Ralf Bakşi | |
---|---|
ing. Ralph Bakshi ivr. רלף בקשי | |
Doğum tarixi | 29 oktyabr 1938 (86 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | kinorejissor, ssenarist, film prodüseri, rəssam, aktyor, yazıçı, animasiyaçı, jurnalist, səsləndirmə aktyoru[d], televiziya prodüseri[d], rejissor |
Fəaliyyət illəri | 1959-cu ildən |
ralphbakshi.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Ralf Bakşi (d. 29 oktyabr 1938) — Krımçak kökənli amerikalı film rejissoru.[1][2]
1972-ci ildən 1994-cü ilə qədər beşini özünün yazdığı doqquz filmə rejissorluq etmişdir. Altı animasiya filmində kiçik səsləndirmələr ilə kameo etmişdir. Bakşi 1957 və 1968-ci illər arasında animasiya seriyalarında çalışmışdır. 1972-ci il tarixli "Fritz the Cat" ilə ilk dəfə rejissorluq etdi. "Fritz the Cat" Amerika Kino Filmləri Birliyindən "X sertifikatı" alan ilk animasiya filmi olmuşdur. Ardından Bakşi daha çox film istehsal edə bilmək üçün "Heavy Traffic", "Coonskin" ve "Hey Good Looking" adlı filmlərə rejissorluq etdi.[3][4]
Bakşi bundan əlavə, fantaziya janrındakı "Wizards", "Lord of Rings" və "Fire and Ice" adlı filmlərə rejissorluq etmişdir. Bakşinin son filmi Bred Pitt, Qabriel Bryne və Kim Basingerin oynadığı, 19922-ci ildə ekranlara gələn "Xəyal Dünyası"dır.[5]
İl | Film | Vəzifəsi | |||
---|---|---|---|---|---|
Rejissor | Ssenarist | Prodüser | |||
1972 | Fritz the Cat | Bəli | Bəli | — | |
1973 | Heavy Traffic | Bəli | Bəli | — | |
1975 | Coonskin | Bəli | Bəli | — | |
1977 | Wizards | Bəli | Bəli | Bəli | |
1978 | Lord of Rings | Bəli | — | — | |
1981 | American Pop | Bəli | — | Bəli | |
1982 | Hey Good Lookin' | Bəli | Bəli | Bəli | |
1983 | Fire and Ice | Bəli | — | Bəli | |
1992 | Xəyal dünyası | Bəli | — | — |