Qunduz müharibələri

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

17-ci əsrdə baş verən Qunduz müharibələri, Müqəddəs Lavrenti və daha aşağı Böyük Göllər bölgəsində iqtisadi rifah uğrunda müharibə idi. Müharibələrdə İrokezlər, Huronlar, şimal Alqonkinləri və onların Fransız müttəfiqləri, xəz ticarətini nəzarət altına almağa çalışırdılar. Avropalılar orta əsrlərdən etibarən Rusiya və Skandinaviyadan xəz əldə edirdilər. Bu qəbilələrin hərbi gücü və diplomatik bacarıqları, on yeddinci əsrin sonlarından on səkkizinci əsrin sonlarına doğru Avropa-Hindu əlaqələrində böyük rol oynadı. İrokezlər , torpaqlarını genişləndirmək və xəz ticarətini və Avropa bazarları ilə Qərbi Böyük Göllər bölgəsinin qəbilələri arasındakı ticarəti özəlləşdirməyə çalışırdılar. Onlar 5 Konfederasiyadan -Mohauk, Oneida, Onondaqa, Kayuqa və Senekadan ibarət idi. (Konfederasiya, daha sonra Tuskaroranın 18-ci əsrdə qəbul edildiyindən sonra 6 xalqdan ibarət oldu.) Vaşinqton və Ottavadakı hökumət səlahiyyətliləri, İrokez suverenliyini yalnız fərdi tayfa hökumətləri varlığında gördülər. Suveren Mohauk başçılığındakı İrokez Konfederasiyası, Böyük Göllər bölgəsinin böyük Alqonkin dilində danışan qəbilələrinə qarşı hərəkətə keçdi. İrokezlər, Holland və İngilis ticarət tərəfdaşları tərəfindən silahlandırıldı. Alqonkinlər isə, əsas ticarət ortağı olan Fransızlar tərəfindən dəstəkləndi. Döyüşlər mərhəmətsiz və Şimali Amerika tarixində yaşanan ən qanlı qarşıdurmalardan biri olaraq göstərilir. İrokezlər, Huron, Eri, Suskeannok və Şauni də daxil olmaqla, bir neçə böyük qəbilə Konfederasiyasını yox etdiyində, Şimali Amerika qəbiləsi coğrafiyasını yenidən təşkil etdilər və bölgədə suveren hala gələrək torpaqlarını genişlətdilər. İrokezlər, bəzi şərq qəbilələrini Mississippi çayının qərbinə və ya cənubda Karolinaya doğru sıxışdırırdılar. İrokezlər, Ohayo vadisi torpaqlarını ov ərazisi kimi görərək, təxminən 1670-ci ildən etibarən buraya nəzarət etdilər. Alqonkin və İrokez cəmiyyətləri bu müharibələrdə böyük ölçüdə pozuldu. İrokezlər, İngilislərlə ticarət ortaqlığına girdikdən sonra, ittifaqlar daha sonrakı İngilis genişləməsinin əhəmiyyətli bir parçası oldu.

Müharibənin mənşəyi

[redaktə | mənbəni redaktə et]

