Ramune

Ramune butulkası.

Ramune (ラムネ?)Yaponiyada hazırlanan qazlı içki növü. 1884-cü ildə ixtira olunmuşdur. Kodd butulkasında satılır.

"Ramune" (ラムネ?) sözü ingilis dilindəki "lemonade" (azərb. limonad‎) sözündən yaranmışdır. Ramune limonad hesab olunsa da,[1] içkinin dadı limonada oxşamır.[2]

Ramune 1884-cü ildə Kobedə yaşayan şotland farmakoloq Aleksandr Kameron Sim tərəfindən ixtira edilmişdir. O, bu içkini limonad əsasında hazırlamışdır. Ramune 1884-cü ildə Kobenin beynəlxalq icması üçün istehsal olunmağa başlamışdır.[2] Ramune 1885-ci ildə Yaponiyada baş verən vəba epidemiyası zamanı populyar içkiyə çevrilmişdir.[3] Tokio qəzetlərindən biri ramuneni vəbanın qarşısını alan içki kimi təqdim etmişdir.[2] Ramune sudan daha etibarlı və hətta müalicəvi hesab olunaraq istehlak edilmişdir. İçki xalq arasında müalicəvi içki kimi tanınmışdır. Tezliklə "Tombow Beverage" kimi şirkətlər ramune istehsal etməyə başlamışdır.[3]

Ramune 1930-cu illərə qədər Yaponiyada ən çox satılan qazlı içki növü kimi qalmışdır. Onun əsas iki rəqibi 1884-cü ildə ixtira olunmuşdur "Mitsuya Cider" və 1914-cü ildə yaradılmış "Ribbon Citron" içkiləri olmuşdur. İkinci Dünya müharibəsindən sonra Yaponiyada Qərb içkiləri populyarlaşmış və ramune əvvəlki populyarlığını itirmişdir.[3]

Xüsusiyyətlər

[redaktə | vikimətni redaktə et]

Ramune kacitsusui içkisi (meyvə ilə dadlandırılmış su əsaslı içki) hesab olunur. İçki Kodd butulkasında satılır. Bu butulkanın içində yerləşən marbl içkinin qazlı xüsusiyyətlərini qorumaq üçün nəzərdə tutulub və butulkanın xüsusi açılma qaydası var.[2] Ramunenin sitruslu, yemişli, portağallı, qarpızlı, çiyələkli, şaftalılı kimi çeşidləri mövcuddur.[4]

Populyar mədəniyyətdə

[redaktə | vikimətni redaktə et]

2017-ci ildə serializasiya olunmağa başlayan "Dr. Ramune -Mysterious Disease Specialist-" manqa seriyası müəmmalı xəstəlikləri sağaldan Ramune adlı həkimdən bəhs edir. 2021-ci ildə anime serialı adaptasiyası yayımlanmışdır.[5] 2019-cu ildə nəşr olunmağa başlayan "Chitose Is in the Ramune Bottle" ranobe seriyasının anime adaptasiyası anons edilmişdir.[6]

  1. Hosking, Richard. Dictionary of Japanese Food: Ingredients & Culture (ingiliscə). Turtle Publishing. 2015. səh. 118. ISBN 9781462903436. İstifadə tarixi: 1 noyabr 2024.
  2. 1 2 3 4 "The History Of Ramune, Japan's National Soda". Kotaku (ingiliscə). 20 may 2020. 21 iyul 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 noyabr 2024.
  3. 1 2 3 Suter, Rebecca. "The bitter and the sweet: a cultural comparison of non-alcoholic beverage consumption in Japan and Australia". Food, Culture & Society (ingiliscə): 334–346. doi:10.1080/15528014.2019.1679548. İstifadə tarixi: 1 noyabr 2024.
  4. "Ramune, the wildly popular Japanese soda, comes in many flavors. But what's the best? We tried 19 to find out". Chicago Tribune (ingiliscə). 2 iyun 2020. 2024-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 noyabr 2024.
  5. "Dr. Ramune Mysterious Disease Specialist Manga Gets January 2021 TV Anime". Anime News Network (ingiliscə). 25 sentyabr 2020. İstifadə tarixi: 16 fevral 2025.
  6. "Chitose Is in the Ramune Bottle Anime Reveals Cast, Staff, Visuals". Anime News Network (ingiliscə). 16 fevral 2025. İstifadə tarixi: 16 fevral 2025.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]