona girən film ilk üç gündə 890,000 avro gəlir gətirmiş və ilk həftəsində ölkədə ən çox gəlir gətirən film olmuşdur.

"Qozbel dağ" Avstraliyada 26 yanvar 2006-cı ildə vizyona girmiş və gəlirinə görə dördüncü yerdə qərarlaşmışdır. İlk həftəsində film ölkə üzrə yalnız 48 kinoteatrda nümayişə başlamışdır. Əksər Avstraliya tənqidçiləri filmi yüksək dəyərləndirmişlər.[10] 2006-cı ilin ilk üç ayında "Qozbel dağ" filmi bir sıra başqa ölkələrdə də vizyona girmişdir.[11]

Çıxarılmasının ilk həftəsində "Qozbel dağ" Honkonqda gəlir miqdarına görə birinci yerə qalxmış və $473,868 gəlir (hər kinoteatr üzrə $22,565) gətirmişdir.[12]

"Qozbel dağ" 17–19 yanvar arasında ABŞ-də ən çox gəlirli film olmuş və görünür bu fakt filmin "Qızıl Qlobus" mükafatı qazanmasına da təkan vermişdir[13].

Həqiqətən də, 17–28 yanvar tarixlərində, bazar günü də daxil olmaqla (insanların daha çox kinoteatrlara üz tutduğu və filmlərin maksimum gəlir günü) ABŞ-də film hər gün ən çox gəlir gətirən filmlərdən biri olmuşdur.[14] 28 yanvarda film ilk beşlikdən çıxaraq altıncı yerdə qrarlaşmış, 30 yanvarda yenidən ilk beşliyə qayıdaraq 10 fevrala kimi mövqeyini qorumuşdur.

Filmin rejissoru olan Enq Linin vətəni Tayvanda film 20 yanvar 2006-cı ildə vizyona girmiş və 20 aprelə kimi sərgilənmişdir.

20 fevral 2006-cı ildən eBayda filmdən olan qoşa köynəklər satılmağa başlamış və $101,100.51 gəlir gətirmişdir.[15][16] Bu satışdan əldə edilən gəlir Kaliforniya Uşaq Xeyriyyə Cəmiyyətinə bağışlanmışdır.[17]

Qozbel dağ filmin posterinə baxdıqda, onun, qrafik formadaTitanik filminin posterinə bənzədiyi görünür və bu da sevgi hekayəsinə işarədir[18].
Qozbel dağ filminin posteri
Titanik filminin posteri

Peşəkar kinotənqidçilər filmi müsbət qəbul etmişlər. Film, Boston Film Tənqidçiləri Cəmiyyəti, Dallas-Fory Vort Film Tənqidçiləri Asossasiyası, San Fransisko Film Tənqidçiləri Dairəsi, Şimal-Şərq Film Tənqidçiləri Asossasiyası, Utah Film Tənqidçiləri Cəmiyyəti, və BAFTA mükafatlarını qazanmışdır.

Qozbel dağ, Rotten Tomatoes saytının 223 təhlilçisi arasında keçirilmiş səsvermə nəticəsində 87% səs qazanmış və saytın konsesusu — film gözəl epik gey vestern janrında, Lecer və Cillenhollun bir-birinə qarşı ürəksarsıdan bir sevgi hekayəsi canlandırdığı istiqamətində olmuşdur. Film həm də Metacritic'də 100 baldan 87-ni qazanmışdı, bu da filmə olan böyük rəğbət hissi ilə əlaqələndirilir[19]. Film Christianity Today dən də müsbət rəy qazanmışdı[20]. Konservativ radioaparıcı Maykl Medved filmə 3,5 ulduz vermişdi və bunu homoseksual gündəmdə filmin çox açıq-saçıq səhnələri olması ilə izah etmişdi[21].