Fransız səyyah və dənizçisi Jak Kartie 1540-cı illərdəki kəşf gəzintiləri zamanı, Şimali Amerikadakı Yerli Amerikalılar haqqında ilk yazılı qeydlərini etdi. Fransız səyyah və balıqçılar, qiymətli xəz üçün o zamandan on il əvvəl Müqəddəs Lavrenti çayı ağzının yaxınlığında, bu bölgədə ticarət etmişdilər. Kartie, daha sonra Stadakona və ya "Lauertian" insanları olaraq da adlandırılan, Stadakona və Hoçelaqa da daxil olmaqla, bir çox kəndi işğal edən Müqəddəs Lavrenti İrokezləri kimi təsnif olunan bir insanlarla qarşılaşdı. Kartie, Stadakonalılar ilə əvvəlki bir ildə qalalarından birini məhv edən Toudaman olaraq adlandırılan və 200 ölümə yol açan başqa qəbilə arasında davam edən bir döyüşü qeyd etdi. Avropadakı müharibələr və siyasət, Fransanın Müqəddəs Lavrenti Vadisində,1608-ci ildə qurduqları Kvebeki müstəmləkələşdirmə səylərinin 17-ci əsrin əvvəlinə qədər dağılmasına gətirib çıxardı. Fransızlar bölgəyə döndüklərində Stadakona və Hoçelaqanı tərk etdilər, tanımadıqları bir düşmən tərəfindən tamamilə yox edildilər. O tarixdəki siyasi və iqtisadi şərtlərin analizinə əsaslanan bəzi antropoloqlar və tarixçilər, İrokez Konfederasiyasının Mohauk qəbiləsinin, Müqəddəs Lavrenti İrokezlərini yox etdiyini və sıxışdırdığını irəli sürdülər. Fransızlar döndüyündə, bu bölgədə heç kimə rastlamadılar. Təxminən 1603-cü ildə, Samuel də Şampleyn Tadussaka gəldiyi bir vaxtda, Montanyelər, Alqonkinlər və Huronlar dərhal ona və onun kiçik Fransız macərapərəst şirkətinə, öz İrokez düşmənlərinə qarşı hücumda kömək etmək istədilər.1603-cü ildən əvvəl Şampleyn, İrokezlər əleyhinə bir ittifaq qurmuşdu. Fransızların odlu silahları İrokezlərlə ticarət etməyəcəyinə qərar vermişdi. Ticarətin bir məntiqi var idi: Şimal yerliləri, fransızlara qiymətli xəz verirdilər və bugünkü Nyu-Yorkda olan İrokezlər, bu ticarətə müdaxilə edirdilər. 1609-cu ildə İrokezlərlə qəsdən edilən ilk döyüş, Şampleynin təşəbbüsü ilə reallaşdırıldı. Ayrıca bu döyüş, Fransız-İrokez ittifaqlarının şansını zəhərləyən 150 illik bir etibarsızlıq yaratdı. Şampleyn:"Savaşmaqdan başqa niyyətim olmadan gəlmişdim"-deyə, yazdı. Huron və Alqonkin müttəfiqləriylə birlikdə Şampleyn və onun qüvvələri, Şampleyn Gölü sahilindəki Mohauklarla qarşı-qarşıya gəldi.. Şampleyn təkbaşına 3 İrokez şefini öldürdü. 1610-cu ildə Şampleyn və onun silahlı Fransız yoldaşları, Alqonkin və Huronların böyük bir İrokez basqınını məğlub etməsinə köməkçi oldular. 1615-ci ildə Şampleyn, Huronların təşkil etdiyi bir hücuma qatıldı və böyük ehtimal bu hücum, Ontario gölündə (bugünkü Nyu-York əyalətində) Onondaqanın cənubundakı İrokez qəsəbəsində bir mühasirə idi. Hücum nəticə etibarilə müvəffəqiyyətsiz oldu və Şampleyn də yaralandı. Hudzonun 1609-cu ildə, Hollandiya Şərqi İndia Şirkətindəki kəşfindən sonra, o, Albani yaxınlığında, bir il ərzində ticarət postu açdı. Fort Nassauda, Hollandiya 1600 döyüşçü və Mogikan qəbiləsi ailələri ilə əhatə olunurdu. 17-ci əsrin əvvəllərində Böyük Göllərə doğru- qərbdə böyük potensial var idi. 1617-ci ildə, Fort Nassau sel səbəbiylə tərk edilmiş və 1624-cü ildə, Fort Orange tikilmişdi. Fort Orange, Mogikan Kanalı boyunca olan yoldan faydalanmaq üçün səylərini yenilədi və beləcə, Mohauklarla döyüşə başladı. 1626-cı ildə Hollandiyalılar və Mogikanlar, yalnız yay və oxlarla bəzənmiş Mohauklar tərəfindən pusquya salındı. Hollandiyalılar, Mogikanlar ilə olan razılaşmadan çəkildi və Mohauklar ilə atəşkəs etdi. 1628-ci ildə Mohauklar, nəhayət Konnektikut vadisinə qaçan Mogikanları məğlub etdi. Mohauklar, sərbəst ticarət açmaq üçün, əslində Mogikanları məğlub etmək niyyətində deyil, Hollandiyalı ticarəti məhv etmək üçün Mogikanların müdafiəsini yıxmaq istəyirdilər.

Niderland rəqabəti

[redaktə | mənbəni redaktə et]

1610–1614-cü illərdə Hollandiyalılar, müasir Albani yaxınlarında Mohauk bölgəsinin şərq hissəsindəki Kasl Adasında, Hudzon və Delaver çaylarında mövsümlük ticarət postları qurdu. Bu, Avropa bazarlarına İrokezlər (Mohauk vasitəsilə) vasitəsilə birbaşa giriş imkanı verdi. Hollandlar odlu silahları Delaverlər ilə ticarət etmək mövzusunda istəksiz davrandılar. Hollandiya, Mohaukları və digər İrokezləri silahla tədarük etmişdir. Bundan başqa, yeni vəzifə, İrokezlərin heyvan dərilərinə qarşılıq, ala biləcəyi qiymətli hədiyyələri təqdim etdi. Xalqlar arasında yeni məhsullar tələbinə görə, bunu qarşılamaq üçün xəz uğrunda böyük miqyaslı ovlar başladı. Hal-hazırda, Irokezlər ilə Fransızlar tərəfindən dəstəklənən Yerli xalq arasında qarşıdurma sürətlə böyüməyə başladı. İrokezlər, bugünkü Nyu-Yorkun cənubunda- Ontario gölünün cənubunda və Hudzon çayının qərbində yaşayırdı. İrokezlərin əraziləri, böyük bir etnik ərazidən ibarət idi; cənubda, Alqonkin dilində danışan xalqlar, bütün ənənəvi düşmənlər — Ohayo ərazisindəki Şaunilər də onlara qarşı çevrilmişdi. Onların rəqibləri arasında, müvafiq olaraq:- qərbdə, Huron gölünün qərb sahilində və cənub-qərbdə, Suskeannokda yaşayan, İrokezcə danışan Neutrial xalqı və Huron Konfederasiyaları da iştirak etdilər. Bu qövmlər, İrokez dil ailəsinin bir parçası olmağına baxmayaraq, tarixən İrokezlərlə rəqabət içində idilər.

