kənd | |
Quldərviş | |
---|---|
40°27′ şm. e. 43°57′ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | [[Talin mahalı]] |
Rayon | [[Talin rayonu]] |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 2.050 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Quldərviş - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd.[2]
Rayon mərkəzindən 8 km cənub-şərqdə, Alagöz dağının cənub-şərq ətəyində yerləşir.
Toponim qıpçaq tayfasından olan qul etnonimi ilə[3] dərviş sözünün birləşməsindən əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Vosketas qoyulmuşdur.
Kənddə 1873 - cü ildə 190 nəfər, 1886-cı ildə 243 nəfər, 1897-ci ildə 261 nəfər, 1904 - cü ildə 327 nəfər, 1914 - cü ildə 346 nəfər, 1916-cı ildə 368 nəfər yalnız azərbaycanlı yaşamışdır [4].
1918-ci ilin yanvar-fevral aylarında kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuş və Türkiyədən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndi ermənilər yaşayır.
Quldərvişdə 1918-ci ildə kəndin 400 nəfərdən artıq əhalisi işgəncələrlə öldürülmüş, salamat qalanlar isə daglarla Türkiyənin müxtəlif vilayətlərinə qaçmışlar. Kəndə ermənilər sahiblənmişlər.[5]