Qunnar Nordal (isv.Gunnar Nordahl; 19 oktyabr1921, Hernerfors — 15 sentyabr, 1995, Alqero) — hücumçu mövqeyində oynamış İsveç futbolçusu. Beynəlxalq futbol tarixi və statistikaları federasiyasının keçirdiyi sorğuya əsasən o, "Dünyanın ən yaxşı futbolçuları" siyahısında 46-cı yeri tutur, "Avropada XX əsrin ən yaxşı futbolçuları" siyahısında isə 36. "Milan" klubunun məşhur Gre-No-Li hücüm üçlüyünün bir hissəsi idi[1] və bu klubun tarixi ərzində ən çox qol vuran oyunçusudur.[2]İsveç millisində 33 oyun keçirmiş və 43 qol vurmuşdur. 1948-ci ildə isə millinin heyətində Yay Olimpiya Oyunlarının qalibi olmuşdur. 291 oyuna 210 qol vurmaqla İtaliya A Seriyasının üçüncü bombardir oyunçusudur.[3] 5 dəfə Seria A-da bombardir olub. Futbolçu karyerasını bitirdikdən sonra məşqçilik etməyə başlamışdır.