Qunduz Müharibələrinin başlanması

[redaktə | mənbəni redaktə et]

1628-ci ildə Mohauklar, Mogikanları məğlub edib, Hudzon çayının şərqinə doğru sıxışdıraraq, Yeni Hollandiyada Fort Orangedakı(daha sonra Albani, Nyu-York) Hollandiyalılar arasında ticarət qurmuşdur. Eyni dövrdə, Hollandiyalı tacirlər tərəfindən yaxşı silahlanmış Suskeannoklar, Delaverlərin gücünü təsirli bir şəkildə azaltdı və İngilislərin hakim olduğu Merilend Əyaləti ilə uzun müddətli elan olunan bir müharibə qazandı. 1630-cu illərdə İrokezlər, Hollandlarla etdikləri ticarət sayəsində, Avropa silahlarıyla tamamilə silahlanmışdı. İrokezlər, xüsusilə də Mohauklar,-Alqonkinlər, Huronlar və digər ənənəvi düşmənlərlə davam etməkdə olan müharibələrində yaxşı bir təsir yaratmaq üçün, "arkebus"la (Bir tripoda və ya çəngəlli bir dayağa əsaslanan, portativ silahın erkən tipi) artan təcrübələrindən istifadə etdilər. Bu vaxt Fransızlar, odlu silahların öz yerli müttəfiqləriylə ticarətə keçməsini qadağan etdi; ancaq, zaman-zaman xristianlığı qəbul edən şəxslərə bu silahları hədiyyə etdi. İrokezlər ilk dəfə ənənəvi düşmənlərinə (Alqonkinlər, Mogikanlar, Montanyelər və Huronlar) hücum etməsinə baxmayaraq, bu qəbilələrin Fransızlarla ittifaqı, İrokezləri kolonistlərlə şiddətli və qanlı qarşıdurmalara salmışdır. Avropa ilə xəz ticarəti səbəbindən ovun genişlənməsi, bölgədəki qunduzların azalmasını sürətləndirdi. 1640-cı ildə, qunduzlar Hudzon Vadisində böyük nisbətdə itdi. "American Heritage Magazine"in tarixçi redaktorları, 17-ci əsrin ortalarında İrokezlər tərəfindən nəzarət edilən ərazilərdəki qunduzun getdikcə azalmasının müharibələri sürətləndirdiyini ifadə etdi. Xəz ticarətinin mərkəzi, şimala doğru, yəni Fransızların yaxın ticarət ortaqları olan Huron xalqlarının yanında yerləşən Neutrial ulusu tərəfindən nəzarət olunan, müasir Cənubi Ontarionun daha soyuq bölgələrinə keçdi. Bu bölgədə digər xalqlar tərəfindən yerindən edilən və çiçək xəstəliyinə və digər infeksion xəstəliklərlə təhdid olunan İrokezlər, nəzarət sahələrini genişləndirmək üçün, aqressiv bir kampaniya başlatdı.

