Quadalkanal

Quadalkanal
ing. Guadalcanal,
Ümumi məlumatlar
Sahəsi 53529 km²
Hündür nöqtəsi 2335 m
Əhalisi 109.382 nəfər (1999-cu il)
Yerləşməsi
9°37′00″ c. e. 160°11′00″ ş. u.HGYO
Ölkə  Solomon adaları
Quadalkanal xəritədə
Quadalkanal
Quadalkanal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Quadalkanal (ing. Guadalcanal) — Solomon adalarına daxil olan vulkan məşəlli ada[1]. İnzibati cəhətdən eyni adlı vilayətin ərazisində yerləşir. Adanın köklü əhalisi İsatabu xalqıdır[1].

Тоpoqrafik xəritə.
Adanın xəritəsi.

Quadalkanal adası Sakit okeanın cənubunda yerləşir. Adanın qərbində Sanda İsabel, şimal-şərqində Malaita, cənub-şərqdə San-Kristobal, cənubunda isə Pennel adası yerləşir. Ətrafda yerləşən adaların bir qismi mərcan məşəllidir[2].

Mənsub olduğu dövlətin ən böyük adasıdır[3]. Onun uzunluğu 150 km, eni 48 km[3] Solomon arxipelaqının isə ikinci böyük adasıdır.

Adanın və ölkənin ən hündür zirvəsi Popomanaseu zirvəsidir (2335 m)[4]. Mаkаrаkоmburu zirvəsinin ən hündür zirvə olması və hündürlüyünün 2447 m olması haqqında fikirlər müasir araşdırmalar nəticəsində təstiqini tapmamışdır (2310 m)[5]. Onun şimalında 460 km² sahəsi allüvial düzənlikdən ibarətdir[3].

Rütubətli Tropik iqlimə malikdir[1]. Adanın cənubuna düşən illik yağıntı şimalına nisbətən çoxdur[3].

1568-ci ildə ada ispan dənizçisi Alvaro Mendan de Neyr tərəfindən kəşf edilir və Əndalus vilayətinin eyni adlı ərazi vahidliyinə uyğun olara Quadalkanal (isp. Guadalcanal) adlandırılır. Uzun zaman yerli əhali ilə avropalılar arasında hec bir əlaqə qurulmamışdır. Bircə taçirlər və balina ovçuları istisnadır. 1845-ci ildə Quadalkanal adasında misionerlər meydana gəlir. Onlar insanları Fici plantasiyalarına cəlb edirdilər[6].

15 mart 1893-cü ildən adalar üzərində Britaniya İmperiyasının protektoratlığı elan edilmişdir[7]. 1971-ci ildən Britaniya Qərbi Sakit okean ərazilərinin bir hissəsini təşkil edirdi[7]. XX əsrdə adada ilk kakos plantasiyaları meydana gəlir. 1912-ci ildə Lonqqu yaşayış məntəqəsində misionerlər tərəfindən məktək açılmışdır.

1942–1943 illərdə burada Quadalkanal döyüşü baş vermişdir. Ərazini qorumaq məqsədi ilə bölgədə ABŞ hərbi bazası inşa edilmişdir. Bununla əlaqədar adanın yetkinlik yaşına çatmış kişiləri məcburi əməyə cəlb edilirdi[6].

"Masinga Rule" hərəkatı adada yaradılmış və gələcək həyata təsir göstərmişdir[6]. Bu hərəkat sonradan ölkənin müstəqilliyində mühüm rol oynayır.

1978-ci ildən ada Solomon adalarının bir hissəsi olur.

1999-cu il məlumatına əsasən Quadalkanal adasının əhalisi 109 382 nəfər təşkil edir. Ən böyük əhali Honiara şəhərində cəmləşmişdir. Solomon adalarının paytaxtıdır. Adada eyni adlı vilyət yerləşir.

Adada ən geniş yayılan dil Kreol dilidir. Bununla belə burada Malaneziya dilləri geniş şəkildə istifadə edilir:

  • birao (5900 danışır, 1999 il; şərqində),
  • qxari (12 119 danışır, 1999 il; qərbi, şimal-qərb və şimalı),
  • lenqo (13 752 danışır, 1999 il; şərqində),
  • lonqqu (1894 danışır, 1999 il; şərqində),
  • malanqo (4135 danışır, 1999 il; mərkəzində),
  • talise (12 525 danışır, 1999 il; cənubda)[8].

Adanın şərqində Honiara şəhərində beynəlxalq liman fəaliyyət göstərir.

  1. 1 2 3 "Solomon adaları. (ing.)". 2008-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-10.
  2. "UNEP. Соломоновы Острова. (ing.)". 2008-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-10.
  3. 1 2 3 4 ["John Seach. Quadalkanal adası. (ing.)". 2007-10-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-12-10. John Seach. Quadalkanal adası. (ing.)]
  4. "Mount Popomanaseu, Solomon Islands" (ingilis). Peakbagger.com. 2012-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-06.
  5. "Mount Makarakomburu, Solomon Islands" (ingilis). Peakbagger.com. 2012-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-05-06.
  6. 1 2 3 Quadalkanal adasının yerləşməsi. Arxivləşdirilib 2020-01-14 at the Wayback Machine (ing.)
  7. 1 2 "Worldstatesmen. Solomon adaları. (ing.)". 2011-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-10.
  8. "Ethnologue. Языки Соломоновых Островов. (ing.)". 2012-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-10.