Qızılı qarağat | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Qızılı qarağat |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Qızılı qarağat (lat. Ribes aureum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü.
Qafqazda, Orta Asiyada, Uzaq Şərqdə, Şimali Amerikada geniş yayılmışdır. XIX əsrdən mədəni şəraitdə becərilir.
Hündürlüyü 2 m-ə çatan, qırmızı, çılpaq və ya xırda zoğlara malik olan kol bitkisidir. Yarpaqların uzunluğu 5 sm, eni 4 sm, növbəli, dairəvi-yumurtavari, qutucuqlu, kənarları dərin, 2-3 dişvari dilimli, hər iki tərəfdən çılpaq, qaidəsi pazvaridir. Yarpaqları payızda qızarır. Mart ayının axırı, aprel ayının əvvəllərində çiçəkləyir. Çiçək salxımları 3-7 sm uzunluqda, hər salxımda 5-15 ədəd çiçək olur. Çiçəklərin uzunluğu 1 sm, eni isə 1,5 sm, sarı, ətirlidir. Ləçəkləri narıncı-qırmızı rəngdə olmaqla kasayarpaqlarından 2 dəfə qısadır. Giləmeyvələri iyulda yetişir. Giləmeyvələri şar formalı, qara və ya qırmızımtıl-qonur, 6-8 mm diametrində olub, yeməlidir. Toxum və qələmlə çoxaldılır.
Abşeronda torpağın münbitliyinə və rütubətə davamlıdır. Yayda uzun müddət suvarılmadıqda bəzən yarpaqlarını tökür. Şaxtada bitkilər dona bilər, ancaq yazda asanlıqla bərpa olunur.
Bəzi rayonlarda, Abşeronun yaşıllıqlarında və həyətyanı sahələrdə əkilib becərilir.
Giləmeyvələrindən kompot, mürəbbə və cemlər hazırlanır. Qızılı qarağatda C vitamini 3-4 dəfə azdır. Ancaq meyvələrində çox miqdarda A vitamini (karotin) vardır. İri, qızılı-sarı çiçəklərinin güclü, xoş ətri olur. Payızda yarpaq ayaları alabəzək olur və yaşıl fonda qırmızı, sarı xallar əmələ gəlir. Sahəni bəzəmək üçün, canlı hasarın, qarışıq bordyurun tərkibində becərilir.