Qələdüz | |
---|---|
41°21′08″ şm. e. 48°26′20″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Quba rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 779 (2009) nəfər |
Qələdüz — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Dağlı-Qələdüz bələdiyyəsinin tərkibindədir[1].
Qələdüz oyk., sadə. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylasının ətəyindədir. XIX əsrdə həmin r-nun Küpçal və Qəçrəş kəndlərindən çıxmış ailələrin Qələdüz adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Kəndin ərazisindəki meşəlikdə qəd. qala xarabalıqları var. Bu toponim qələ və düz komponentlərindən ibarət olub, “qala düzü, qala olan düz” mənasındadır. Qələ termininə toponimiyada istehkam, şəhər, kənd mənalarında rast gəlinir. Bu terminə Ərəbistan, Dağıstan, Orta Asiya, tran, Əfqanıstan və Türkiyənin toponimik adlarının tərkibində təsadüf edilir. Düz topo¬nimiyada həm tərkib hissə (Düzqışlaq kəndi, Qələdüz kəndi yə s.), həm də nomenklatur termin (Muğan düzü, Mil düzü, Qarabağ düzü, Şirvan düzü və s.) kimi işlənir. Düz-enişi, yoxuşu, təpəsi olmayan, ümumi fonddan çox da kənara çıxmayan hamar relyef səthinə deyilir.[2]
Kənd dağ turizmi üçün əlverişli şəraitə malikdir.[4] Kənddə qəzaya məruz qalmış təyyarə şəklində dizayn edilən qeyri-adi "Təyyarə restoran"ı fəaliyyət göstərir.[4] Həmin restoranın hazırlanmasında Rusiya istehsalı olan "Tu-134B" markalı təyyarənin qalığından istifadə edilmişdir.[4][5]
Quba rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |