Qərbi Şpisbergen

Qərbi Şpisbergen adası
norv. Spitsbergen
Ümumi məlumatlar
Sahəsi 39 044 km²
Hündür nöqtəsi 1717 m
Əhalisi
  • 2.642 nəf. (2012)
Yerləşməsi
78°45′00″ şm. e. 15°30′00″ ş. u.HGYO
Ölkə  Norveç
Akvatoriya
Qərbi Şpisbergen adası xəritədə
Qərbi Şpisbergen adası
Qərbi Şpisbergen adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Lonqqiyerbyoenə açılan mənzərə

Qərbi Şpisbergen (norv. Spitsbergen) Şpitsbergen arxipelaqına daxil olan ada. Adanın cənub sahillərini Atlantik okeanın suları, şimal sahillərini isə Şimal Buzlu okeanın suları yuyur.

Adanın sahəsi — 39 044 km² (və ya 37 673 km²) təşkil edir.

XIX əsrdə Rusiya imperiyası, Norveçİsveç ada haqqında ilk razılaşmanı imzalamışlar.

9 fevral 1920-ci il razılaşmasına əsasən, Qərbi Şpisbergen digər adalarla birlikdə Norveçə verilir. Bu müqaviləyə qol çəkən 39 dövlət adalarda təsərrüfat işlərində istifadə hüququ verilirdi Adada daş kömür aşkarlanan zaman aktivlik artsa da hal-hazırda adada iqtisadi aktivlik Norveç və Rusiyaya məxsusdur.

Ruslar Şpisbergendə kömür mədəninə malikdirlər və onun şelf sularında balıq ovu edirlər. Bu isə Norveçlə münqişəyə səbəb ola bilər[1]. Arxipelaqın şelf ərazisində neftqaz ehtiyatının olması ehtimal edilir[2].

Adada Lonqyir hava limanı vardır. Şaxtaya işçlər liman vastəsi ilə çatdırılır.

Bu az məskunlaşılmış adanın əhalisi əsasən elmi işlərdə və turizm, kömür hasilatı kimi sahələrdə işləyir.

1194-cü ildə Svalbard adaları (Şpisbergen) norveçlilər tərəfindən kəşf edilir. 1596-cı ildə isə ada hollandiyalı Villem Barens tərəfindən yenidən aşkarlanır və adanı Şpisbergen yəni "ada dağları" adlandırır. Hal-hazırda burada onun şərəfinə Barensburq qəsəbəsi vardır. Adaların sahillərində əvvəllər MorjBalina ovlanılırdı. Bu isə onların kütləvi məhvinə səbəb olmuşdur.

1765–1766 — Mixail Lomonosov V.Y.Çiçiqovla birlikdə Şpisbergenə dəniz elmi ekspedisiyası təşkil edir. Adanın şimal ərazisi Andre Torpağı adlandırılır. Səbəb isə Solomon Andre 1897-ci ildə hava şarı ilə Şimal Qütbünə getməyə cəhd etmişdir.

Ümumdünya ənkin bitkilərinin saxlanc yeri

[redaktə | mənbəni redaktə et]

Şpisbergendə Lonqyir qəsəbəsində BMT təşkilatının dəstəyi ilə Dünya Bitkilərin qoruma bankı yaradılmışdır. Bu saxlanc yerindən gələcəkdə hər bir ölkə istifadə edə biləcək.

19 iyun 2006-cı ildə Norveç, İsveç, Finlandiya, Danimarkaİslandiya kimi ölkələrin baş nazirləri saxlanc yeriniin sinvolik ilk daşının qoyulması mərasimində iştirak etmişlər. Bu tikinti 2008-ci ildə başa çatdırılmalı idi.

Saxlanc yeri 300 m dərinlikdə öz əhəmiyyətini itirmiş körmür şaxtalarının yerində yerləşir. Şaxtanın kənarları dəmir-beton konstruksiyalı olaraq 1 metr qalınlığa malikdir. Bitki toxumlarını alminium qablarda və −20° , −30° şaxta şəraitndə saxlanılır.

Şpisbergenin bu təyinat üçün seçilməsinin səbəbi il boyu şaxta olması və seysmik aktivliyin olmamasıdır.

  1. http://www.regnum.ru/news/557103.html Arxivləşdirilib 2022-01-25 at the Wayback Machine — Россия сдает свои позиции в споре о зоне Шпицбергена. ИА Регнум
  2. http://www.regnum.ru/news/555857.html Arxivləşdirilib 2022-04-08 at the Wayback Machine — Norveçin Rusiyaya iddisı.