Filmin çəkilməyinin əsas əhəmiyyəti, onun heç bir LGBT qurumlarının vətəndaş hüquqlarına yönəlmiş hərəkatına istinad edilmədən, sadəcə eyni cinsdən olan insanların bir-birinə olan sevgisindən danışmış olmasıdır. Bu filmdə sevginin faciəvi aspektləri vurğulanır, bir çox şərhçilər Ennis və Cekin hekayəsini, Romeo və Cülyetta kimi klassik və ya Titanik kimi daha yeni, bədbəxt sevgililər mövzusunda çəkilmiş filmlər sırasına əlavə edir[22][23][24]. Klassik romanlarla əlaqə təsadüfi deyil; filmin posteri Ceyms Kemeron Titanik filminin posterinə oxşayır, Enq Linin əməkdaşı Ceyms Şeymus filmin plakatlarına baxır və onu "bu günə qədər çəkilmiş ən romantik filmlər" sırasına daxil edir[25].

American Sexuality Magazine jurnalının biseksuallığa oriyentasiya edilmiş seks-pedaqoqu Emi Andre mediada filmin biseksuallığa aid edilməsinə görə narazı qaldığı bildirmiş və bu halı tənqid etmişdi:

"Qozbel dağ" filmi homoseksuallar haqda film deyil, çünki bu filmdə ümumiyyətlə gey yoxdur. Mən bunu deyirəm. Əgər filmə baxan tamaşaçıların şərhlərinə baxsanız, orada onların da mənim kimi filmin biseksuallara aid mövzuda olduğunu görərsiniz. Baş qəhrəmanların həm kişi ilə, həm də qadınla olan əlaqəsini görürsünüzsə, niyə rəy verənlər bu filmə "biseksual film" adı verə bilməz? Mən kədərli bəyanət ilə çıxış edirəm ki, həm əsas, həm də gey medialarında "bifobiya" adlı tendensiya yaranır[26].

Cillenhollun dediyinə görə, Ennis və Cek heteroseksual kişilər idilər və onlar yalnızca öz sevgi hisslərini daha da inkişaf etdirmişdirlər. Details jurnalına verdiyi müsahibədə o belə deyirdi: "Mən hekayəni oxudum və gördüm ki, bu əslində iki heteroseksual insanın bir-birinə olan sevgisi haqqındadır". Üçüncü şəxslər isə, baş qəhrəmanlarının özlərini həddindən artıq seksual aparmasını birmənalı qarşılamadı.

Beynəlxalq qəbulu

[redaktə | mənbəni redaktə et]
“Məncə hər kəs Çin rejissorunun yüksək artistik dəyərə malik bir filmlə Oskar mükafatı almasına şaddır. Hesab edirəm ki, bu həqiqətən də qürur verici hadisədir və hər işdə ikiüzlülük axtarmaq düzgün deyil.”

-Enq Li, Rejissorun Oskar mükafatı qazanmasını Çində qeyd edilsə də, film bu ölkədə vizyona girməmişdir.[27]

"Qozbel dağ" (ing. Brokeback Mountain) filminin adı bir çox dillərə (fransız, italyan, portuqal, polyak və sair) fərqli şəkildə "Qozbel dağın sirri" kimi tərcümə olunmuşdur. Kanada fransızcasında film "Souvenirs de Brokeback Mountain" (azərb. “Qozbel dağ xatirələri”‎) adlandırılmışdır. Macar dilində film "Túl a barátságon" (azərb. “Dostluqdan artıq”‎) adlandırılmışdır.

Beynəlxalq səviyyədə, ÇinOrta Şərq ölkələri də daxil olmaqla filmə müxtəlif reaksiyalar verilmişdir: Xəbər saytlarının verdiyi məlumata görə, film Çin kinoteatrlarında göstərilməsə də, DVD satış dükanlarında satışa çıxarılmışdır. Bu reaksiya Çində filmin mövzusuna az maraq olması ilə əlaqələndirilir. Lakin xarici media, bunu, Çin hökumətinin homoseksualizmə qarşı siyasəti ilə əlaqələndirir.[28][29] Enq Linin vətəni Tayvanda 20 yanvar 2006-cı ildə, Honkonqda isə 23 fevral 2006-cı ildə vizyona girmişdir.[30] CNN-ə müsahibəsində Enq Li deyirdi: "Qozbel dağ heç vaxt Çində göstərilməyəcək. Lakin mənim filminin Oskar mükafatı alması xəbərini eşitdikdə Çin mediası dedi, mən sitat gətirirəm "Sən bütün dünyada Çin xalqının fəxrisən.""[27]

