Raşmor dağı

Raşmor dağı
Mount Rushmore
Xəritə
43°52′44″ şm. e. 103°27′35″ q. u.HGYO
Ölkə
Material qranit
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Raşmor dağı (ing. Mount Rushmore National Memorial) — ABŞ-nin Cənubi Dakota ştatının Kiston şəhəri yaxınlığında yerləşir. Onun qranitində hündürlüyü 18,6 metr olan barelyef düzəldilib. Barelyefdə ABŞ-nin dörd prezidentinin: Corc Vaşinqton, Tomas Cefferson, Teodor RuzveltAvraam Linkoln təsvir edilib. Amerikanın avropallar tərəfindən məskunlaşdırılmasına qədər dağ yerli hinduların dilində "altı baba" (ing. Six Grandfathers) adlanırdı. Ancaq 1935-ci ildə daş 1885-ci ildə bura ekspedisiya təşkil etmiş biznesmen Çarlz Raşmorun adı ilə adlandırılıb. O barelyefin hazırlanmasına o dövr üçün ən böyük məbləğ — $5000 ayırmışdı.

Fiqurun hazırlanmasına 14 il, 1927-dən 1941-ci ilədək vaxt sərf edilib. Onun inşasında 400 fəhlə çalışırdı. Memorial ABŞ-nin milli irsi sayılır. Cənubi Dakotada, Black Hills dağlarında yerləşən memorial illik 3 milyona yaxın insanı qəbul edir. Monumentin yaradılmasının ideyası yerli tarixçi Doan Robinsona məxsusdu. Düzdü, onun fikrinə görə qayada ölkənin inkişafına təsir edən digər şəxslər təsvir olunmalı idi. Məsələn: hind lideri "Qırmızı bulud", və digər Amerikaya ilk ayaqbasanların təsvirləri əks olunmalı idi. Möhtəşəm monumentin yaradıcısı heykəltaraş Qatson Borglum oldu. O, Robinsonun müraciət etdiyi ilk insan deyildi, lakin o bu ideya ilə çox yaxından maraqlandı və qayada hal-hazırda olan Amerika prezidentlərini təsvir etmək ideyasını irəli sürdü.

Təbii ki, xatirəsi əbədiləşdirilən hər bir prezident buna artıqlaması ilə layiq idi: Corc Vaşinqton- ilk prezident, Tomas Cefferson- müstəqillik bəyəmnaməsinin müəlliflərindən biri, Teodor Ruzvelt- ötən əsrin ilk illərində, çox çətin dönəmdə Amerikanı idarə etmiş şəxs, və təbii ki Linkoln- quldarlığı ləğv edərək, öz həyatı bahasına vətəndaş müharibəsinə son qoyan prezident.

1925-ci il 5 mart tarixində işlərin başlanması haqqda qanun layihəsi hazırlandı, lakin layihənin icra edilməsi 2 ilə qədər gecikdi. Təbii ki, səbəb vəsaitin çatışmaması idi.

İlk işlər 1927-ci il 4 oktyabrda başladı. İşlərin çoxu böyük depressiya illərinə təsadüf etdiyindən, Borqlum qaya üzərində işləməklə yanaşı, işlərin dayanmaması üçün vəsait də axtarmağa məcbur olurdu.

Memorial mərhələ-mərhələ hazır olurdu: 1930-cu ilin iyuluna Vaşinqtonun abidəsi hazır idi. 1936 və 37-ci illərdə müvafiq olaraq Cefferson və Linkolnun da abidələri hazırlandı. 1939-cu ildə nəhayət Ruzvelt də qayada təsvir olundu.

Milyon dollar və 14 il bu gözəllikdə olan monumentin hazırlanmasına xərcləndi. Təəssüf ki, Borqlum son tamamlanma işlərinin başa çatmasına bir neçə ay qalmış- 1941-ci ilin martında vəfat etdi. Son işləri heykəltaraşın oğlu Linkoln davam etdirdi.

Prezidentlərin təsviri təbii ki, monumentin ən gözəl və əsas hissəsi olsa da yeganə hissəsi deyil. Bundan başqa kompleksə Bayraqlar Xiyabanı(Avenue of Flags), bütün monumentə gözəl mənzərə açılan müşahidə meydançası Grandview Terrace, və təbii ki heykəltaraşın muzeyi aiddir.

  1. 1 2 ArchINFORM (alm.). 1994.