Qriqor Antipa | |
---|---|
Doğum tarixi | 27 noyabr 1867[1] |
Vəfat tarixi | 9 mart 1944[1] (76 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Qriqor Antipa (27 noyabr 1867[1] – 9 mart 1944[1], Buxarest) — rumıniyalı Darvinist bioloq, zooloq, hidrobioloq, okeanoloq, limnoloq. Rumıniyada hidrobioloji və ixtiologiya məktəbinin qurucusu. Dunay Deltasının və Qara dənizin faunasını araşdırmışdır.[2] Buxarest Təbiət Muzeyinin direktoru (1892-1944) və Rumıniya Akademiyasının üzvü (1910) olmuşdur.
Botoşani'də bir vəkil ailəsində anadan olmuşdur. Valideynlərini Erkən itirmiş və xalası onun tərbiyəsi ilə məşğul olmuşdu.
Böyük qardaşı Nikolasın köməkliyi ilə təqaüd aldı və Almaniyada Yena Universitetində təhsil almağa başladı. Məzuniyyətdən sonra Fransa, İtaliya, Kapri şəhərində tədqiqat aparıb, o, balıq və dəniz anası quruluşunu öyrənmişdir. 1892-ci ildə zoologiya kafedrasına başçılıq edir və sonra Buxarest Təbiət Tarixi Muzeyinin direktoru vəzifəsinə keçdi.
Bu vəzifədə, həyatının sonuna qədər işləmişdir. O, dioramanı təkmillşdirmiş və üç ölçülü aspekti vurğulamışdır. Dioramanı ilk dəfə muzey şəraitində məhz o tətbiq etmişdir. O, Kral I müraciət edərək, Dunay və Qara dənizi araşdırmaq lazım olduğuna inandırdı, 1893-cü ildə NMS Elisabeta gəmisi ilə ekspedisiya üçün yola çıxdı.[3] 118 gün boyunca, Qara dənizi, Rumıniyanın sahilini və Dunay Deltasını araşdırdı. Sinop, İstanbul, Odessa və Sevastopolu ziyarət etdi 1910-cu ildə Rumıniya Akademiyasının üzvü seçildi. 1919-cu ildə Madriddə CIESM (Aralıq dənizi Elmi Tədqiqatları üzrə Beynəlxalq Komissiya) qurucularından biri idi.[4] 1932-ci ildə Konstansa şəhərində Dəniz Araşdırmaları və İnkişaf İnstitutunu qurdu. 1939-cu ildə Leopoldine üzvlüyünə qəbul edildi. 1941-ci ildə "Qara dəniz: okeanoqrafiya, bionomiya və ümumi biologiya" fundamental işinin ilk hissəsini nəşr etdi. İkinci kitabı tamamlamağa isə ölümü mane oldu. Buxarestdə Milli Təbiət Tarixi Muzeyi onun adını dəyişir.[5]