Orta Şərq ölkələrində film siyasi müzakirələrə səbəb olmuşdur. Homoseksuallıq əksər Orta Şərq ölkələrində ciddi cinayət hesab edilir, homoseksuallığın leqal olduğu ölkələrdə isə bu tabu hesab edilir. Orta Şərqdə İsrail filmin senzurasız versiyasını yayımlayan yeganə ölkə olmuşdur. Livan isə filmin vizyona girdiyi yeganə ərəb ölkəsi olsa da, bu ölkədə filmin senzuradan keçirilmiş versiyası göstərilmişdir. Film həmçinin, Türkiyədə də vizyona girmişdir.[31] Birləşmiş Ərəb Əmirliklərində filmin kinoteatrlarda göstərilməsi rəsmən qadağan edilmişdir; lakin, "Blockbuster Video" kimi DVD marketlərində filmin satışı təşkil olunmuşdur.[32][33]

8 dekabr 2008-ci ildə İtaliyanın dövlət telekanalı olan Rai Due, filmin senzuradan keçirilmiş və homoerotik səhnələri kəsilmiş versiyasını efirə vermişdir. Bu hadisə İtaliyada etirazlara səbəb olmuşdur, belə ki, bəziləri homoseksuallıqla əlaqəli filmin efirə verilməsinə etiraz etsələr də, gey təşkilatları filmin senzurada kəsilməsinə etiraz etmişlər.[34] İtaliya dövlət telekanalı Rai Due özünü müdafiə edərək filmin senzurada kəsilməsinin distribütor şirkətin xətası olmasını bildirmiş və 17 mart 2009-cu ildə filmin senzurasız versiyasını efirə vermişdir.[35]

Ziddiyyət və mübahisələr

[redaktə | mənbəni redaktə et]

Utah teatrından çıxarılması

[redaktə | mənbəni redaktə et]
Larri H. Miller Yuta Universitetində etirazçılar ilə öz qərarı barədə diskussiya edir.

6 yanvar 2006-cı ildə Yuta Caz basketbol komandasının sahibi, rejissor Larri H. Miller Sendi şəhərində təşkil edilən əyləncə mərasimində veriləcək Qozbel dağ filmini təxirə salmışdı. Bu qərar ən son anda verilmişdi. Filmin planlaşdırılmış nümayişindən 2 saat öncə Larri öz öhdəliklərindən imtina etmiş və bunu filmdə eynicinsli-seks səhnələrin olması ilə əlaqələndirmişdi. Miller qeyd edir ki, filmin süjeti "ənənəvi ailə" anlamından çox uzaq qaçıb və bu "çox təhlükəli" ola bilər.[36][37]

Siyasi yanaşmalar

[redaktə | mənbəni redaktə et]

Bill O'Reilli, Con Gibson və Kol Tomas da daxil olmaqla bəzi ABŞ politoloqları Hollivudu filmdəki mövzuları gündəmə gətirməkdə günahlandırıb. Film, efirə çıxmasından bir müddət sonra, Gibsonun Fox News Radio proqramında rişxənd mövzusuna çevrildi. 22 yanvar 2008-ci ildə saat 15:31-də Hit Lecer Manhettendəki şəxsi evində ölmüş halda tapılır. Toksikoloji ekspertiza Lecerin rəsmi ölüm səbəbini elan etmişdi: bu, bir neçə ağrıkəsicinin qəbulu nəticəsində yaranmış kəskin intoksikasiya səbəbindən baş vermiş ölüm idi. Bunu bilən və yenə də rişxəndlə onu lağa qoyan Gibson geniş auditoriyanın kəskin tənqidinə məruz qalmışdı.[38]

Gene Şalit və "The Today Show"

[redaktə | mənbəni redaktə et]

