Rafael Əsədov | |
---|---|
Rafael Əvəz oğlu Əsədov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 oktyabr 1952 |
Doğum yeri | |
Vəfat tarixi | 12 noyabr 1992 (40 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Atası | Əvəz Əsədov |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Döyüşlər | |
Təltifləri |
Rafael Əvəz oğlu Əsədov (27 oktyabr 1952, Kirovabad, Gəncə vilayəti – 12 noyabr 1992, Ağstafa) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi iştirakçısı.
Rafael Əvəz oğlu Əsədov 1952-ci il oktyabrın 27-də Gəncədə anadan olub.[1][2] 1969-cu ildə orta məktəbi bitirdikdən sonra Tbilisi Ali Artilieriya Məktəbinə daxil olmuşdur.[2] 1973-cü ildə hərbi məktəbi bitirərək, təhsilini Sankt-Peterburq Нәгbi Artilleriya Akademiyasında davam etdirmişdir.[2] Təhsilini başa vurduqdan sonra SSRİ Silahlı Qüvvələrinin tərkibində Macarıstan, Vyetnam və Əfqanıstanda qulluq etmişdir.[2]
1991-ci ildən Əsədov Ağdam, Goranboy, Tovuz və Gədəbəy bölgələrində hərbi əməliyyatların fəal iştirakçısı olmuşdur.[2]
1992-ci il 12 noyabrda Ağstafa bölgəsində əməliyyata hazırlıq zamanı döyüş mövqelərinə nəzarət edərkən, yaxınlıqda partlayan mərmi qəlpələrindən həlak olmuşdur.[2] Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.[2]
Ailəli idi. İki övladı yadigar qalıb.[2]
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı Fərmanı ilə Əsədov Rafael Əvəz oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.[3]