Qunduzların azalmasıyla birlikdə İrokezlər kiçik qonşularının ərazilərini fəth etməyə başladı. 1638-ci ildə, onlar Venrolara hücum etdilər və onların bütün torpaqlarını ələ keçirdilər. Sağ qalanlar sığınmaq üçün Huronlara qaçdılar. Venrolar, İrokezlər ilə Neutrial qəbiləsi və onların Eri müttəfiqləri arasında, bir tampon vəzifəsi yerinə yetirmişdi. Bu iki qövm, İrokezlərdən daha böyük və daha güclü idilər. Qərbdə genişlənmə əngəlləndiyində, İrokezlər diqqətlərini şimala çevirdi. Hollandiyalılar da bu strategiyada İrokezləri təşviq etdilər. O zaman Hollandiyalılar, İrokezlərin əsas Avropalı ticarət ortaqlarıydı;onların malları Hudzon çayının altındakı ticarət bölgələrindən keçib, oradan da Avropaya göndərilirdi. İrokezlərin xəz qaynaqları azaldıqca, ticarətin gəlirləri də düşdü. 1641-ci ildə Mohauklar, fransızlar və müttəfiq qəbilələri ilə sülh təklifi üçün, Yeni Fransadakı Trua-Rivierə getdi. Fransızlardan İrokez ərazisində də bir ticarət qurmalarını istədilər. Qubernator Montmanye bu təklifi rədd etdi, çünki, o, Huron müttəfiqlərinin narazılığı ilə qarşılaşa bilərdi. 1640-cı illərin əvvəllərində, müharibə, Müqəddəs Lavrenti çayı boyunca, Huron sərhəd kəndlərinə edilən Irokez hücumlarıyla ciddi bir şəkildə başladı. Onların niyyətləri huronların Fransızlarla olan ticarətinin pozmaq idi. 1645-ci ildə Fransızlar, qövmləri qarşıdurmanı sona çatdırmaq üçün, razılıq üzrə bir araya gətirdi. İki Irokez lideri olan Deqanaveida və Kuaseaton, danışıqlara qatılmaq üçün Yeni Fransaya getdi. Fransızlar, İrokezlərin tələblərinin çoxunu qəbul etdilər və Yeni Fransada ticarət haqqlarından yararlandılar. Qarşıdakı yaz, Yeni Fransada satılmaq üzrə böyük bir xəz daşıyan səksən kanoe, Irokez bölgəsindən keçdi. İrokezlər gəldiyində, Fransızlar xəzi satın almağı rədd etdi və İrokezlərə, vasitəçi olacaq Huronlara satmalarını söylədi. Hövsələdən çıxaraq, İrokezlər müharibəni davam etdirdi. Fransızlar qarşıdurmaya birbaşa daxil olmağa qərar verdilər. 1647-ci ildə, Huronlar və Suskeannoklar İrokez təcavüzkarlığına qarşı bir ittifaq qurdular. Onların birlikdə döyüşçüləri İrokezlərdən daha çox idi. Huronlar, İrokez Konfederasiyasının Onondaqa və Kayuqa qəbilələri ilə ayrı-ayrı müzakirələr edərək, konfederasiyanı qırmağa çalışdı.1647-ci ilin yazında qəbilələr arasında bir neçə kiçik qarşıdurma yaşandı. İrokezlər 1650-ci illərdə cənubdakı Virginia koloniyasından Müqəddəs Lavrentiyə qədər nəzarət etdilər. Qərbdə, İrokezlər, Alqonkin dilində danışan Şauniləri Ohayo Körfəzi xaricinə sıxışdırdı və Illinoisda təxminən, Mississippi çayının qərbini də idarə altına aldı. yanvar 1666-cı ildə, Fransızlar İrokezləri işğal etdi. Sentyabr ayında, Irokez ordusunu tapa bilməyən fransızlar, Rişelye çayından aşağı enmiş, onların məhsullarını və evlərini yandırmışlar. Bir çox Irokez, bir sonrakı qışda aclıqdan öldü. 39 Hindu şefi, Fransızlar və İngilislər Monrealda 1701-ci ildə, "Böyük Sülh" imzaladılar. Müqavilədə Irokezlər, yağmalamayı dayandırmaq və Böyük Göllərdən gələn qaçqınların şərqə dönməsinə icazə verməyə qərar verdilər. Qarşıdakı illərdə, İrokezlər konfederasiyalarını daha yaxından işləmək və bir mərkəzi liderlik yaratmaq üçün gücləndirdilər. 1660-cı illərdə beş İrokez xalqı öz aralarında müharibəni dayandırdı. Bundan başqa, onlar öz arasındakı hərbi və iqtisadi planları asanca koordinasiya etdilər. Bunu edərkən, güclərini artırdılar və ətrafdakı qəbilələrin rəhbərlik formalarından daha üstün səviyyədə bir hökumət əldə etdilər. Hindu basqını sabit olmasa da, onlar Yeni Fransa sakinlərini dəhşətə saldılar. Başlanğıcda, müstəmləkəçilər, onları önləmək üçün özlərini çarəsiz hiss etdilər.

Huronların məğlubiyyəti

[redaktə | mənbəni redaktə et]

Irokez Konfederasiyası, 1.000 yeni silahlı döyüşçünü meşədə Huron bölgəsinə göndərdi. Qışda başlamasıyla birlikdə, Irokez döyüşçüləri, Huron bölgəsinin ürəyinə dağıdıcı bir hücum başlatdı, bir neçə əsas kəndi məhv etdi, bir çox döyüşçünü öldürdü və sonra qəbilənin minlərlə adamını əsir aldı. Ölənlər arasında yezuit missionerləri- Jan Breböf, Çarlz Qarnier və Qabriel Lallemant da vardı. Onların hər biri Roma Katolik Kilsəsində şəhid kimi anıldı. Sağ qalan Huronlar, Şimali Böyük Göllər bölgəsindəki Anişinabeq Konfederasiyasından kömək istəmək üçün, öz torpaqlarından qaçdı. Ottavalar, Irokezlərin daha şimal-qərb istiqamətindəki genişlənməsini müvəqqəti olaraq dayandırdı. Huronların geri çəkilməsiylə İrokezlər, xəzlə zəngin bir bölgəni nəzarət altına aldılar. Bununla birlikdə, Avropadakı xəstəliklər müharibə əvvəli illərdə Irokez və qonşuları üzərində gəzirdi və bu xalqların əhalisi böyük ölçüdə azalmışdı. İtirilən döyüşçülərin yerini doldurmaq üçün İrokezlər, məğlub etdiyi düşmənlərinin bir çoxunu öz qəbilələrinə adaptasiya etmək üçün çalışdı. Onlar xristianlığı öz torpaqlarında yaymaq üçün yezuitləri dəvət etdilər Xristianlığı qəbul edən İrokezlər qarşıdakı illərdə əhəmiyyətli bir rol oynayacaqdı. 1650-ci illərin əvvəllərində, Irokezlər fransızlara hücum etməyə başladı. Irokez xalqlarından bəziləri, xüsusilə Oneida və Onondaqa, Fransızlarla sülh əlaqələrinə malik idi, ancaq onlar Mohauklarun nəzarətində idi. Eri və Neutralların məğlubiyyəti Irokezlər, 1650-ci illərdə Neytral qəbiləyə hücum etdi. 1651-ci ilin sonuna gəlindiyində, qəbilə minlərlə adamı öldürdü və ya assimilyasiya etdi. O vaxt ərzində, neytrallar bugünkü Niaqara yarımadasından qərbə doğru- Böyük Çay vadisinə qədər uzanan bir bölgəyə yerləşdilər. 1654-cü ildə Irokezlər Erilərə hücum etdilər, ancaq müvəffəqiyyətləri daha az oldu. Erilər ilə Irokezlər arasındakı müharibə iki il davam etdi. 1656-cı ilə qədər Irokezlər, Eri Konfederasiyasını az qala tamamilə məhv etmişdi. Erilər, Eri gölünün cənub-şərq sahilində yerləşən və 1650-ci illərdə 12.000 üzvə sahib olduğu təxmin edilən bir xalq idi. Irokezlər, basqın etdikləri qəbilələrə görə sayları çoxalmışdı. Onlar, Hollandlardan alınan odlu silahları istifadə edərək zəfərlərini əldə edə bilmişdilər.