Səhərlər verilən "The Today Show" verlişinin aparıcısı, kinokritik Gene Şalit, Qozbel dağ filmində rol almış Ceyk Cillenhollu (yəni bu konteksdə Cek Tvisti) "seksual vəhşi" və güclə Ennisi sporadik görüşlərə vadar edən bir personaj adlandırmışdı. Bu bir sıra narazılıqlara səbəb olmuş, əsasən də GLAAD Media Group narazılığını bildirmişdi. Onlar bildirmişlər ki, G.şalitin bu ittihami "Titanik filmində Leonardo Di Kaprionun baş rol aldığı qəhrəmanı da seksual vəhşi adlandırmağa bərabərdir, çünki belə yanaşdıqda Keyt Uinsletin oynadığı qəhrəman onun qurbanı kimi aparırdı". Şalit sonradan dediklərinə görə üzr istəmişdi. Onun oğlu Piter isə GLAAD-a göndərilmiş məktubunda yazır: "Ola bilər mənim atamın çoxlarına, xüsusən gay-birliyə qeyri-populyar bir ifadə işlətmişdi, amma bu heç də o demək deyil ki, o homofobdur. O hesab edir ki, GLAAD-ın əsas istəyi atasının adını boş yerə ləkələməkdir".[39]

ABŞ sosial konservatorları

[redaktə | mənbəni redaktə et]

Bir sıra xristian qruplaşması (məsələn "Konservativ Amerika Qadınları" və "Ailə üzrə Maraqlılar") filmin hələ ekrana çıxmasından əvvəl onu çox güclü şəkildə tənqid etmiş və bunu filmin süjetinin ailə dəyərlərinə zərər yetirə biləcəyi ilə izah etmişdirlər.[40]

Marketinq tənqidi

[redaktə | mənbəni redaktə et]

Bəzi şərhçilər filmə görə homoseksuallıq mövzularının kütləvi məclislərdə və mediada müzakirəyə çıxarılmasını tənqid etmişdir. "New York Daily News"dan Veyman Vonq, Deyv Kallen və Daniel Mendelson[41][42] qeyd edirlər ki, filmin rejissoru, əsas aktyorlar və ümumiyyətlə yaradıcı heyət filmdəki hadisəni təsvir edərkən gey sözünü işlətməkdən çəkinmişlər və filmin treylerində iki kişinin öpüşməsi göstərilməsə filmdə heteroseksual münasibətlərdən bəhs edildiyini də düşünmək olardı.

23 mart 2006-cı ildə, aktyor Rendi Queyd (Filmdə Ennis və Cekin bossu rolunu ifa etmişdir) Focus Features MMC-yə qarşı iddia qaldırmışdı. Onun sözlərinə görə bu cəmiyyət bilərəkdən filmi aşağıbüdcəli və qeyri-peşəkar art-xaus formatında təhrif etmişlər.[43]

Heyvanlara qarşı qəddarlıq iddiası

[redaktə | mənbəni redaktə et]

Amerikan humanitar assosiyasiyasının məlumatına görə, film çəkilişləri zamanı heyvanlara (xüsusən qoyunlarla), qaydaları pozan rəftar müşahidə edilmişdi.[44]

Oskar mükafatından sonrakı reaksiyalar

[redaktə | mənbəni redaktə et]

Ən yaxşı film nominasiyasında mükafatın "Qozbel dağ" filminə yox, onun rəqibi olan "Qəza" filminə verilməsindən sonra bəzi tənqidçilər Amerika Kino Akademiyasını homofobiyada günahlandırmışlar. Maykl Censen qeyd edir ki, hələ Oskar mükafatlarının təqdim edilməsi mərasimindən əvvəl "Qozbel dağ" filmi "kinematoqrafiya tarixində ən çox mükafat qazanan film"[45] olmuş, Oskar mükafatlı "Şindlerin siyahısı" və "Titanik" filmlərindən daha çox Ən Yaxşı Film və Ən Yaxşı Rejissor mükafatları almış, bu vaxta kimi heç bir film Yazıçılar, Rejissorlar və Prodüserlər Gildiyalarının müküfatlarını birlikdə almamış, və son iyirmi beş il ərzində heç bir filmin bu qədər nominasiyadan sonra Ən Yaxşı Film nominasiyasında qalib gəlməməsi olmamışdı. O eyni zamanda qeyd edir ki, ilk dəfə Ən Yaxşı Film nominasiyasında Qızıl Qlobus mükafatına namizəd olmayan film ("Qəza") həmin nominasiyada Oskar mükafatına layiq görülür.

