Qızıl Qoç | |
---|---|
41°02′15″ şm. e. 43°51′29″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1825 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.990 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 2801 |
Vikianbarda əlaqəli mediafayllar |
Qızıl Qoç, Qukasyan — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Ağbaba mahalı ərazisində kənd. Qızıl Qoç rayonunun mərkəzi.[2] İrəvan quberniyasının Aleksandropol qəzasında (İndi Qukasyan rayonunda) kənd adı[3][4]
1878-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1938-ci ildə kənd ermənicə Verin Qukasyan adlandırılmışdır. 1956-cı ildən Qukasyan rayonunu mərkəzinə çevrildikdən sonra 1960-cı ildə "Verin" sözü atılmışdır. 1990-cə ildə ermənicə Aşosk adlandırılmışdır. Kənd süxuru qırmızı rəngə çalan yaylaq yerinin adındandır. Yaylağın adındakı "qoç" sözü qırmızı rəngli daşdan yonulmuş "qoç daşların"ı (qoç heykəllərini) bildirir. Azərbaycan və Ermənistan ərazisində qoç heykəllərin (qoç daşlarının) mənşəyi mə'lum deyil. Lakin onların türk mənşəli xalqlara mənsub olması şübhəsizdir, heç olmazsa ona görə ki, Sibirdə е.ə. 700–100-cü illəri əhatə edən Taqar arxeoloji mədəniyyətinin əhatə etdiyi Yeniseyətrafı ərazidə və Minusin çökəkliyində qoç heykəlləri aşkar edilmişdir. [5] Azərbaycanda at və qoç heykəlləri Gədəbəy, Kəlbəcər, Daşkəsən və Naxçıvanda, Türkiyə ərazisində, o cümlədən Ahisaqada, Diyarbəkirdə, Pasianda, Ərzincanda, Çıldırda və Vanda vardır[6]