Qırmızı ağcaqayın

Qırmızı ağcaqayın
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qırmızı ağcaqayın (lat. Acer rubrum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | vikimətni redaktə et]

Vətəni Şimali Amerikadır. Cənubi Avropada və Yaxın Şərqdə mədəni əkin şəraitində becərilir.

Botaniki təsviri

[redaktə | vikimətni redaktə et]

Hündürlüyü 15–18 m-ə çatan, enli, yumru və möhkəm çətirli ağacdır. Yarpaqları üzbəüzdür, 5–7 ədəddir, ucu biz, uzunluğu 8–14 sm-dir. Yarpaqlarının rəngi qırmızıdır, yayda yaşıl, payızda isə sarı rəng alır. Maydan iyuna qədər çiçəkləyir. Açıq sarı rəngli çiçəkləri süpürgə çiçək qrupuna yığılmışdır. Meyvələri uzunluğu 3 sm-dən 5 sm-ə qədər olan qanadcıqlardır. Tоxumlarla, kök zoğları ilə çoхalır.

Soyuğa davamlı, işıqsevən, quru, məhsuldar torpaqlarda yaxşı bitən, yarımkölgəyə dözən bitkidir. Əhəngli, turşulu torpaqlarda yaxşı inkişaf edir.

Azərbaycanda yayılması

[redaktə | vikimətni redaktə et]

Respublikanın bir çox rayonlarında təbii və mədəni şəraitdə rast gəlinir.

Gözəl dekorativ bitkidir, şose ətrafı ərazilərin yaşıllaşdırılmasında geniş istifadəsi məqsədyönlüdür.

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1055.