Bəzi tənqidçilər, xüsusilə Rocer Ebert, "Qəza" filminin Ən Yaxşı Film nominasiyasında Oskar mükafatına layiq görülməsini müdafiə edir və ən yaxşı filmin bu mükafatı qazandığını qeyd edirlər.[46]

Filmin çəkiliş yerləri

[redaktə | mənbəni redaktə et]

Hekayəyə istinad edilərək, filmin çəkilişlərinin Vayominq ştatında gerçəkləşdirməsi qərara alındı. Ştatın bir sıra əhalisi "homoseksuallığı özündə təcəssüm edən bir filmin" Vayominqdə çəkilişinə etiraz etmişdilər. Buna baxmayaraq, film çəkilişləri əsasən Vayominqdəki Albert qayalığının ətrafında həyata keçirilmişdi. Yerli turizm heyətinin bildirdiyinə görə, filmə əsas "ruh verən", ilhamlandıran aspekt — Vayominqin Biqorn dağıdır[47].

"İlk gey-vestern"

[redaktə | mənbəni redaktə et]

Film Hollivudda gey-vestern janrında ekranizasiya olunmuş ilk film kimi reklam edilmişdi.[5] Buna baxmayaraq ABŞ film industriyasında "mavi kovboylar" mövzusu çoxdan ekspluatasiya edilirdi. Endi Uorhol hələ 1969-cu ildə özünün Lonesome Cowboys rəsmində bu mövzuya toxunmuşdu. Klassik Hollivud vestern filmlərində gizli homoerotika mövzularını rejissor Hovard Houksun Qırmızı çay filmində izləmək olar; həmin film "bütün zamanların homoerotik vestern"i adlandırılır[48]. Bir çox vestern filmlərində baş qəhrəmanların əlaqələri "sekssiz nikah" formasını daşıyır[49]; bu daha çox "Axtarışçılar" da, Amerika kinoincəsənət institutuna əsasən bütün zamanların ən yaxşı vestern filmində görmək olar[49][50].

Mükafat və Nominasiyalar

[redaktə | mənbəni redaktə et]
Akademiya Mükafatı
1. Ən yaxşı rejissor, Enq Li
2. Ən yaxşı orijinal musiqi, Gustavo Santaolalla
3. Ən yaxşı adaptasiya edilmiş ssenari, Larry McMurtry, Diana Ossana
Qızıl Qlobus Mükafatı
1. Ən yaxşı rejissor, Enq Li
2. Ən yaxşı film janrı — Drama
3. Ən yaxşı orijinal musiqi, Gustavo Santaolalla, Bernie Taupin
4. Ən yaxşı adaptasiya edilmiş ssenari, Larry McMurtry, Diana Ossana
BAFTA Mükafatı
1. Ən yaxşı rejissor, Enq Li
2. Ən yaxşı film, Diana Ossana, James Schamus
3. 2-ci plan üzrə ən yaxşı aktyor, Ceyk Cillenholl
4. Ən yaxşı adaptasiya edilmiş ssenari, Larry McMurtry, Diana Ossana

