Kənd | |
Qırxbulaq | |
---|---|
40°09′26″ şm. e. 45°43′35″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Göyçə mahalı |
Rayon | Basarkeçər rayonu |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1828 |
Mərkəzin hündürlüyü | 1.965 ± 1 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 1604 |
Vikianbarda əlaqəli mediafayllar |
Qırxbulaq — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd.[1]
Rayon mərkəzindən 2 km cənubda, Göyçə gölünün cənub-şərqində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[2] qeyd edilmişdir.
Toponim Azərbaycan dilində «çoxlu» mənasında işlənən qırx və bulaq sözləri əsasında yaranmışdır. Ərazidə çoxlu bulaq olduğu üçün kənd Qırxbulaq adlandırılmışdır. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Akunk qoyulmuşdur.
Kənddə 1831-ci ildə 247 nəfər yalnız azərbaycanlı, 1897-ci ildə ermənilərlə yanaşı 23 nəfər azərbaycanlı yaşamışdır[3].
1831-ci ildən sonra kəndə Türkiyənin Bayazid bölgəsindən köçürülən ermənilər yerləşdirilmişdir[4]. 1905-1906-cı illərdə azərbaycanlılar sıxışdırılmış və kənddən tamamilə çıxarılmışlar. 1906-cı ildən sonra kənddə yalnız ermənilər yaşamışdır.