Suskeannokların məğlubiyyəti

[redaktə | mənbəni redaktə et]

Şimal və qərbdəki məğlub qəbilələrlə birlikdə Irokezlər diqqətlərini cənuba,-Irokezcə danışan Suskeannoklara çevirdi. Suskeannoklar, 1661-ci ildə Merilend koloniyasında İngilislərlə ittifaq halına gəldilər. İngilislər Irokezlərdən qorxur və ümid edirdilər ki, Suskeannoklarla edilən ittifaq, şimal qəbilələrinin İngilis müstəmləkələrinə doğru irəliləməsinə maneə törətməyə köməkçi olacaq. 1663-cü ildə Irokezlər, Suskeannok bölgəsinə 800 döyüşçülük bir ordu göndərdi. Orduya qalib gəldi, ancaq bu istila, Merilend koloniyasının İrokezlərə savaş açmasına səbəb oldu. Suskeannoklar fortlarını topçu ilə tədarük edərək, Merilenddəki İngilis qüvvələr tarazlığını İrokezlərdən uzaqlaşdırdı. Suskeannoklar əsas mövqeyə girdi və Irokez bölgəsini zəbt etməyə başladı, onlar burada əhəmiyyətli ziyanlara səbəb oldu. Bu müharibə, fasilələrlə 11 il davam etdi. 1674-cü ildə Merilenddəki İngilislər Hindu siyasətini dəyişdirib və İrokezlərlə sülh danışıqlarını reallaşdırdılar. Suskeannoklarla olan ittifaqlarını sona çatdırdılar. 1675-ci ildə Virginia və Merilend milisləri, Suskeannokların artan gücündən qorxaraq, onların hər bir səflərində, onları həbs və edam etdi. Bu qarşıdurma əsnasında, 1670-ci ildə Irokezlər, Siu dilində danışan Mannahoak qəbiləsini Şimali Virginianın Piedmont bölgəsindən qovdu. Irokezlər, ov torpağı olaraq buranın fəthindən dərhal sonra ərazi tələb etdi. İngilislər bu iddianı 1674-cü ildə və 1684-cü ildə qəbul etdilər. Onlar bu torpaqları Irokezlərdən 1722-ci il sazişi ilə satın aldılar.

Fransızların əks-hücumu

[redaktə | mənbəni redaktə et]

İrokezlər, Kvebekin və Monrealın səddlə müdafiə olunmuş məskunlaşmalarının kənarlarına basqınlar təşkil edərək, Yeni Fransanın çöl sahəsinə nəzarət etməyə davam etdi. may 1660-cı ildə, 160 nəfərdən ibarət İrokez qüvvəsi Monreala hücum etdi və ərazidə 17 kolonisti ələ keçirdi. Ertəsi il, 250 döyüşçünün hücum təşkil etdiyi on adam əsarət altına girdi. 1661 və 1662-ci illərdə Irokezlər, Fransızlarla ittifaqda olan Abanakilərə qarşı müxtəlif basqınlar təşkil etdi. Fransa Krallığı Kanada rəhbərliyii ilə bağlı bir dəyişiklik əmr etdi. Irokez basqınlarına qarşı Fransızlar, Huron və Alqonkinlərdən ibarət kiçik bir hərbi qüvvəni bir araya gətirdilər. Milis, çöl sahəsinə girdiyində, Irokezlər tərəfindən hücuma uğradı. Yalnız 29 Fransız sağ qaldı və qaçdı. Beş nəfər, Irokezlər tərəfindən tutuldu və işgəncə gördü. Zəfərlərinə baxmayaraq, Irokezlər də əhəmiyyətli sayda yaralandı. Onların liderləri, Fransızlarla sülh üçün müzakirələrə başlamışdı. 1660-cı illərin ortalarında Yeni Fransaya Fransadan yeni nizamlı birliklər gətirildi. Rəhbərlikdə meydana gələn bir dəyişiklik, Yeni Fransa hökumətinin birbaşa öz silah satışında və digər hərbi dəstəyində öz yerli müttəfiqlərinə səlahiyyət verməsinə gətirib çıxardı. 1664-cü ildə Hollandiyanın Irokez müttəfiqləri, Yeni Hollandiyadakı İngilis koloniyasının idarəsini itirdi. Hollandiyanın məğlubiyyətindən dərhal sonra, Irokezlər üçün Avropa dəstəyi azaldı. 1666-cı ilin yanvarında Fransızlar , müasir Nyu-Yorku- Irokezlərin vətənini işğal etdi. Daniel de Rémi de Kursell, 400 və ya 500 nəfərlik ilk hərbi dəstəyə başçılıq etdi. İkinci hərbi dəstə, aristokrat Aleksandr de Pruvill Markis de Tresi və Yeni Fransanın başçılığında idarə olundu. Təxminən 1300 nəfərlik qüvvə, 1666-cı ilin payızında hərəkətə keçdi. Onlar, Mohauk kəndlərinə çatdı və buranı tərk edincə, kəndləri və məhsulları yox etdi. Pruvill de Tresi bütün Mohauk torpaqlarını Fransa kralı adına ələ keçirdi və Mohaukları Roma katolik inancını qəbul etməyə və Yezuit missionerlər tərəfindən tədris edilən Fransız dilini mənimsəməyə məcbur etdi. Dərhal Avropa dəstəyi kəsildiyində Irokezlər Fransaya qəbul etdiyi sülh üçün iddia açdı.