"Qozbel dağ" filmi 71 mükafata layiq görülmüş, əlavə olaraq 52 nominasiyada müxtəlif mükafatlara nominant olmuşdur.[51] Filmin aldığı mükafatlar arasında Ən Yaxşı Rejissor, Ən Yaxşı Ssenari və Ən yaxşı Film Musiqisi nominasiyalarında üç Oskar mükafatı, Ən Yaxşı Drama Filmi, Ən Yaxşı Rejissor, Ən Yaxşı Musiqi və Ən Yaxşı Ssenari nominasiyalarında dörd Qızıl Qlobus mükafatı, Ən Yaxşı Film, Ən Yaxşı Rejissor, Ən Yaxşı Ssenari və İkinci dərəcəli rolda Ən Yaxşı Aktyor (Ceyk Gillenhal) nominasiyalarında dörd BAFTA mükafatı da vardır. Film, Ən Yaxşı Aktyor, İkinci dərəcəli rolda Ən Yaxşı aktyor, İkinci dərəcəli rolda Ən Yaxşı Aktrisa və Ən Yaxşı Heyət nominasiyalarında dörd Ekran Aktyorları Gildiyası mükafatı qazanmışdır ki, bu da 2005-ci ildə təqdim edilmiş bütün filmlərin həmin gildiyadan qazandığı mükafatlardan çoxdur. Film eyni zamanda, ən çox mükafata layiq görülümüş LGBT mövzulu filmdir. Filmin qazandığı mükafatlardan bəzilərini aşağıda təqdim edirik:

  • Academy Awards: Ən yaxşı film (Focus Features: Diana Ossana və Ceyms Şeymus), Baş rolda ən yaxşı aktyor (Hit Lecer), 2-ci dərəcələli rol üzrə ən yaxşı aktyor (Ceyk Cillenhol), 2-ci dərəcələli rol üzrə ən yaxşı aktrisa (Mişel Vilyams), Ən yaxşı kinematoqrafiya (Rodriqo Prieto)
  • BAFTA: Ən yaxşı aktyor (Hit Lecer), Ən yaxşı aktrisa (Mişel Vilyams), Ən yaxşı kinematoqrafiya (Rodriqo Prieto), Ən yaxşı musiqi (Qustavo Santaolalla), Ən yaxşı oxucular (Geraldin Peroni və Dylan Tichenor)
  • Broadcast Film Critics Association Awards 2005: Ən yaxşı aktyor (Hit Lecer), 2-ci dərəcələli rol üzrə ən yaxşı aktyor (Ceyk Cillenholl)
  • European Film Awards: Beynəlxalq film mükafatı (Enq Li)
  • Qızıl Qlobus Mükafatı: Ən yaxşı aktyor — Film janrı üzrə Dram filmi (Hit Lecer), 2-ci dərəcələli rol üzrə ən yaxşı aktrisa — Film səhnəsi üzrə (Mişel Vilyams), Ən yaxşı orijinal musiqi (Qustavo Santaolalla)
  • en:49th Grammy Awards: Ən yaxşı albom-kompillyasiya və film üçün soundtrek, Televiziya və digər Vizual Media (Qustavo Santaolalla, prodüser)
  • en:Independent Spirit Awards: Ən yaxşı kişi aktyor (Hit Lecer), Ən yaxşı qadın rolu üzrə (Mişel Vilyams)
  • en:Screen Actors Guild: Kişi aparıcı rolu üzrə, ən yaxşı performans (Hit Lecer), 2-ci rol üzrə ən yaxşı performans göstəriciləri (Ceyk Cillenholl), 2-ci rol üzrə ən yaxşı qadın rolu üçün performans göstəriciləri (Mişel Vilyams), Filmdə göstərilən ən yaxşı performans (Hit Lecer, Ceyk Cillenholl, Mişel Vilyams, Enn Hetey, Rendi Queyd, Linda Kardellini, Anna Feris)

Ev üçün buraxılış

[redaktə | mənbəni redaktə et]

Film eyni gündə həm DVD-də, həm də internetdə satışa çıxarılmışdır.[54] 4 aprel 2006-cı ildə film ABŞ-də satışa çıxarılmışdır. İlk gündə 1,4 milyon nüsxədən çox satılan film, Disneyin "Narniya xronikaları: Şir, cadugər və paltar şkafı" filmindən sonra həftənin ən çox satılan ikinci filmi olmuşdur. Reytinqlər müntəzəm olaraq dəyişsə də, 2006-cı il martın sonlarından aprelə kimi bir neçə gün "Qozbel dağ" Amazon.com-da ən çox satılan DVD olmuşdur.[55] Region 2-də (Avropa) DVD 24 aprel 2006-cı ildə satışa çıxarılmış, satış ilk öncə Birləşmiş Krallqda başlamışdır. Region 4-də (Avstraliya/Yeni Zellandiya/Cənubi Amerika) film 19 iyul 2006-cı ildə satışa çıxarılmışdır.[56]

