Rakov Şkoçyan dərəsi | |
---|---|
Yerləşməsi | |
45°47′09″ şm. e. 14°17′57″ ş. u.HGYO | |
Ölkə | |
|
|
![]() |
Rakov Şkoçyan (sloven. 'Rakov Škocjan' ; tələffüzü [ˈɾaːkɔu̯ ˈʃkɔːtsjan]) — Sloveniyanın cənub-qərbindəki Daxili Karniola Regional Parkının bir hissəsi olan dərə və təbiət parkı. İnzibati olaraq Rakov Şkoçyan qəsəbəsinə aiddir. Bura 1949-cu ildən qorunur və Sloveniyadakı ən qədim təbiət parkıdır.
Rakov Şkoçyan dərəsi üzərində iki təbii körpü var: Kiçik təbii körpü (sloven. Mali naravni most) və axının təxminən 2.5 kilometr (1.6 mil) aşağısında Böyük təbbi körpü (sloven. Veliki naravni most). Vadinin üstündə, Böyük Təbii Körpünün yaxınlığında 17-ci əsrin əvvəllərində qotik üslubunda inşa edilmiş Müqəddəs Kantianus Kilsəsinin xarabalıqları yerləşir.[1] Bu ərazi həmçinin Dəmir dövrünə aid arxeoloji məkandır.[2]
Vadi hər tərəfdən hündürülüyü 300 metr (980 ft)-ə qədər çata bilən qayalarla əhatə olunmuşdur.[3]
Rakov Škocjan ifadəsi hərfi mənada "Rak dərəsindəki Škocjan" deməkdir. Škocjan adı digər yer adlarında da olduğu kimi "yerli kilsənin himayədarı" mənasını verən šent Kǫcьjanъ sözündən götürülmüşdür.[4] Vadi öz adını Rakov Şkoçyan qəsəbəsi ilə bölüşür.