Ohayo və Illinois

[redaktə | mənbəni redaktə et]

Fransızlar ilə sülh təmin edildikdən sonra, Irokezlər, Alqonkinlərlə Fransızlar arasındakı bütün torpaqları nəzarət altına almaq üçün, davam edən cəhdləriylə qərb istiqamətində fəthə başladılar. Irokezlərin genişlənməsi və Anişinaabeq Konfederasiyası ilə döyüşməsi nəticəsində, Lakota kimi şərq xalqları Mississippidən Böyük Düzənliklərə doğru sıxışdırıldı. İrokezlər,18-ci əsrin əvvəllərində at mədəniyyətini və köçəri həyat formalarını mənimsədilər. Digər qaçqınlar Böyük Göllər bölgəsinin bölgədəki mövcud xalqlarıyla qarşıdurmalara səbəb oldular. Ohayo Körfəzində Şauni və Mayami qəbilələri basqın ediləcək qövmlər idi. Irokezlər, Ohayo mərkəzindəki Shauniləri sürətlə keçərək onları Mayami torpaqlarına qaçmağa məcbur etdi. Mayamilər güclü bir qəbilə və müasir Miçiqan və Illinoisdə qərarlaşan Pottauatomi və Illini Konfederasiyası da daxil olmaqla, qonşu müttəfiqlərindən ibarət olan bir konfederasiya əmələ gətirdi. Qarşıdurmanın böyük qismi Anişinaabeq Konfederasiyası və Irokez Konfederasiyası arasında reallaşdı. Irokezlər, evlərindən daha da uzaqlaşmağa davam etdikcə, müharibələrini daha da inkişaf etdirdi. Savaşçılar ümumiyyətlə gecələr kanoe ilə dolaşırdılar. Kanoelərini batırır və onları çay dibində saxlamaq üçün qayalarla doldururdular. Hücumdan sonra, Irokezlər, kanoelərinə sürətlə geri dönüb, ərazidən ayrıla bilirdilər. Odlu silahların olmaması, Alqonkin qəbilələrinə ən böyük dezavantaj yaradırdı. Daha böyük saylarına baxmayaraq, Birləşmiş müdafiə sistemini quracaq qədər mərkəzləşdirilməmişdilər və Irokezlərə müqavimət göstərə bilmirdilər. Bir neçə qəbilənin qərbdə Mississippi çayının kənarına daşınması, Ohayo Vadisinin böyük bir qisimini, cənubi Miçiqanın və cənubi Ontarionun əhalisinin bir hissəsinə buraxdı. Minlərlə bir neçə böyük Anişinaabeq hərbi qüvvəsi, Huron gölünün şimalında qaldı. Daha sonra onlar Irokezlərin avansını geri almaqda qərarlı idilər. Mississippinin qərbindən, yerindən olmuş qruplar, müharibələrinə davam etdilər və öz bölgələrinə yenidən qayıtmaq cəhdinidə etdilər. 1670-ci illərdən başlayaraq Fransızlar, Ohayo və Illinoisdə, Mississippi və Ohayo çaylarından kəşf etməyə və yerləşməyə başladılar. Artıq, onlar bu bölgənin Alqonkin qəbilələrinin Irokezlərlə müharibəyə girdiklərini kəşf etdilər. Fransızlar, Qərb qövmləri ilə ticarət etmək üzrə Tassinonqu qurdular. Irokezlər, Avropalılarla xəz ticarətinin idarəsini əlində tutmaq üçün onu yox etdilər. 1689-cu ildə Illinoisə edilən basqın zamanı Irokezlər çox sayda məhkumu tutdu və olduqca böyük bir Mayami məskunlaşmasını məhv etdi. Mayami Anişinaabeq Konfederasiyasındakı digərlərindən kömək istədi. Konfessor, yeni odlu silahlarını istifadə edərək, Indiananın müasir South Bend yaxınlarında bir pusqu qurdu. Onlar, Irokez ordusunun çoxuna hücum etdilər və yox etdilər. Bölgənin böyük bir qismi əhali azlığı altında qalmasına baxmayaraq, Irokezlər qalıcı bir varlıq qura bilmədilər. Irokezlər, maneələri və yerli qəbilələrin odlu silahlar qazanmasından sonra, bölgə üzərindəki qısa nəzarəti itirdi. Bölgənin keçmiş sakinlərinin çoxu geri dönməyə başladı.

Fransa ilə müharibənin yenidən başlaması

[redaktə | mənbəni redaktə et]

İngilislər keçmiş Nyu-York əyalətinin keçmiş Niderland torpaqlarında yer almağa başladığında, Irokezlər ilə yaxın bağlar qurmağa başladılar. İngilislər onları, Fransız müstəmləkə genişlənməsinin qarşısını almaq üçün bir tampon və güc olaraq istifadə etməyə çalışırdılar. Yaxında Hollandlarda olduğu kimi, ingilislər də Irokezləri odlu silahlarla birlikdə toplamağa başladılar və Fransanın maraqlarını pozmağa cəsarətləndirdilər. Eyni zamanda, Yeni Fransa valisi Lui de Buad, Comte de Frontenak, qərb xəz ticarətini yenidən canlandırmağa çalışdı. Onun səyləri ticarət yoluna nəzarət etmək üçün, Irokezinkilərlə yarışdı və onlar, təkrar fransızlara hücuma başladılar. Savaş on il davam etdi və ilk müharibədəki qədər qanlıydı. 1681-ci ildə Rene-Robert Kavelier de Sör de La Salle, Mayami və Illinois qövmləri ilə müqavilə bağladı. Eyni il Fransa, odlu silahların yerli qəbilələrə satılmasına bağlı qadağanı qaldırdı. Kolonistlər, Irokezlər və düşmənləri arasındakı ehtimalları ifadə edərək, Alqonkin qəbilələrini sürətlə silahlandırdılar. Düşmənçiliyin yenilənməsi ilə birlikdə, Yeni Fransanın yerli milisləri, 1683-cü ildən sonra nizamlı Fransız dəniz qüvvələri birliyi olan,-"Compagnies Franches de la Marine" tərəfindən qaydalar sərtləşdirildi. İkincisi, bu Yeni Fransada Fransız birliklərinin ən uzun xidmət birliyini meydana gətirəcəkdi. İllər keçdikcə, adamlar koloniya ilə eyniləşdi. Zabit oturacaqları tamamilə Kanadalı oldu. Əsasən, bu qüvvələr Kanadanın ilk başda peşəkar silahlı qüvvəsi olaraq düşünülə bilər. Həm milislər, həm də Compagnies Franches-daki zabitlərin komissiyaları, koloniyanın yuxarı sinfi arasında tamahkar hala gəldi. 1687-ci ilin iyununda, Qubernator Denonvill və Pierr de Troy, Fortentenaka yaxşı təşkilatlanmış bir qüvvə ilə yola çıxdılar və burada Irokez Konfederasiyasının 50 şefi ilə Onondaqa şurasının atəşi qarşısında bir araya gəldilər. Bu 50 şef, Irokezlərin qərar vermə laylarının hamısını meydana gətirdi. Onlar Bir atəşkəs bayrağı altında toplanırdılar. Denonvill, 50 Irokez şefini ələ keçirdi, zəncirlədi və Fransaya-Marselə göndərərək, kölə olaraq istifadə edilməyə başladı. Daha sonra Senekanın torpaqlarını, paytaxt Qanondaqa da daxil olmaqla xaraba etdi. Yeni Fransaya dönmədən əvvəl, Ontario gölü sahilinə endi və Niaqara çayının Ontario gölü ilə qovuşduğu yerdə, Denonvill qalasını yaratdı. Bu yer daha əvvəl La Salle tərəfindən Fort Konti adı altında 1678-ci ildən 1679-cu ilə qədər istifadə edilmiş və daha sonra, bu günə qədər hələ də var olan Fort Niaqara üçün istifadə edilmişdir. 1687-ci ilin sentyabrında, Fransızlar torpaqlarındakı cəzalandırma basqınında Mohauk İrokezlərinə hücum üçün, 3.000 xadimi və nizamlı əsgər istifadə etdi. Onlar, Rişelye çayına enib Irokez torpaqlarından keçdilər, lakin bir çox döyüşçü tapa bilmədilər. Fransızlar İrokez kəndlərini yandırdılar və məhsulları depoladılar və təxmini 1,2 milyon qarğıdalı məhv etdilər. Bir çox Irokez, bir sonrakı qış boyunca aclıqdan öldü. Seneka və Mohauk torpaqlarının məhvi, Irokez Konfederasiyasını qəzəbləndirdi. Bu, onların müqəddəs sayğılarının yoxa çıxmasıyla birləşincə, Yeni Fransanı daha əvvəl heç olmadığı qədər məhv etməyə qərar verdilər. Irokezlər ferma heyvanlarını yox etdi və bütün ailələr qətlə yetirildi və ya əsir götürüldü. 4 avqust 1689-cu ildə, Monreala bitişik kiçik bir qəsəbə olan Laçini yandırıldı. 1500 Irokez döyüşçüsü Montreal müdafiəsinə daha əvvəl aylarla təcavüz etmişdi. Denonvill nəhayət tükəndi və məğlub oldu. Onun vəzifəsinə, önümüzdəki doqquz il ərzində Frontenak(1689–1698) keçdi. Frontenak, Irokezlərin Şimali Amerikadakı təsirlərini aradan qaldırmaq üçün, yeni bir hücum planı hazırlayır və mərasimlərin həbs edilməsinin gerçək təhlükə olduğunu fərq edirdi. O, sağ qalan 13 lideri tapdı və oktyabr 1698-ci ildə, Yeni Fransaya geri döndü. İngilislər, Kral Uiliyam Müharibəsi (1688–1697) zamanı, Irokezləri fransızlara qarşı istifadə etdiklərindən, fransızlar, yerli müttəfiqləri ilə İngilis müstəmləkə məskunlaşmalarına basqınlar hazırladılar. 1690-cı ildə Fransa tərəfindən dəstəklənən basqınların ən diqqət çəkənlərindən bəziləri Nyu-York əyalətindəki Şenektadi qırğını, Salmon Falls, Nyu-Hempşir, və Falmus Nek (indiki Portland, Meyn) idi. Fransızlar və müttəfiqləri basqınlarda məskunların bəzilərini öldürdü və bəzilərini Kanadaya geri apardı. Yeni İngiltərədəki məskunlar, əsirlərini qurtarmaq üçün pul yığdı, ancaq bəziləri Yerli qəbilələrə qəbul edildi. Fransız hökuməti, yerliləri məhbus kimi tutduğunda, ümumiyyətlə müdaxilə etmədi. 1690-cı illərdə Fransızlar və müttəfiqləri də İrokezlərin dərinliklərinə basqın edərək, 1692-ci ildə Mohauk kəndlərini yox etdi və daha sonra Seneka, Oneida və Onondaqa kəndlərinə basqın etməyə davam etdi. İngilislər və Irokezlər, Yeni Fransanı hədəfləyən əməliyyatlar üçün bir araya gəldi, ancaq bunlar böyük ölçüdə təsirsiz oldu. Ən müvəffəqiyyətli hücum, 1691-ci il,"Preri Müharibəsi" ilə nəticələndi.