"Qozbel dağ" filmi kolleksiyaçılar üçün xüsusi buraxılışda 23 yanvar 2007-ci ildə satışa çıxarılmışdır. Eyni gündə film, Combo Format HD DVD/DVD şəklində də satışa çıxarılmışdır.[57] 20 sentyabr 2007-ci ildə film yalnız Birləşmiş Krallıqda Blu-ray formatında satışa çıxarılmışdır.[58] Film ABŞ-də 10 mart 2009-cu ildə Blu-ray formatında satışa çıxarılmışdır.[59]

  1. 1 2 3 4 europeanfilmawards.eu.
  2. 10 Romantic films about forbidden love. 2021.
  3. Freebase Data Dumps. Google.
  4. IMDb (ing.). 1990.
  5. 1 2 Ъ-Власть — Ковбой-френды
  6. Proulx, Annie; McMurtry, Larry; Ossana, Diana (2005, 2006). Brokeback Mountain: Story to Screenplay. London, New York, Toronto and Sydney: Harper Perennial. ISBN 978-0-00-723430-1.
  7. "Putting the X into movie sex — Film — www.theage.com.au". 2017-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-05.
  8. "Universal Music". New.umusic.com. 2022-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2013.
  9. Tilly, Chris. "Spielberg finally topples 'Brokeback Mountain'". Time Out London. 2007-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2013.
  10. Boschen, Paul. "Brokeback Mountain". 2006-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2013.
  11. "Release dates for Brokeback Mountain". Internet Movie Database. 2006-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2013.
  12. "Hong Kong Box Office". Box Office Mojo. October 1, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 24, 2007.
  13. "Brokeback Mountain Daily Box Office". Box Office Mojo. April 27, 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 11, 2006.
  14. "Brokeback Mountain Daily Box Office". Box Office Mojo. 2006-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2013.
  15. "Brokeback shirts sell for more than $100K". The Advocate. February 23, 2006. February 25, 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 24, 2007.
  16. "Jake Gyllenhaal's Brokeback Mountain Shirt Sells For $100K". Starpulse.com News Blog. February 20, 2006. March 4, 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2013.
  17. "U.S. Variety — About Variety". Variety, the Children's Charity. 2013-10-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2013.
  18. "The Cowboy Way". Posterwire.com. November 21, 2005. December 1, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 24, 2013.
  19. "Brokeback Mountain. Metacritic". 2012-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-05.
  20. Cockrel, Lisa Ann. "Reviews: Brokeback Mountain". en:Christianity Today. 2020-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2013.
  21. "2005 Best and Worst Movies". Michaelmedved.com. April 3, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2013. (#invalid_param_val)
  22. Lundegaard, Erik. "Love makes 'Brokeback' Oscar favorite". en:MSNBC. April 27, 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 27, 2006.
  23. Harris, Dan. "Christian conservatives serve up 'Brokeback' backlash". en:ABC News. August 23, 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 27, 2006.
  24. Koresky, Michael. "Don't fence me in: Ang Lee's 'Brokeback Mountain'". en:IndieWire. April 23, 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2013. (#invalid_param_val)
  25. "Jake and Heath: Their love will go on". Defamer.com. 2006-06-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2013.
  26. Andre, Amy. "Opinion: Bisexual Cowboys in Love". en:National Sexuality Resource Center. 2009-02-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2013.
  27. 1 2 "Interview with Ang Lee". CNN. October 26, 2007. November 12, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 11, 2013.
  28. World Entertainment News Network. "Brokeback Mountain banned in China". WTOP News. January 27, 2006. September 26, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2013. (#apostrophe_markup)
  29. ""Brokeback" not coming to mainland". Xinhuanet.com, Sources: China Radio International & Sznews.com. 2008-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2013.
  30. "Release dates for Brokeback Mountain". Internet Movie Database. 2006-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2013.
  31. "'Brokeback Mountain' Gets 4 Golden Globes, but will it make it to Lebanon?". Helem. January 17, 2006. September 27, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 24, 2007. (#invalid_param_val)
