Qədim Uyğur əlifbası

Qədim Uyğur əlifbası
Yazı tipi samit-sait
Dillər Qədim uyğur, Sarı uyğur
Yarandığı yer Turfan
Yaranma tarixi təq. 700
Dövr təqribən 700-1800-cü illər
İşarələri 23
Qohumluğu
Monqol yazısı
Misir heroqlif yazısı
Proto-Sinaitik yazı
Finikiya əlifbası
Süryani əlifbası
Soqdi əlifbası
Qədim uyğur əlifbası
Unikod U+10F70–U+10FAF
ISO 15924 Ougr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qədim uyğur əlifbası — qədim uyğur dilini, Turfanda (həmçinin Turpan da adlandırılır) danışılan müxtəlif qədim türkcəni və müasir Qərbi yuğur (Sarı uyğurlar) dilinin əcdadı olan Qansu dilində yazmaq üçün istifadə edilmişdir.[1] Bu əlifba üçün istifadə edilən “Qədim Uyğur” ifadəsi yanlışdır, çünki 843-cü ildə yaradılmış Uyğur (Yuğur) çarlığı Qarahoca uyğur idıkutluğu ilk olaraq əski türk əlifbasından istifadə etmişdir. Uyğurlar 840-cı ildən sonra Turfana köçərkən yerli sakinlərdən bu "Qədim uyğur" yazısını mənimsəmişlər.[2] Bu, Turfanda 700-800 il ərzində Buddist, ManixeistXristian məzmunlu mətnlər üçün istifadə edilən Arami əlifbasının uyğunlaşdırılması idi. Ən son məlum əlyazmalar XVIII əsrə aiddir. Bu, monqol və mançu əlifbalarının prototipi idi. Qədim uyğur əlifbasını Monqolustana Tata-tonqa gətirmişdir.

Qədim uyğur yazısı VIII-XVII əsrlər arasında ilk növbədə Çinin indiki Sincan-Uyğur Muxtar Rayonunda yerləşən Mərkəzi Asiyanın Tarım hövzəsində istifadə edilmişdir. Əbcəd xüsusiyyətlərinə malik əyri-birləşən əlifbadır və şaquli şəkildə yazılmışdır. Yazı XV əsrdə Orta Asiyada və İranın bir hissəsində genişləndi, lakin sonda XVI əsrdə ərəb qrafikası ilə əvəz olundu. Onun istifadəsi Qansuda XVII əsrə qədər davam etdi.[3]

Soqdi əlifbası (texniki olaraq əbcəd) kimi, köhnə uyğurlar da qısa saitlərlə yanaşı, uzun saitlərdən də dərsliklərdə istifadə edirdilər. Qısa saitlərin təmsil olunmaması praktikasından demək olar ki, tamamilə imtina edildi.[4] Beləliklə, semit əbcədindən yaransa da, köhnə uyğur əlifbasının böyük ölçüdə "əlifbaya salındığını" söyləmək olar.[5]

Qədim uyğur əlifbası ilə yazılmış Qutadqu-bilik əsəri sağdan sola yazılmışdır.
Uyğur şahzadəsinin təsviri

Bu yazı ilə ədəbiyyat, incəsənət, din, hüquq sahələrinə aid kitablar ilə dolu kitabxanalar yarandı. Uyğurlar Çin, Hindistan və İran mədəniyyətlərindən təsirlənərək çox böyük və əhatəli mədəniyyət inkişaf etdirdilər. Uyğurlar kağız və mətbəədən istifadə edən ilk türk xalqıdır. Məlum olan ən qədim mətnlər IX əsrə aiddir. Qədim uyğur əlifbası Qarahoca uyğur idıkutluğunun dağılmasından sonra da istifadə edilmişdir. Türklər müsəlman olduqdan sonra ərəb əlifbasını qəbul etsələr də, Türküstan və Krım türk dövlətlərində uyğur əlifbası istifadə olunmağa davam edirdi. Bu əlifba Teymurilər dövlətində və onun qollarında da istifadə olunurdu. Əbu Səid Mirzənin 1468-ci ildə Uzun Həsənə göndərdiyi məktub uyğur əlifbası ilə yazılmışdır. Osmanlı sarayında da uyğurca bilən və danışan katiblər də var idi. Məhz Otluqbeli döyüşündən sonra II Mehmetin Özbək xana göndərdiyi zəfər məktubu uyğur əlifbası ilə yazılmışdır. Uyğur dövründə uyğur qrafikası ilə yazılmış yazılı nəsrlər aşağıdakılardır:

  1. Altun Yaruk abidəsi
  2. İki Qardaşın hekayəsi
  3. Səkkiz Tomar
  1. Osman, Omarjan. (2013). L2/13-071 Proposal to Encode the Uyghur Script Arxivləşdirilib 2022-03-06 at the Wayback Machine.
  2. Sinor, D., Chapter 13 - Language situation and scripts // Asimov, M.S.; Bosworth, C.E. (redaktorlar ), History of Civilisations of Central Asia, 4 part II, UNESCO Publishing, 1998, 333, ISBN 81-208-1596-3, 2022-04-08 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-04-05
  3. Pandey, Anshuman. "Final proposal to encode Old Uyghur in Unicode" (PDF). 2020-12-18. L2/20-191. 2022-09-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-02-11.
  4. Clauson, Gerard. 2002. Studies in Turkic and Mongolic linguistics. P.110-111.
  5. Houston, Stephen D. 2004. The first writing: script invention as history and process (p.59).

Qədim uyğur əlifbası 2021-ci ilin sentyabrında 14.0 versiyasının buraxılışı ilə Unicode standardına əlavə edilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]