Bu məqaləni vikiləşdirmək lazımdır. |
Qravimetrik analiz (çəki analizi) – analitik kimyada müəyyən tərkibli təyin olunan komponentin kütləsinin dəyişməsinə əsaslanan miqdari analiz metodudur.
Qravimetrik analizdə alınmış XaRb çöküntüsü üçün aX+bR=XaRb tipli reaksiya istifadə olunur. Çəki analizinin aparılması zamanı təyin olunan komponent və ya maddənin tərkib hissəsi (element, ion) göstərilən reaksiya üzrə reaksiyaya daxil olur və ayrılaraq çəkilir. Reaksiya üzrə alınmış forma qravimetrik forma adlanır (əvvəllər çəki forması adlanırdı). Alınan maddənin tərkibi dəqiq məlum olmalıdır. Yəni tərkib hər hansı bir kimyəvi formula tabe olmalıdır və tərkibində kənar qarışıqlar olmamalıdır. Qravimetrik analizdə müxtəlif qeyri-üzvi və üzvi kimyəvi birləşmələr istifadə olunur. Belə ki, məsələn, 1,2,3 — benzotriazol mis, gümüş, sink və s. metalların qravimetrik təyinində istifadə olunur. Qravimetrik analiz (çəki analizi) öz inkişafının pik nöqtəsinə 1950-ci illərdə çatmışdı. Belə ki, o zamanlar spektral və xromatoqrafik metodlar geniş istifadə olunmurdu. Hal-hazırda qravimetrik analiz digər metodların işlənməsində metodiki baza olaraq etalon hesab olunur. Qravimetrik metod əsasən, torpaqda hiqroskopik nəmin, meyvə və tərəvəzlərdə quru maddənin miqdarının, duzlarda kristallaşma suyunun, maddələrdə elementlərin miqdarının təyinində istifadə olunur. Qravimetriyanın üç növü var: qovma, çökmə, ayrılma.
Analiz olunan maddənin nümunə çəkisi suda və ya hər hansı həlledicidə həll edilir, təyin edilən element reaktivlə az həll olan maddə şəklində çökdürülür. Alınan çöküntü süzülür, yuyulur, qurudulur, közərdilir və çəkilir. Çöküntünün kütləsini bilərək təyin olunan elementin miqdarı götürülən nümunə çəkisində faizlə və ya kütlə payı ilə hesablanır. Bəzən çökən maddə közərdildikdən sonra tərkibi dəyişir. Buna görə də çöküntünün çökmə və qravimetrik forması fərqləndirilir. Məs., CaCl2 + (NH4)2C2O4 = CaC2O4 + 2(NH4)Cl, burada CaC2O4 çökmə forması hesab olunur, belə ki, közərdilmə zamanı tərkibini dəyişir. CaC2O4 = CaO + CO2↑ + CO↑
Metod analiz olunan maddə komponentinin ayrılaraq dəqiq çəkilməsinə əsaslanır. Məs., bərk yanacağın tərkibində zolun təyini.
Bu metodda təyin olunan komponent turşu və ya yüksək temperaturun təsirilə uçucu birləşmə şəklində ayrılır. Bu metodun müxtəlif formaları var: