Qozbel zanbaqca | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Qozbel zanbaqca |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Qozbel zanbaqca (lat. Fritillaria gibbosa) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c. Azərbaycanın nadir növüdür.
Soğanaqlı, çoxillik ot bitkisidir. Soğanaq açıq-pulcuqlu, kürəşəkillidir. Gövdə 8-20 sm hündürlükdə, yarpaqlar çılpaq, aşağı yarpaqlar qarşı-qarşıya, yuxarı yarpaqlar növbəli yerləşmişdir, ensiz, xətvari, sivridir. Çiçəkləri salxım çiçək qrupunda toplanıb, uc hissədə yerləşir. Çiçəkyanlığı 12- uzunluğunda, 7- enində, bənövşəyi rəngli, tünd-bənövşəyi damarlı, qaidəsi tünd-ləkəli, yumurtavari ovalşəkillidir. Tozluq bənöşəyi, mavi, qutucuq aztillidir.
Çiçəkləmə aprel, meyvə əmələgətirmə may-iyun aylarına təsadüf edir. Soğanaqla və toxum vasitəsilə çoxalır. Quru, daşlı, gilli-çınqıllı yamaclarda yayılmışdır. Kseromezofitdir. Geofit bəzək bitkisidir.
Naxçıvan düzənliyində Şahtaxtı, Duzdağ, Nehrəm ətrafı, Dərəşam və Darıdağ, Əlincəçay vadisində yayılmışdır.
Populyasiya az rast gəlinir. Məhdudlaşdırıcı amillərin təsirinə məruz qalması populyasiyanın azalma tendensiyasını sübut edir.
Antropogen (əhali tərəfindən yığılması) və zoogen amillər.
Mühafizəsi üçün xüsusi tədbirlər görülməyib. Yeni yayılma yerlərinin axtarılması vacibdir.