Ramil Səfərov

Ramil Səfərov
Ramil Sahib oğlu Səfərov
Şəxsi məlumatlar
Doğum tarixi 25 avqust 1977(1977-08-25) (47 yaş)
Doğum yeri
Vətəndaşlığı
Həyat yoldaşı Şəbnəm Səfərova
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Silahlı Qüvvələri
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 1996–2016
Rütbəsi Polkovnik-leytenant
Döyüşlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ramil Səfərov (25 avqust 1977, Şükürbəyli, Cəbrayıl rayonu) — azərbaycanlı hərbçi, polkovnik-leytenant.

Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib. Uşaqlıqdan hərbçi olmaq arzusunda olub ve orta məktəbin 8-ci sinfini başa vurandan sonra 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 1992-ci ilin sentyabrında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənin İzmir şəhərinə göndərilib. Maltəpə hərbi liseyini müvəffəqiyyətlə bitirdikdən sonra Türkiyədə Quru Qoşunları məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamı ilə Gədəbəydəki "N" saylı hərbi hissədə taqım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.

Vətənə dönməyə 20 gün qalmış — fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə öldürüb. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Balas Kuti (Marqaryanın otaq yoldaşı) Səfərova qışqırıb ki, onu döyməyi dayandırsın, lakin müttəhim başını şahidə tərəf yelləyərək bildirib ki, onunla heç bir problem yoxdur və ona toxunmayacaq. Qətlin sonunda müttəhim siqaret yandıraraq erməninin cəsədinin üstünə atıb. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.[1]

Bəzi KİV-ləri Ramil Səfərovun 2012-ci ilin oktyabrın əvvəlində ailə qurması barədə xəbər yaydılar.[2] Ancaq atası Sahib Səfərov Ramilin evlənmə xəbərini qəti şəkildə təkzib etdi.[3] 28 may 2014-cü ildə Ramil Səfərovun qız uşağı dünyaya gəldi.[4]

Onun həyat yoldaşı Şəbnəm Səfərova 2024-cü il Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərində 119-saylı Ağdam seçki dairəsindən deputatlığa namizəd olub.[5]

Ekstradisiyası və əfv edilməsi

[redaktə | mənbəni redaktə et]

Ramil Səfərov 31 avqust 2012-ci ildə Bakıya gətirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2012-ci il tarixli Sərəncamı ilə cəza çəkməkdən azad edilərək əfv edilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev:[6]

  • Azərbaycan SSR KP MK-nın 13-cü birinci katibi Əbdürrəhman Vəzirov Ramil Səfərovun erməni zabitini öldürməsini və onun özünün isə qəhrəman elan edilməsini "anlaşılmaz hərəkət" adlandırıb.[7]

Tərcüməçiliyi

[redaktə | mənbəni redaktə et]

Ramil Səfərov Macar ədəbiyyatının orijinaldan Azərbaycan dilinə ilk tərcüməçisidir. Macarıstanda həbsdə olduğu müddətdə o, macar dilini də öyrənib və bu ölkənin ən sevilən ədəbiyyat nümunələrindən birini Azərbaycan dilinə tərcümə edib. O, Macarıstanın tanınmış qadın yazıçılarından biri Maqda Sabonun "Qapı" (mac. "Az ajtó" 1987) romanını tərcümə etmişdir.[8]

O, həmçinin Macarıstanın tanınmış yazıçılarından biri Ferens Molnarın "Pal küçəsinin oğlanları" (mac. "A Pál utcai fiúk", 1906) povestini də tərcümə etmişdir.

  1. Marina GRIGORYAN. "Andras Vaskutinin sədrliyi ilə Budapeşt Bələdiyyə Məhkəməsi tərəfindən 2006-cı il aprelin 13-də çıxarılan hökm". 2023-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-02.
  2. "Ramil Səfərov evləndi". 2012-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-10-02.
  3. "Ramil Səfərovun atasından qəzəbli açıqlama — zabitin evləndiyi təkzib olundu". 2012-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-03.
  4. "Ramil Səfərovun övladı oldu". 2014-05-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-28.
  5. "Ramil Səfərovun həyat yoldaşı, BDU rektorunun müşaviri... – Ağdamda xanım namizəd qalib gələcək?". Pravda.az. 27 avqust 2024. İstifadə tarixi: 2024-09-01.
  6. "Quba Soyqırımı Memorial Kompleksinin açılışında İlham Əliyevin nitqi". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-15.
  7. Абдурахман Везиров: о дружбе с Гагариным, "письме Алиеву" и Карабахе / Paxlava Production 1:21:40 dəqiqədə
  8. "Ramil Səfərovun macar dilindən çevirdiyi romanın təqdimatı olub". 2011-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-09.