Qırışvariyarpaqlı başınağacı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Qırışvariyarpaqlı başınağacı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Qırışvariyarpaqlı başınağacı (lat. Viburnum rhytidophyllum) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü.
Vətəni Mərkəzi və Qərbi Çindir.
HÜndürlüyü 3 m-ə çatan, yarpağını tökən, həmişəyaşıl ağac və ya koldur. Yarpaqları qalın, yumurtavari-uzunsovdan, uzunsov lansetvariyədək dəyişir, parlaq, qırışlı, qalın, boz və ya sarımtıl keçə ilə örtülmüşdür, kənarları bütöv, uzunluğu 19 sm-ə çatan, aydın görünən damarcıqlıdır. Çiçəkləri sarımtıl-boz, uc qalxanvari çiçək qruplarında yerləşib, diametri 20 sm-dək olur. May ayında çiçəkləyir. Çiçək çətrində olan giləmeyvələri müxtəlif vaxtlarda yetişir. Meyvələri yumurtavari, xırda, əvvəlcə qırmızı, sonra qara, parlaq olur. Uzunluğu 0,8 sm-ə çatır.
Tez böyüyür, kölgəyə, şaxtaya, quraqlığa davamlıdır. Torpağa tələbkar deyil.
Azərbaycanın bir çox rayonlarında yaşıllaşdırmada mədəni şəraitdə rast gəlinir.
Bağ və parklarda geniş istifadə olunan, gözəl yarpaqlı, həmişəyaşıl başınağacıdır. Yaşıllaşdırmada tək-tək və ya qrup halında əkilir.