Quanako | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Quanako |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Quanako(lat. Lama guanicoe), (Artiodactyla) dəstəsindan bir məməli növü.
Amerika dəvələrinin ən iri nümayəndəsidir. Bədənin uzunluğu 180-225 santimetrə, quyruğu 15-25 santimetrə, hündürlüyü isə 90-130 santimetrə çatır. Onların çəkiləri 70-100 kiloqram olur. Quanakolar şimali Perudan Odlu Torpaqlara qədər dəniz səviyyəsindən 4000 metrə yüksəkliyi olan ərazilərdə yaşayırlar. Bütün ömürləri boyu 4-10 dişi və 1 erkək lider Quanako olmaqla, kiçik sürülər halında yaşayırlar. Digər erkəklər 15-25 baş sürülər halında yaşayırlar. Quanakoların çütləşmə dövrü noyabrdan fevrala kimi baş verir. 11 aydan sonra dünyaya 1 ədəd, təsadüfi hallarda 2 ədəd yaxşı inkişaf etmiş bala gətirirlər. Yeni doğulmuş balalar 1 saatdan sonra analarının arxası ilə hərəkət edirlər. Quanakolar balalarını 3 ay südlə bəsləyir. Bundan sonra balalar sərbəst qidalanırlar. 1 yaşından sonra cavan dişilər çoxalmada iştirak edirlər.