  32. Abdullah, Afkar. "UAE bans Brokeback Mountain". Khaleej Times. February 9, 2006. July 14, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 24, 2007.
  33. "The Dubai desert dream: it's not all fireworks and Kylie By John Arlidge". The Daily Telegraph. November 21, 2008. December 10, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2013.
  34. "L'Arcigay: "La Rai ha censurato il film Brokeback Mountain"". Corriere della Sera. Italy. December 9, 2008. June 27, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 24, 2009.
  35. ""Brokeback Mountain" torna su Rai2 Ma stavolta senza censurare i baci..." la Repubblica. Italy. March 10, 2009. April 2, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 24, 2009.
  36. Gray, Brandon. "Utah Theater Snub Can't Bridle 'Brokeback Mountain'". Box Office Mojo. January 9, 2006. September 30, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2013.
  37. "Utah Theater Balks at 'Brokeback Mountain'". KUTV. January 10, 2006. September 26, 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 24, 2007. (#invalid_param_val)
  38. "Fox Host John Gibson Mocks Heath Ledger's Death". The Huffington Post. January 23, 2008. December 13, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 12, 2013.
  39. Peter Shalit writes to GLAAD about his dad
  40. "CWA's Crouse says, "Golden Globes Goes Political"". Concerned Women for America. 2007-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2013.
  41. Cullen, Dave. "When does that hidden kiss become the shameful kiss?". January 17, 2006. August 7, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2013.
  42. Mendelsohn, Daniel. "An Affair to Remember". The New York Review of Books. February 23, 2006. May 17, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2013.
  43. "Randy Quaid drops 'Brokeback' lawsuit". Associated Press (via MSNBC). 2006. November 5, 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 5, 2006.
  44. ""Brokeback Mountain" no love story for its animal actors". U.S. Newswire. İstifadə tarixi: May 13, 2006.[ölü keçid]
  45. Jensen, Michael. "The Brokeback Mountain Oscar Snub". AfterElton.com. March 7, 2006. April 9, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2013.
  46. Ebert, Roger. "The fury of the 'Crash'-lash". Chicago Sun-Times. March 6, 2006. April 8, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 24, 2021.
  47. Clark, Jayne. "Looking to climb Brokeback Mountain? Head to Canada". en:USA Today. February 2, 2006. 2012-01-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 oktyabr 2013.
  48. Gary Needham. Brokeback Mountain. Edinburgh University Press, 2009. ISBN 978-0-7486-3383-8. Pages 61–64.
  49. 1 2 Paul Varner. The A to Z of Westerns in Cinema. ISBN 978-0-8108-6888-5. Pages 84, 118.
  50. "JonathanRosenbaum.com » Blog Archive » Declarations of Independents: The Past Recycled". 2012-01-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-05.
  51. "Awards for 'Brokeback Mountain'". Internet Movie Database. 2018-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2013.
  52. "'Brokeback' named best independent film". en:Associated Press (via en:USA Today). İstifadə tarixi: April 19, 2012. (#apostrophe_markup)
  53. "2006 TIME 100: The People Who Shape Our World". Time. July 14, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 23, 2007.
  54. Snider, Mike. "Pick your movie format: Download or DVD". USA Today. April 3, 2006. 2012-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2013.
  55. "Brokeback Mountain". Amazon.com. 2019-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2013. Reference content retrieved on July 23, 2007, no longer supports Amazon.com sales ranking statement.
  56. "Brokeback Mountain". EzyDVD.com.au. 2011-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2013.
  57. "Brokeback Mountain". Universal Studios. 2007-12-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2013.
  58. "Brokeback Mountain [Blu-ray] (2005)". Amazon.com (United Kingdom). 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2013.
  59. "Brokeback Mountain [Blu-ray] (2005)". Amazon.com. 2022-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2013.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]