Monreal Böyük Sülhü

[redaktə | mənbəni redaktə et]

Nəhayət, 1698-ci ildə Irokezlər, İngilislərin fransızlardan daha böyük bir təhdid halına gəldiyini gördü. İngilislər 1681-ci ildə Pensilvaniyanı koloniyalaşdırmağa başlamışdılar. Orada davam edən müstəmləkə böyüməsi, Irokez bölgəsinin cənub sərhədini keçməyə başladı. Fransız siyasəti Irokezlərə doğru dəyişməyə başladı. Təxminən 50 illik müharibədən sonra, onları heç bir zaman məhv etməyin qeyri-mümkün olacağına inanmağa başladılar. Onlar, Irokezlərlə yoldaşlığın şimal xəz ticarətindəki monopoliyasını təmin etmənin və İngilis genişləməsinin dayandırılmasına köməkçi olmanın ən asan yol olacağını düşünürdülər. İngilislər bunu duyar-duymaz, ən qısa müddətdə onların razılığa gəlməsinin qarşısını almağa qərar verdilər. Albani Irokezlərlə olan xəz ticarəti üzərindəki monopoliyasını itirə bilər və qorumaları olmadan, İngilis koloniyalarının şimal qanadı Fransız hücumuna açıq olardı. İngilis müdaxiləsinə baxmayaraq, əhd qəbul edildi. Ardından Monreal Böyük Sülhü, 1701-ci ildə, 39 hindu şefi və Fransızlar tərəfindən Monrealda imzalandı. Müqavilədə Irokezlər, yağmalamayı dayandırmaq və Böyük Göllərdən gələn qaçqınların şərqə dönməsinə icazə verməyə qərar verdilər. Şaunilər də nəhayət Ohayo Körfəzi və Alleqan çayının aşağı hissəsinə keçdilər. Mayami qəbiləsi müasir Indiana və şimal-qərbi Ohayonu nəzarət altına almaq üçün geri döndü. Pottavatomilər Miçiqana, Illinois nəslindən olanlar Illinoisə getdi. Hollandiyalılar Şimali Amerikadan çıxarıldığında, İngilislər Fransızlar qədər güclü hala gəldi. Irokezlər, iki Avropalı güc arasında bir tarazlıq qurduqlarını və gələcək on illər boyunca fayda təmin edəcəklərini gördü. Qəbilələr güclü bir ulus inşa etməyə, kənd təsərrüfatı texnologiyalarını inkişaf etdirməyə və əhalilərini yetişdirməyə diqqət etməyə başladıqca, onların cəmiyyəti sürətlə dəyişməyə başladı. Sülh qalıcı idi və 1720-ci illərə gəlindiyində, onların torpaqları təkrar Avropalılar tərəfindən təhdid ediləcəkdi. Yenə 1701-ci ildə, Irokezlər nominal olaraq Nanfan Andlaşmasında Ohayonun şimalında mübahisəli bölgələrin çoxunu İngilislərə verdi, ancaq bu transfer, o sırada var olan ən güclü insanlar olan, Fransızlar tərəfindən tanınmadı.